“GƏLƏN KİMİ BÜTÜN TİKİNTİLƏRİ DAYANDIRDI...” - Deputat komitə sədrinə Rüfət Aslanlının aqibətini xatırlatdı

“Bu gün Bakı şəhərində xeyli tikinti işi dayandırılıb”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O qeyd edib ki, ölkə başçısının sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr (Samir Nuriyevi nəzərdə tutur-red) təyin edildi.

“Biz onu alqışladıq ki, cavan oğlandı işləyəcək, Bakı şəhərinin gözəlləşməsinə öz töhfəsini verəcək. O isə gələn kimi bütün tikintiləri dayandırdı. Bu gün Bakı şəhərində xeyli tikinti işləri dayandırılıb. Regionlardan paytaxt Bakıya fəhləliyə axışan insanların çoxu işsizdir. Bu şəxs görəsən bunun məsuliyyətini düşünürmü?”- deyə F.Ağamalı bildirib.

Deputat söyləyib ki, ölkə prezidentinin siyasətinin əsas məqsədi işsizlik probleminin aradan qaldırılmaqdır. “Bununla bağlı ciddi layihələr həyata keçirilir. Amma bu şəxs 1 ilə yaxındır ki, Bakıda tikintini dayandırıb. Bu gün insanlar arasında ciddi narazılıqlar var. Bunu araşdırmaq lazımdır. Vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatasına Rüfət Aslanlını gətirəndə hamı onu alqışladı. Bildirildi ki, cavan oğlandır, yaxı işləyəcək və.s. İndi isə bu da onun yolunu təkrarlayır”.

F.Ağamalı Milli Məclisin sədri Oqtay Əsədovdan bu məsələ ilə bağlı maraqlanmağı xahiş edib.

Spikerin deputata cavabı belə olub: “Həmin şəxsin adı var, Samir Nuriyev. 50 min fəhlə harada qalıb? Dəqiqləşdirin məsələləri. Belə dəqiqləşdirilmələr aparmadan ajiotaj yaratmayın. Prezidentin sərəncamı ilə təyin olunmuş adamdır. Niyə bu qədər cavan, ya qoca sözlərini deyirsiniz?”

635x100

Şərhlər

Noqay 2019-02-01 17:42:21

Görəsən F.A. nə zamandan xalqın, işsizliyin dərdini çəkən olub? Bu adam tikinti şirkətlərindən sifariş alıb ki, onların xaotik, eqoistik marağına xələ gəlməsin. 30 il ərzində bakı zibil gününə düşdü. Dar küşələrdə, şəhərsalmaya uyğun gəlməyən sistemsiz, şəhərin havalandırma işiqdüşmə sistemini korlayan bina tikilişi yəqin ki, bu adamın ürəyindəndir. Bu adam Qusik kimilərin üzünə durdurmaq üçün lazımdır.

seymur 2019-02-01 17:42:21

Samir cox eceb edib aqzina qelen harda lazimdi yox harda qeldi qanunsuz icra bashcilarin bazarin qarshisini alib saqolsun

Obyektiv 2019-02-01 17:42:21

Qeribedir.. Bunlar goresen hansi ishsizLik probleminden danishir, Sovetski ve s. kimi enenevi erazileri darma-dagin eleyib, camaati (fashistcesine) yerinden-yurdundan qovub, evezine qurulan "ish yerleri"ni?! Yoxsa (ishsizlik perdesi altinda)"qizil qiymetine" Bakini zebt eleyen "novostroykalar"in derdini chekirler?! Besdirin ey, imkan verin olke bashcisi ve teyin elediyi ziyali kishiler obyektiv ishleye bilsinler! Sheheri tanimaq mumkun deyil, sanki ancaq "novostroykalar" ve "parklar" koloniyasidir!..

zaza 2019-02-01 17:42:21

Qocalarla cavanlarin davasi siyasi musteviye kecib artiq. Fezail bey catdirmaq isteyir ki o cavanlardan onlarin ailelerinde de var. Yuksek vezifelere deputatlarin memurlarin genc balalari teyin edilsin varislik qaydasinda.

TARİX 2019-02-01 17:42:21

F.AĞAMALI BAKIDA NƏFƏS ALMAĞA YER QALMAYIB.8-Cİ KM VƏ DİGƏR ƏRAZİSİNDƏ BÜTÜN YAŞILLIQLAR MƏHV EDİLİB TOYXANALAR,MARKETLƏR,OFİSLƏR VƏ S.TİKİBLƏR.ƏKSƏRİYYƏTİNİ DƏ KOMUNİKASİYA XƏTLƏRİNİN(rabitə,su,qaz,işıq)ÜZƏRİNDƏ.QEYRİ-QANUNİ TİKİLİLƏRİN ACISINI CÖRƏCƏYİK.BUNU GÖRMÜRSƏNSƏ EYNƏK TAX.DAİMİ İŞ YERLƏRİ ACMAQ LAZIMDIR.ZAVODLAR,KOLXOZ VƏ SOVXOZLAR DAĞIDILDI,YERİNDƏ HEC NƏ QURULMADI. TORPAQLARI MÜASİR TƏLƏBLƏRƏ UYĞUN ƏKMƏYƏ KƏNDLİNİN İMKANI YOXDUR.HAMISINI MƏMURLAR SU QİYMƏTİNƏ ƏLƏ CECİRİBLƏR.AĞLAMALI V-N DANIŞ.

Mamed Azeri 2019-02-01 17:42:21

Agamalı deptat müəllim, Siz xalqın fikrini çəkirsiniz? Onda 1. Bakının nə üçdüyünü günə düşdüyünü görmürsünüz? Hansı tikinti standartlarına əməl edilir. Məhəllə arası sahələr, parklar, uşaq ıbağçaları və d yerlər zəbt edilərək tikinti aparıldı. Şəhərdə yaşılıq qalmadı. Hara baxırsınız?. Tikinti aparılması yaxşıdır, onda niyə yeni sahələrdə aparılmasın? 2. İnsanların işlə təmin edilməsi üçün tikinti yalnız müvəqqəti vasitədir. Rayonlarda yeni iş yerləri yaradın ki, rayonlar da inkişaf etsin

Cavan 2019-02-01 17:42:21

Samir Nuriyevi o vəzifəyə cənab Prezdent təyin edib ki,qanunsuz tikililərin qarşısı alınsın.F.Ağamalı vəziyyəti siyasiləşdirərək təziq gpstərməyə çalışır.İnsanları zavod,fabrik açaraq rayonlarda işlə təmin etmək lazımdır,hamını tikinti adıyla Bakıya yığmaq yox.Bir şeyi başa düşmək lazımdır ki,vəsait elə layihələrə yatırılmalıdır ki sonra xeyir versin,öz xərcini ödəsin.Tikintiyə,təmir-tikintiyə ayrılan pulların aqibəti hamıya bəllidir.

Alı 2019-02-01 17:42:21

Agamalı olanda nolar.Arada bu da dogru danışa bilər.Fakt odur ki, xaricdə oxumuş kimi gözümüzə soxduqları kadrlar heç biri hec də əvvəlkilərən fərqlənmirlər.1 məqsədləri var.Nə mümkündür bu dövlətdən qapazlayıb ogurlamaq.

Azərbaycan vətəndaşı 2019-02-01 17:42:21

Fəzail Ağamalı insanların Bakıya işləmək üçün gəlməməsi üçün rayonlarda iş yeri açmaq lazımdır.Bundan danışmaq lazımdır.Yoxsa bütün Azərbaycanı Bakıya yığmaq lazım deyil.Rayonlar kəndlər boşalır.Hamısı çəhərlərdə tikintidə işləmək üçün şəhərlərə axışır.Bunun qarşısını almaq lazımdır.

azad 2019-02-01 17:42:21

bu tikintilər nə vaxtan iş yeri oldu ehtyac oldu olmadı harda ğəldi tikirlər hec şəhər salma sdandartlarna uyğun ğəldi ğəlməd tikirlər.ağmalı depudat sən xalqın adından danışma ayıbdır xırdalana ğəl bax ğör şəhər nəğündədir.

Haqq 2019-02-01 17:42:21

Bunun özüne deyen lazımdıkı sen deputatsan yoxsa Samux rayonunda pomidor xiyar satan?

sual 2019-02-01 17:42:21

Ağamalı qağa sən Bakını və ya milləti fikirləşirsənsə, bəs onda şəhərin hər tinində məjəlləsində, məktəb və uşaq bağçalarının qarşısında səki və xəstəxanaların ərazilərində tkilən moykalardan niyə danışmırsan. Şəhər əhalisi bu cür saysız hesabsiz lazimli lazımsız moykalardan az qalır ki xəsdəliyə tutulsun bindan niyə danışmırsan ya?

Bashirov Qarib 2019-02-01 17:42:21

Spiker aydın və dəqiq ifadə etdi.Bu işlərin sənə nə aidiyyatı var.Oturun yerinizdə,özu bilər.

Veteran 2019-02-01 17:42:21

Deputatin qeyd etdiyi meselede maraqli meqam var. Meseleye mentiqi yanawsan, misal ucun tikintisi 1 il evvel bawlamiw ve 10 mertebesi tikilmiw 16 mertebeli bir binada iwler dayandirilibsa demeli orada tikinti normalari pozululdugundan bu cur qerar qebul olunub. Lap yaxwi, demek ki gelecekde bu binada insanlarin yawamasi tehlukelii hesab edilib. Bele olan halda hemin tikili cox guman ki demontaj olunmalidir. Ancaq gelin gorek bu baw verecekmi. Elbette yox! "Raziliq" elde olunan kimi iwler davam edecek!

Son yazılar