"Qaçqınkom"un qarşısında insident 

Yanvarın 31-də Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin qarşısında insident qeydə alınıb.

Hadisə şahidlərinin Azpolitika.info-ya verdiyi məlumata görə, Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkün Şəhla İmranova Komitənin qarşısında səs-küy salaraq, etirazını bildirib.

Deyilənə görə, məcburi köçkün uzun müddətdir ona vəd olunan mənzili ala bilməməsinə görə belə bir addım atıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti Departamentinin direktoru İbrahim Mirzəyev "AzPolitika.info"nun sorğusuna cavab olaraq bildirib ki, müvafiq komissiyada İmranova Şəhla Barat qızının müraciəti araşdırılıb, onun evinin olmadığı təsdiq olunub. Vətəndaşa izah olunub ki, qısa zamanda evlə təmin olunacaq.

635x100

Şərhlər

qaçqın və məcburi köçkün 2019-02-01 21:22:29

Qaçqınkomun yeni sədri və şuşalı komandası nə işlə məşğul olduqlarını özləri belə bilmirlər. 1-2 nəfərə reklam xatirinə ictimailəşdirmək üçün nəsə ediblər. Hər həftənin 2-ci günləri Qaçqınkoma gedin. Qəbul zamanı nə baş verdiyinin şahidi olacaqsınız.Xüsusi adamları sədr özü arxa qapıdan girəndə xüsusi otaqda, ümumi adamları isə ümumi qapıdan girəndə zalda şöbə müdirləri bəzən də müavin qəbul edir. Müraciət edənlərə söz verir, ancaq yerinə yetirmirlər... BAXLN: https://www.youtube.com/watch?v=B1LRfDYrSjY

EJDER 2019-02-01 21:22:29

AYE,QAJQINDI...INSANDI AYE...ONLARINDA PULUNU YEYERSINIZ...BAW NAZIRIN MUAVININDEN PRIMER GOT URMEYIN,AYE...AY INSAFSIZLAR

Son yazılar