“SÖYÜŞ SÖYÜRSƏ, QARŞILIQLI CAVABINI VERMƏLİYİK” - Siyavuş Novruzov

“Siyasi partiyalarla bağlı yeni qanun qəbul edilməlidir. Azərbaycanda bəzi siyasi partiyalar Mərkəzi Seçki Komissiyalarına maliyyə hesabatı vermirlər. Guya onların maliyyəsi yoxdur? Amma ətraflarında xeyli sayda köməkçi, cangüdən saxlayırlar. Bu maliyyə mənbələri açıqlanmalıdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

“Pulla adam saxlamaq, iğtişaş yaratmaq, mitinq keçirməyin mənbəyi məhz o qaranlıq mənbədə, şirədədir. O şirə bağlanmayınca, davam edəcəklər. Onlara madiyyat verənlər tapşırıqlarını da verirlər. Pul verən tapşırıq verməlidir. Onlar da canla-başla vətənə, dövlətə qarşı çıxırlar. Həmin insanlar üçün xalq, dövlət anlayışı yoxdur, maddi anlayış var. Bu məsələlər qanunvericiliklə tənzimlənməlidir, qarşısı qəti şəkildə alınmalıdır”,- S.Novruzov bildirib.

Onun sözlərinə görə, xaricdə ermənidən pul alanlar da bu şəkildə fəaliyyət göstərirlər: “Hamımız birlikdə mübarizə aparmalıyıq. Bəzən Milli Məclis haqqında söz deyilir, bəzi deputatlar yaxalarını kənara çəkir, deyirlər ki, bizə aidiyyatı yoxdur. Bu deyilən söz bütün deputatlara aiddir. Əgər bizə söz deyilirsə, biz onlardan 20 dəfə artıq deməliyik. Başa düşsünlər ki, onlar bizlə qarşı-qarşıya gəlmək gücündə deyillər. Onlarınki yalnız söyüşdür. Söyüş söyürsə, qarşılıqlı cavabını verməliyik”.

Komitə sədri sosial şəbəkələrlə bağlı iradını bildirib: “Bəzi hallarda təhqirlər anonim adlar altında yazılır. Bununla da mənəvi terror həyata keçirirlər. Bu, onların ağlının məhsulu deyil, xaricdə oturan bəzi dairələrin göstərişidir. Onlar bilmir ki, 25-30 ildir, siyasətlə məşğuluq, mexanizmi də çox yaxşı bilirik. Onlar bu cür addımlarla bizi qlobal siyasətimizdən döndərə bilməzlər”.

635x100

Şərhlər

veten dashi 2019-02-01 13:41:34

Azərbaycan siyasətinə söyüş mədəniyyətini sən,Ziyafət,Bahar,Əhəd,Mübariz gətirmisiz.Haqqınız olmadan xalq adından danışa -danışa ,Müxalif düşüncə sahiblərinin dediyinə qarşı yuxarıdakına xoş gəlsin deyə ağzınızı acıb gözünüzü yumdunuz.Hec utanan üzünüz olmadı.O səviyəyə gəlibsiz ki o söyüşlər də sizə təsir etməz.Nə qədər milli məclisdə müxalif düşüncəyə yer yoxdu söyüş də kəsilməyəcək.Mən sizin övladlarınızın halına acıyıram.Arxa saydıqlarının ünvanına olan söyüşlər onlar cox əziyyət verir...

seymur 2019-02-01 13:41:34

bu deputat sorushsun hec olmasa sonra danishsin kotlet ne bilim ash suzen indide soyush soyek e bir ziyali yoxdu ....

mehi 2019-02-01 13:41:34

millat vakilima bax yadindan cixib ki onun vazifasi nadir bir oyran kor niya soyurlar ela bil deptatxana yox usag baxcasidir bir soyana 20 gat soyacak ela sanin aglin ora gadardir alindan onsuzda basga is kalmir

Hazim 2019-02-01 13:41:34

Deputatın danışdığı sözə bax. Deputat öz intelleki, mədəniyyəti, savadı, danışıq qabiliyyəti insaniyyətliyi ilə başqalarına örnək olmalıdır. İndi dağdan daşdan mal otaranı da sovet hökuməti kimi gətirib deputat etmək olar. Ancaq o vaxt çobanlara kolxozniklərə kimin mədəniyyəti savadı yox idisə danışmağı qadağan edir ya da yazılmış cümlələri oxumalı idilər.

hellas 2019-02-01 13:41:34

Moskvanın hürən dili Jirik-dir (Jirinovski)....

Müəllim 2019-02-01 13:41:34

Novruzovun dediyi YAP-ın intelektual səviyyəsini təsdiqləyir.BUna artıq əlavə şərh verməyə ehtiac qalmır.Axı o YAP-da kiçik vəzifə sahibi deyil.

Alı 2019-02-01 13:41:34

Gəlin siyahı hazırlayaq.Son 25 ildə dövlət vəsaitini dagıdan və mənimsəyən, dövlət çevrilişinə cəhd edən,öz davranış və hərəkətləri ilə ölkə daxilində və xaricində dövlətimizi biabır edən, başqa ciddi cinayətlərdə adları hallanlar kimlərdir və bunların neçəsi YAP-ın İdarə heyətinin, Siyasi şurasının uzvu və ya elə sıravi YAP üzvü olub.Mən təxmin etdim və dəhşətə gəldim.

Ağsaqqal 2019-02-01 13:41:34

Bu yazını oxuyanda bir köhnə biədəb lətifə yadıma düşdü :-Deməli bir dəli susuz bir çöldə istidə qoyun otarırmış ,çiynində də bardağı dolu su .Amma susundan yanır ,bardağı ha orasına ,burasına sürtür ,yanğısı kəsmir ,dəli olduğu üçün su içməyin yolunu bilmir .Çox əlləşib ,vuruşduqdan sonra görür odey ordan bir adam adam kimi bir şey gəlir ,deyir bu ağıllı olacaq ,bundan öyrənim su içməyin qaydasını ,deyir ay ağıllı ,mən bu suyu içə bilnirəm ,neyləyim ?Ağıllı bunu başa salır ki ,nəmənəni bardağa sal ,onda yanğın kəsəcək !..

Vətən Daşı 2019-02-01 13:41:34

Səyavuş müəllim sən ətrafında söyüş söyənləri bir deputat ləyaqəti ilə intizama dəvət et və deputat nümunəsi göstər. Daha küçədə dayanıb söyüş söyməklə məşğul olma, başqalarını da təhrik etmə, ayıbdır. Vaxt tapsan bir az da orta məktəblərdən birində savadını artır. Maşallah görürsənmi Zahid Oruc, Fəzail Ağamalı, Qüdrət Həsəhquliyev necə savadlıdırlar, ağıllıdırlar. Sən də onlar kimi olmağa çalış.

sabir 2019-02-01 13:41:34

Hərə öz amplusındadır.Söyüşlə dövlətimizi idarə edirlər.H.Əliyev bunlara butun bolt və qaykaları tam bərkidilmiş saz bir hakimiyyət qoyub getdi.Bunlar isə görun dövləti də hakimiyyəti də hansı hala gətirdilər.

Pəhviz 2019-02-01 13:41:34

Söyüş söyənə söyüşlə cavab verənə nə ad qoyulur? Səviyyə, mədəniyyət! Deməli söyən adam geri qafalıdırsa,qanacağı, mədəniyyəti yoxdursa deməli ona cavab verən də o səviyyədədirİndi "deputat" Novruzovun bu şərhə cavabı nədir?

Vətəndaş 2019-02-01 13:41:34

YAP özünün nə olduğunu Ziya Məmmədovla,Səlim Müslümovla,Abel Məhərrəmovla,İbrahimovlarla,Aslanlı ilə,Fazil Məmmədov ilə ,lift idarəsi və digər soyğunçu və talançılarla əyani sübut etdi.Bəs bu adamlar niyə bu hərəkətləri edə bildilər və hətta etdiklərinin nəticəsi nə oldu? Belə bir partiyanın qalmaq hüququ varmı? Üzvlərinin qabaqda gedənləri ölkəni talayır,oğurlayır,cəzasız qalır və belə partiya necə qala bilər? BU anlaşılmazlıq necə davam edə bilər?

Ağsaqqal 2019-02-01 13:41:34

Mən 1954-cü ildə birinci sinidə oxuyurdum ,elə bilirdim müəllimlər çörək yeyib ,su içmirlər .Bir gün sinif müəllimimiz tənəfüsdə cibində gətirdiyi çörəyi yeyəndə dondum ,qaldım .Indi 72 yaşım var ,elə bilirdim ki ,deputatlar söyüş söyə bilmirlər -daha doğrusu elə bilirdim onların söyüş aparatlaı yoxdur .Sən demə elə deyilmiş ...

G M 2019-02-01 13:41:34

YAP əslində partiya deyil.H Əliyev çəxsiyəti ətrafında daldalanan bir zümrənin zirehli geyimidir.Və hər kəs fərdi cismini qorumaq ,oğurladıqlarını daldalamaqda bu Kişinin kölgəsinə sığınırlar.bunlar nə YAP-a,nə də ki,Dövlətə zərrə qədər xidmət etmirlər.Əksinə YAP-ın arxasından Xalqa ,Dövlətə..Hətta H.Əliyev irsinə ağır zərbələr vururlar.Və onlara müxalif olan liderlərlə şəxsi keyfiyətləri arasında ciddi bir fərq də yoxdur.Əvəzində ``daimi iqtidar və daimi müxalifətin` balanslaşdırılmış hakimiyəti davam edir

Kotlet 2019-02-01 13:41:34

Siyavus Novruzov sene absurd ve xalqi ele salan fikirlerin o qeder cox olur ki YAP uzvleri arasinda da ikrah dogurur

t.ədalət 2019-02-01 13:41:34

Maliyyə mənbələri haqqında arayışlar,həm də YAP-dan təyin olunmuş milyarder məmurlardan tələb olunmalıdır.Onların oğurluq yolu ilə əldə etdiyi haram pulların miqdarı ölçüyəgəlməzdir."Söyüşə söyüşlə cavab vermək" nadanların işidir.Deyək ki,biri nadandır söyüş söyür,biz niyə özümüzü onun səviyyəsinə endirməliyik?Söyüş və kobudluq mağaralarda yaşayan,terror törədənlərin adətdir.Allahın bəyənmədiklərinə xalqı kökləmək axmaqların vərdişidir.Biz ağıllıların yolu ilə getməliyik.

Lədalət-ə 2019-02-01 13:41:34

Demək istəyirsən ki,Siyavuş Noxruzovun söyüşə-söyüşlə cavab vermək təklifi axmaq təklifdir?Burada bir misal düşür yada: Bir Salyanlı digərinə deyir ki,"əsəbiləşmisən,tüpür üzümə,tüpürüm üzünə.Daha əl qolatmaq neşün?" Eynilə Siyavuş kimi.BU adamlar ( YAP=da təmsil olunan Siyavuş kimilər ) belə bie mədəniyyətə və ağıla sahibdirlər....

Son yazılar