“El” Milli Şuranı boykot edib?

 

Eldəniz Quliyev sessiyaya qatılmamalarını eyni vaxta öz toplantılarının olması ilə izah edib

Milli Şuranın 3 sentyabr sessiyasına qurumun “El” Hərəkatından olan üzvlərinin heç biri qatılmayıb. Bəzi xəbər portalları bunu “El”in Milli Şuranı boykot etməsi kimi təqdim edib.

Bu arada musavat.com EL hərəkatının rəhbər kadrosuna aid simaların Milli Şuranın sessiyasına qatılmaması incikliklə izah edib. Saytın iddiasına görə, onların Milli Şurada təşəbbüsə sahiblənmiş Müsavat və AXCP-dən küskünlükləri yaranıb. EL rəhbərliyi iddia edir ki, bu təşkilatlar istintaq altında olan EL-çiləri müdafiə etməyib, bəyanatlar verməyib, yetərincə diqqəti göstərməyib.

Bu iddianın nə dərəcədə real olduğunu aydınlaşdırmaq üçün Milli Şura üzvü, AXCP sədrinin müavini Gözəl Bayramlı ilə əlaqə yarada bildik. G.Bayramlı El Hərəkatı üzvlərinin Milli Şuranın iclasında iştirak etməmələrinin incikliklə bağlı olduğuna inanmadığını bildirdi. Çünki sesiyadan bir gün əvvəl, sentyabrın 2-də Cəmil Həsənlinin Seçki Strateji Planlaşdırma Mərkəzinin iclasında qurumda təmsil olunan partiyaların rəhbərliyi, o cümlədən El Hərəkatının sədri Eldar Namazov və sədr müavinin Zəfər Quliyev də iştirak ediblər. G.Bayramlı özünün də qatıldığı iclasda Milli Şuranın sesiyası ilə bağlı müzakirələrin aparıldığını və El Hərəkatı ilə bağlı bəyanatın qəbul olunması təşəbbüsünün irəli sürüldüyü bildirdi: "AXCP sədri Əli Kərimli Milli Şuranın sesiyasında El Hərəkatının üzləşdiyi təqiblərrlə bağlı bəyanatın qəbul olunmasının təklif etdi. Bəyanatın hazırlanması El Hərəkatı sədrinin müavini Zəfər Quliyevə və Milli Şuranın mətbuat xidmətinə tapşırıldı. Həmin iclasda Eldar Namazov da iştirak edirdi. Ona görə də El üzvlərinin Milli Şuranın sesiyasına qatılmamasının səbəbinin inciklik olmasına inanmıram".

“El”in Ali Məclis sədri Eldəniz Quliyev isə “Modern.az”a açıqlamasında Milli Şuranın sessiyasına qatılmamalarını eyni vaxtda özlərinin iclasının olması ilə izah edib. O bildirib ki, keçirdikləri toplantı “El”ə qarşı son günlər vüsət alan təzyiqlərlə bağlı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar