YAP DEPUTATLARINI TOPLAYIB, TAPŞIRIQLAR VERDİ! - Hakim partiyada xüsusi aktivlik başlayıb

Yanvarın 31-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Milli Məclisdə partiyanı təmsil edən deputatlarla görüş keçirilib. Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bu görüşün partiyanı parlamentdə təmsil edən deputatların fəaliyyətinin əlaqələndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

YAP deputatlarının seçiciləri ilə mütəmadi görüşlər keçirməsi, seçicilərin problemlərinin daha sıx dinlənilməsi, həllinə çalışılması, ölkənin və hakimiyyətin maraqları ilə bağlı gündəmdə olan aktual mövzuların müzakirəsində aktiv iştirak etmələri tapşırılıb.

Qeyd edək ki, Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-də olub. Həmin seçkilərdə 125 deputat mandatından 71-ni hakim Yeni Azərbaycan Partiyasının siyahısındakı namizədlər əldə edib. Seçkidən sonra nəticələri ləğv edilən 90 saylı Ağdaş seçki dairəsində 2016-cı il iyunun 18-də keçirilən təkrar seçkilərdə isə YAP-ın namizədi, partiyanın rayon təşkilatının sədri Cavid Osmanov deputat mandatı əldə edib. Bununla da YAP-ın deputatlarının sayı 72-yə çatıb. 2018-ci ilin aprelində keçirilən növbədənkənar prezident seçkilərindən sonra prezident İlham Əliyevin imzaladığı sərəncamlarla 4 nəfər deputat Nazirlər Kabinetinin yeni tərkibində yer alıb. Qanunvericiliyin tələbinə görə həmin şəxslərin deputat mandatına xitam verilib. Bundan başqa, Milli Məclisdə 2 yer də boş qalıb. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin olunduqdan sonra onun deputat fəaliyyətinə xitam verilib.

Milli Məclisin daha bir YAP-çı deputatı Astan Şahverdiyev isə vəfat edib. Bu səbəbdən Milli Məclisdə ümumilikdə 125 deputatdan yalnız 119-u təmsil olunur. Hakim partiyanın deputatlarının hazırkı sayı isə 68 nəfərdir. Sözügedən 68 deputatdan ictimai-siyasi aktivliyinə, baş verən hadisələrə reaksiyasına görə 5-6 nəfəri seçilir. Bu isə o deməkdir ki, hakimiyyətin dəstəyi ilə mandat sahibi olanların təxminən 10 faizi deputat kimi aktivdirlər və günün tələblərinə cavab verə bilərlər.

Milli Məclisin deputatı Zahid Oruc “Yeni Müsavat”a ötən həftə müsahibəsində aktiv olmayan, hakimiyyətə qarşı hücumlara reaksiya verməyib susqunluq nümayiş etdirən deputatları tənqid etmişdi. O bildimişdi ki, indiki zamanda siyasi və ideoloji işin intensivliyi birə-beş qat artırılmalıdır.

Onun sözlərinə görə, ağır artilleriyanı işə salmaq elan olunmuş kursun uğurunu təmin etməyin mühüm şərtlərindən biridir: “Necə deyərlər, korrupsiya və bürokratizmin ləğvi üçün dövlət başçısının xalqla aralarında formalaşmış möhkəm bağların hər biri bizə görə qiymətli olmalıdır. Ondan ötrü mən deyirəm ki, parlament seçkilərinin tarixi deyil, gələcək tərkibi əhəmiyyətli müzakirələr mövzusudur”.

Zahid Orucun bununla hakim partiyanın deputatlığa namizədlər siyahısı ilə deputat mandatı qazanan, özünü hakimiyyətyönlü elan edən, lakin “danışmamaq qızıldır” yanaşması ilə davranan Milli Məclis üzvlərini nəzərdə tutduğu bəlli idi. Siyasi analitiklər hesab edir ki, əslində Z.Oruc bu fikirlərlə yaxasını kənarda tutmaq taktikası seçən, heç bir ictimai müzakirələrə qatılmayan, mediadan qaçan, hakimiyyətin siyasətinin müdafiəsi istiqamətində fəaliyyəti olmayan deputatlara iqtidarda münasibətin necə olacağının anonsunu vermiş olub. Deputatın sözlərindən belə qənaətə gəlmək olar ki, yoxluğu ilə varlığı bilinməyən deputatlar növbəti seçkilərdə YAP-ın namizədlər siyahısına daxil edilməyəcəklər. Odur ki, YAP mandatı daşıyan deputatlarla keçirilən dünənki görüş maraq doğurmaya bilməz. (Musavat.com)

YAP-dakı bu hərəkətliliyin müxalifətin son illərdə qeydə alınmış ən kütləvi etiraz aksiyası hesab olunan 19 yanvar mitinqindən sonraya təsədüf etməsi də maraq doğurur. Sirr deyil ki, hakim partiyanın fəaliyyətində dinamiklik çox aşağıdır. YAP, demək olar ki, seçkidən-seçkiyə aktivləşir. Lakin son günlər hakim partiyanın qərargahında xüsusi canlanma müşahidə olunur ki, bunun da 19 yanvar mitinqi ilə bağlılığı heç bir şübhə doğurmur.  

635x100

Şərhlər

S.Ənvərqızı 2019-02-01 10:16:04

Əli müəllim, biz sözdə yox,qəlbən dövlətə bağlı olmalıyıq. Əfsuslar olsun ki,cənab Prezidentimizin sərəncamı ilə təyin olunan Rabitə Naziri Ramin Quluzadə qanunun aliliyinə riayət etmək əvəzinə,göstərişlərə əməl edərək mənim haqlı şikayətimə baxmayaraq başdansovdu,qanunsuz,süründürməçiliyə yol açan,təhrif olunmuş cavab verməklə vətəndaşı dövlətdən narazı salmaqla sosial narazılıqları artırırlar..Onun qanunsuz əməllərinə "Stop" deyən məmurla rastlaşmamışam..Sizədə müraciət etmişəm,ancaq cavab ala bilməmişəm.

Hafiz 2019-02-01 10:16:04

Bu yığıncaqda ilyarlar talayan üzvlərindən,bizneslə məşğul olan deputatlarından, nazirlərindən,komitə sədrlərindən söz açdılar? Əsla açmazlar.Amma hətta xaricdə də bəllidir.YAP bu işlətrə görə heç olmasa fəaliyyətini dayandırmır? Ayıbdır axı! Milyarlarla ölkənin səvəti yeyilir,talanr,YAP-ın səsi çıxmır. Üzvlərinin bu cinayətləri heç veclərinə deyil.Belə halda Azərbaycan xalqı YAP-dan nə gözləyə bilər? Topıaşıb yalan danışmaqla daha milləti yuxuya vermək mümkün olmayaca

oxucu 2019-02-01 10:16:04

Valah Billah bu Deputarı xalq niyə sevmir görən.sizə neyləyib onlar ay uca millətim. bəli zorla sevgi olmur,onu qazanasan gərək.bunların da başı qarışıb var-dövlət yığmağa xalq yaddan çıxıb hə nə olsun ki .əsas odur ki sizi allah yaddan çıxarılmasın.

TALİS 2019-02-01 10:16:04

Allah mitinqə gedənlərə dəyməsin ki bəlkə bunlar düzəlib haqın yoluna gələ, vətəndaş huquqlarına cüzi cox yox cüzi deyirəm hörmətlə yanaşalar...Ölkədə məmur özbaşınalığına son qoyula. Vətəndaşların müraçiətlərinə qanunla baxıla, mulkiyyət və sair huquqları bərpa oluna.İş yerlərində qahım-əqraba tabellərə yazılmaya, ölü canlara ayrılan dövlər vəsaitləri vəzifəli şəxslərin cibinə axmaya.Və sair ilaxır...

Seçici 2019-02-01 10:16:04

Orda oturanlar,məmurlar hamısı multi miyonerlərdirlər. Onların nə veclərinədir,millət,xalq,torpaq,vətən. Birinin uşağı vətəni qoruyyub şəhid olubmu? yox. heç həbiyə getmirlər də,adlarını çox olsa yazdsırırlar buralarda nə bilim oralarda. Ona görə də 25 ildir torpağı da almırlar

ivan 2019-02-01 10:16:04

Elman Nəsirova düzü mən o kinodaki kimi sobacya serdce kinosunu deyirəm həmişə corək yeyib sonra qulaq asiram

Selim 2019-02-01 10:16:04

1) Parlament seçkilərinə hazırlıq başladı. 2) Bunları divara dirədilər ki, niyə Prezidenti müdafiə etmirsiniz? Yəni yenidə seçilməyə bilərsiniz.

Qemlo 2019-02-01 10:16:04

... zorla.sevgi.olmur.bu. xalq.sizi.istemir. besdiyinde...

G M 2019-02-01 10:16:04

YAP-ın ``müxalifət`` qanadı yığıncağa dəvət almayıb.Deməli, növbəti seçkilərdə onlarla vidalaşacaqlar.Yazıq tahir,araz təzəcə ``gün-güzəran`` görmüşdülər.Dəyişək kostyum,təzə ayaqqabılar və s. YAP-ın dilsiz-ağızsız deputatları da çıxdaş ediləcək.Bir sözlə zahid və elman nəsirov erası inkişaf etdiriləcək.

ALI 2019-02-01 10:16:04

Bu Elman Nəsirov 2-ci cərgədə qiraqda "ƏYİLƏ-ƏYİLƏ" .... oturub YAP-ın Siyası şurasının iclasında.Bu ki, deyirdi YAP-ın üzvü deyiləm.

.AT ILINDƏ 2019-02-01 10:16:04

Qarabağı alanmadıq, Murad olan at ilində. Yenə zəfər çalanmadıq, Dərdin neçə qat ilində. Çoxu, taxtı seç-ha-seçdə, Düşünmədi yurdu, heç də. Doxsaniki, doxsanüçdə, Bu millətin mat ilində. 29 il adladı da, Ruhumuzu odladı da. Neçə ürək çatladı da, Ümidlərin çat ilində. Tükənməmiş dizdə təpər, Bəsdi yatdıq, bəsdi yetər. Oyanın siz, ey igidlər, At ilidi atlanağın, Qarabağı tez alağın.

Vətən OĞLU 2019-02-01 10:16:04

adın nədür daşdəmir-vurram olarsan xəmir

Son yazılar