"Məqsədimiz Venesuelada hakimiyyətin dinc yolla ötürülməsidir" - Con Bolton

ABŞ Venesuelaya dair hər hansı variantı istisna etməsə də, hazırkı vəziyyətdə hərbi əməliyyat barədə söhbət getmir.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

Venesuelada ABŞ, habelə Kolumbiya və Braziliya tərəfindən hərbi əməliyyata başlanılmasının labüd olub-olmaması barədə suala cavabında “yox” deyən Ağ Ev rəsmisi bununla belə, Prezident Donald Trampın vurğuladığı kimi, hər cür variantın mümkün olduğunu qeyd edib.

“Lakin məqsədimiz hakimiyyətin dinc yolla ötürülməsidir”, - deyən müşavir məhz bu məqsədlə də Venesuelaya dair iqtisadi sanksiyaların tətbiq olunduğunu, siyasi təzyiqlərin artırıldığını dilə gətirib.

635x100

Şərhlər

Türk 2019-02-01 21:13:25

Məqsədiniz Venesuela neftini ələ keçirməkdir.ABŞ-ın ayağı dəyən yerdə qan su yerinə axır.Yuqoslaviya.İrak,Liviya,Suriya və digər yerlərə çox dinc işlər görmüsüz.Rədd olun gedin Venesuelada.Qoyun xalq necə istəyir elə yaşasın.

Son yazılar