“Formula-1″ə 60 milyon dollar xərclənir? - İddia ilə bağlı rəsmi bəyanat 

Rusiyanın “Kommersant” qəzeti maraqlı iddia ilə çıxış edib. Nəşr bu ilin aprelində keçiriləcək “Formula-1” yarışının Azərbaycana 60 milyon dollara başa gələcəyini iddia edib.

"AzPolitika" xəbər verir ki, Bakıdakı “Formula-1” yarışını təşkil edən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu iddia ilə bağlı bəyanat yayıb.

Bəyanatda yayılan xəbərin əsassız olduğu bildirilib: “Rusiya KİV-ində dərc olunan məlumat qeyri-rəsmidir və heç bir əsası yoxdur. Müqavilənin şərtləri tamamilə məxfidir və heç bir şəkildə rəsmən açıqlana bilməz. Onu da bildiririk ki, müqavilə üzrə “Formula-1”in rəhbərliyi ilə aramızda heç bir uyğunsuzluq olmayıb və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər konstruktiv dialoq yolu ilə həll olunur”.

635x100

Şərhlər

miri 2019-01-31 22:15:03

"Oyuncaq" adlı fransa filmi var. Orda böyük pul sahibi uşağına oyuncaq kimi canlı adam alır. İndi biz şükürlər etməliyik ki, harınlamış avantüristlər özümüzü oyuncaq kimi kimlərinisə əyləndirmək üçün almirlar, sadəcə ildə 50-60 mln. avtoşlara verirlər.

Ibad 2019-01-31 22:15:03

Xalqin pulunu hara geldi,nece geldi,istedikleri kimi xercleyirler sonrada arsiz-arsiz deyirlerki sirrdi.....

miri 2019-01-31 22:15:03

Moderatora: xahiş edirəm bundan qabagki yorumumu buraxasiniz və eləcə də O.Benderin bu cür avantürist işlərinin əleyhinə olan istənilən kommentləri. Çünki bəzi adamlar millətin etirazını esitməyəndə elə bilirki, millət həmdə kordur.

Son yazılar