“İnternetə girişin məhdudlaşdırılmasına ehtiyac var” - İranın baş prokuroru

“İranda internetə girişin məhdudlaşdırılmasına ehtiyac var”.

“Anadolu” agentliyi xəbər verir ki, bunu İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəziri ölkənin Sistan və Bəlucistan əyalətində təşkil edilən hakimlərin elmi və mədəni konfransıda bildirib.

“İnternetə girişin tarixi prosesə bağlı olduğunu düşünənlər var. Ancaq belə deyil, gənclərin yanlış mərkəzlərə yönəlməsinə mane olmalıyıq”, - deyə o qeyd edib.

Baş prokuror vurğulayıb ki, İrana düşmən kəsilən ölkələr sosial media vasitəsilə ölkəsinə qarşı psixoloji savaş aparır.

Qeyd edək ki, İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azeri Cehromi iki gün əvvəl ölkədə internetə girişin məhdudlaşdırılmasının yeni problemlər yaradacağını söyləmişdi.

Bildirilib ki, İranda internet istifadəçilərinin 55 faizi “Telegram”dan, 23 faizi “İnstagram”dan istifadə edir. Sıralamda üçüncü yeri “Twitter” tutur. “Twitter”dən istifadə qadağan edilsə də, İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamənei, Prezident Həsən Ruhani, habelə xarici işlər naziri Məhəmməd Cavad Zərif bu informasiya vasitəsindən yararlanırlar.

Xatırladaq, İran Prezidenti Həsən Ruhani sosial şəbəkələrdən istifadəyə qadağa qoyulmasını yanlış addım adlandırmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar