“Bu səddin tikintisi davam etdiriləcək” - Tramp

Mən bu səddi tikdirməyə davam edəcəyəm və o tikiləcək.

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə səddin tikintisinə vəsait ayrılması barədə demokratlarla danışıqları "vaxtı hədər yerə sərf etmək” adlandırıb.

ABŞ lideri bunu "The New York Times” qəzetinə müsahibəsində deyib.

"Mən bu səddi tikdirməyə davam edəcəyəm və o tikiləcək. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə münasibətim yaxşı idi, lakin indi buna şübhə edirəm. Əgər o, səddin tikintisinə qarşı çıxırsa, bütün danışıqlar vaxt, vəsait və enerji itkisidir, Çünki səddin inşası çox vacibdir”, - deyə Ağ evin rəhbəri bildirib.

Donald Tramp səddin tikintisinə maliyyə əldə etmək üçün Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejimi elan edib-etməyəcəyi barədə suala isə cavab verməkdən yayınıb.

Bir qədər əvvəl ABŞ prezidenti özünün "Twitter” səhifəsində müvəqqəti büdcə sənədini imzalamaq barədə qərarını demokratlara güzəştə getmək məqsədi ilə deyil, büdcə böhranı zamanı haqqı ödənilməyən məzuniyyətə göndərilən və ya məvacibsiz işləməyə məcbur olan dövlət qulluqçularına hörmət əlaməti olaraq qəbul etdiyini yazmışdı. Donald Tramp, həmçinin Konqresin iştirakı olmadan səddin tikintisi üçün maliyyə ayrılması məqsədilə fevralın 15-də Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejimi tətbiq edə biləcəyini demişdi.(AZƏRTAC)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar