Azərbaycandan Rusiyaya məhsul axını başladı - Yerli bazarda qiymətlər qalxdı

Rusiyanın kənd təsərrüfatı məhsulları bazarı üçün hərrac başlayıb.

Bu günlərdə RF hökuməti Aİ, ABŞ, Kanada, Avstraliya və Norveçdən gətirilən kənd təsərrüfatı məhsullarına sanksiya tətbiq edib (http://www.rg.ru/2014/08/08/postanovlenie-dok.html). Qadağan olunan mallara ət (qoyun əti istisnadır), quş, balıq, süd və süd məhsulları, meyvə və tərəvəz, bitki yağları məhsulları daxildir.

Azərbaycan ADB, Asiya, Cənubi Amerika, Okeaniya ölkələri ilə birgə bu bazarda yer tuta, meyvə-tərəvəz, qoz tədarük edə bilər. Bu gün ölkə Rusiyaya 200 min ton meyvə-tərəvəz ixrac edir. Rekord 1986-cı ildə SSRİ-nin müxtəlif vilayətlərinə 855 min ton faraş tərəvəz, 1 mln 539 min ton üzüm tədarük edilmişdi. Əncir, heyva, narın çoxu da Azərbaycandan idxal edilirdi.

SSRİ dağılandan sonra iqtisadi aspektlərə yox, siyasi prioritetlərə üstünlük verildi. Məsələn, ötən il (Azpromo-nun məlumatı), ölkədə 250 min ton alma istehsal edilib. Bunun yalnız 14,8%-i və ya 37 min tonu Dağıstan sərhədini keçib. Armud da eləcə – 2013-cü ildə 40 min ton istehsal edilib, Rusiyaya 168 ton tədarük edilib. Yerli istehsalçılar şimal qonşudan incimirlər. Orda bazar siyasi məqsədəuyğunluqdan asılıdır. Oxucu bilir ki, Gürcüstanla münaqişədən sonra mineral sular və şərab təhlükəli sayıldı, Ukrayna ilə münaqişə konfetləri, Belarusla münaqişə ət-süd məhsullarını «keyfiyyətsiz» etdi.

Almaya gəlincə, Polşa və Ukrayna mallarına qadağa bağbanlarımıza imkan verəcək ki, RF-ə ixracatı 3 dəfə artırsınlar. 2013-cü ildə Rusiya 1,24 mln ton alma idxal edib. Bunun 54%-i Polşanın payına düşür.

Avqustda Rusiya bazarında Azərbaycanın pomidoru, xiyar, badımcan, balqabaq, qarpız və qovunu populyar olub. Yaxın vaxtlarda üzüm və nar, onların şirələri, qışda xurma ixracı başlayacaq. Rəsmi Bakı şimala ixracatı artırmağa hazırdır. Ekspertlərə görə, Qərbdən idxalata qadağa ruslara imkan verəcək ki, postsovet respublikalarını iqtisadi cəhhətdən özünə bağlasın.

“Rosselxoznadzor”un rəhbərinin müavini Aleksey Alekseyenkonun sözlərinə görə, keçmiş sovet respublikalarının Türkiyə qarşısında üstünlüyü logistikadır. Nəqliyyat şəbəkəsi Azərbaycana öz məhsullarını dəmir yolu, avtonəqliyyat və su yolu ilə çatdırmağa imkan verir. Məmur birgə Azərbaycan-Rusiya müəssisəsinin yaradılmasını da doğru hesab edir: "O, Rusiya bazarını hədəfə alacaq. Ona görə onun yaranması Rusiya qanunvericiliyinin bütün tələblərini nəzərə almağa imkan verəcək. Həmçinin müasir qablaşdırma tələbləri nəzərə alınacaq".

Rusiya hökumətinin bu icazəsi yerli bazarda hiss edilir. – avqustun 15-dən pomidor 50 qəpikdən 80 qəpiyə, balqabaq 50-60 qəpiyə, qarpız 40 qəpiyə qədər bahalanıb. İstehlakçı RF ilə Qərbin növbəti razılığını – “sağlamlıq üçün təhlükəli olan məhsulun tədarükünə qadağanı” gözləməlidir. /“Turan”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar