DİN vəzifəli şəxsin oğlunun qətlə yetirilməsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda vəzifəli şəxsin oğlunun qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 15-də Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisindən şəhər sakini Əli Məlikov döş qəfəsindən daxilə nüfuz edən, Masallı rayon sakini Elçin Baxşıyev və Kəlbəcər rayon sakini Seymur Fərzəliyev isə daxilə nüfuz etməyən bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər. Oktyabrın 16-da Ə. Məlikov orada ölüb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləcəri qəsəbə sakini Tural Əliyev tutulub.

Qeyd edək ki, qətlə yetirilən Ə.Məlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar