Qulu Məhərrəmli tarixçi akademikə tarix dərsi keçdi - "Hörmətli akademik yanılır..."

"Dünən axşam radiolardan biri Rəsulzadənin 135 illiyi ilə bağlı Tarix İnstitutunun direktoru Yaqub Mahmudovu efirə çağırmışdı. Akademiklə təxminən 10 dəqiqə Cümhuriyyət və Rəsulzadə mövzusunda danışdılar, sonra keçdilər Y.Mahmudovun elmi “şücaətlərinin” vəsfinə. Adam da o ki var özünü öydü... " "AzPolitika" xəbər verir ki, bu fikirlər Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmlinin öz "facebook" səhifəsindən paylaşdığı yazıda əks olunub.

Q.Məhərrəmli daha sonra yazır: "Bununla işim yoxdur. Akademik böyük Rəsulzadə barədə bir az candərdi danışdı, düzdür, dedi ki, o, görkəmli ictimai xadimdir, amma dərhal da əlavə etdi ki, “Cümhuriyyətin banisi təkcə Rəsulzadə deyil, həm də Topçubaşov, Yusifbəyli və Xoyskidir”. Məncə, hörmətli akademik yanılır, ya “bani” sözünün mənasını başa düşmür, ya da bizi dağa-daşa salır.

Əlbəttə, adları çəkilən möhtərəm şəxsiyyətlər Cümhuriyyətin qurulmasında, idarə edilməsində və tanıdılmasında misilsiz fədakarlıqlar göstəriblər. Bunu bir kimsə dana bilməz, amma bu, tarixin başqa səhifəsidir. Bir işin bünövrəsini, əsasını qoymaq, onun ideologiyasını hazırlayıb pillə-pillə reallaşdırmaq isə başqa bir səhifədir. Məhz müstəqillik ideyasını irəli sürdüyünə və istiqlal düşüncəsinin daşıyıcısı olduğuna görə Rəsulzadə Cümhuriyyətin banisi sayılır. Bu tarixi həqiqəti danmaq olmaz!

Düzdür, Rəsulzadə özü də böyüklüklə yazır və deyirdi ki, Cümhuriyyəti bir adamın adına çıxmaq doğru deyil, çünki onu millət yaradıb. Amma Rəsulzadənin bunu təvazökarlıqla deməyi başqadır, onun tarixdəki rolunu danmağa, böyüklüyünü qısqanmağa, adını silməyə girişmiş məmur və akademik xorunun deməyi isə tamam başqadır..."

Görüntünün olası içeriği: 1 kişi, ayakta, gökyüzü ve açık hava

 

635x100

Şərhlər

Burada rəy yazanlara 2019-02-02 23:12:16

Bu adan tarixçidir və buna söz ola bilməz ancaq saray tarixçisidir o həqiqəti yazsa o dəqiqə saray tarixçiliyindən çıxararlar və o dəqiqə görünər ki o necə akademikdir ,müdirdir

AAgahuseyn 2019-02-02 23:12:16

M.RƏSULZADƏ hakqında danışmaq yalnız onun səviiyyəsində olanlara məxsusdr.

sirac 2019-02-02 23:12:16

Ay burada şərh yazanlar onları çox da qınamayın.Nə etsin ki,bəzilərinin də "yalı" buradan çıxır....Əkər siz Yaquba yaxından baxsanız, eyni Mussolinə oxşayır.Elə bil bədbəxt oğlu onunla ekiz doğulublar. ... fəqləri var ...Mussolinin kişi adam idi.....

Sara 2019-02-02 23:12:16

Gerek Nagisi cixardib goydeki ulduza .... cox isterdimki, o nagis yenede o boyuk ulduza ashagidan yuxari ..... Bunlarin bashinda duranlari Sovet zamaninda mehv edilen insanlarin qargishi tutsun.... Esh olsun Mehemmed Emine.

Lerikden Mehemmed Hesen emi 2019-02-02 23:12:16

demk bu hemen ,,,akedenqimikdir,, ki bezi adamlari tek bawina her weyi etmekde vesf edir ama Resulzadeye gelende deyir ,,,bu tek adamin ,,iwi deyil. Amma ve lakin bu yoldaw ,,,akadenqimik,,, bawa duwmur ki istenilen bir layiheni, proyekti ve ya boyuk bir iwi gormek ucun mutleq ve mutleq bir bawci, rehber ve idare eden lazimdir? Yerde qalanida onun bawina yiqiwmali ve her kes cekici bir yere vurmaldir?! hetda iptidai icma quruluwunda bele her qebilenin bawi olub...

Səməd 2019-02-02 23:12:16

Hörmətli Qulu müəllim! Nə yaxşı ki, Sizin kimi aydınlar var. Obyektivliyinizə görə çox sağ olun. Azərbaycan cəmiyyəti kimin kim olduğunu çox yaxşı bilir. Rəhmətlik Məhəmməd Əmin bəyi qəddar sovet rejimi Azərbaycan türkünün qəlbindən silə bilmədi, qondarma alimlərində buna gücü çatmaz.Cənab Rəsulazadə tarixə Şərqin ilk demokratı kimi düşüb, bəs Yaqub müəllim?!çox təəssüf ki, insanlar ləyaqətini şöhrət və vəzifəyə dəyişir!!!

AYRİM 2019-02-02 23:12:16

Ziyalılarımızla bağlı Rəşid müəlimin dediklərinin qiyməti yoxdu və bəlkə də uzun illər bu sozıər tarixin gercəkliyinə cevriləcək. -Əgər bu gun ziyalılarımız bir qab ücün yallanırsa vay bu milətin halına-...

miri 2019-02-02 23:12:16

Qulu bəy, M.Ə.Rəsulzadə Azərbaycan tarixində elə bir zirvədirki, konyuktoraya uyqun akademik olanlara coxda fikir verməyə dəyməz. Bu gunlərdə "gedəcək qatar" hələ coxlarini narahat edəcək. Bu cür insanlar "tarix zibilliyi"nə yaxinlaşdıqca özlərini narahat hiss etməsi təbiidir. Allah Sizin kimi Ziyalıları həmişə uca etsin. İnşəAllah.

Veteran 2019-02-02 23:12:16

Qulu muellim, ola bilsin akademik nezerde tuturmuw ki, Resulzade Cumhuriyyetin bunovresini qoyanda adini cekdiyi wexsiyyetler de "rastvor" "podavat" edirmiw. SSRI- nin yaranmasinda "palcix" qariwdiranlarin ve "podavat" edenlerin sayi-hesabi yoxdur, ancaq tarixde banisi bir neferdir, Lenin!

Qoca Molla 2019-02-02 23:12:16

Həqiqəti cuvalda gizlətmək mümkündürmü?

Sus 2019-02-02 23:12:16

Əlbətdə .... gətirib akademik edəndə, onlar da belə danışacaqlar.Bu Yaqub "AKADEMİKİN" 1918-1920 illər üçün təşkil etdiyi "ensklopediya" lar xalqa qarşı düşmənçilikdir.Mən onu küçədə, ekranda görəndə üzümü-gözümü spirtləyirəm ki..... Sən Y.Mahmudov heç narahat olma, çünki sən kimilər çoxdur. Çoxluğun da axırı nə olduğunu sən çox gözəl bilirsən.Odur ki, heç narahat olma!

Bashirov Qarib 2019-02-02 23:12:16

Akademik, xarici ölkə səfirlikləri uçun yazdıgı kitablarının birində Agdam şəhərinin 1992-ci ildə işgal edildiyini yazmışdır.Mətbuatda,bu muzakirə ediləndə və tənqid ediləndə,jurnalist hormətli akademikimizdən buna aydınlıq gətirməyi xahiş etmiş və belə cavab almışdır-Yazmışam,əcəb eyləmişəm. Qulu muəllim də umur ki, 100 il əvvəl olmuş tariximizi oldugu kmi çatdırsın.

G M 2019-02-02 23:12:16

M Ə Rəsulzadə bilsəydi ki,onun qurduğu Dövlətdə Y Mahmudov kimi Akademik, e nəsirov kimi Deputat...Baş nazir Artur-Novruz cütlüyü olacaq .Bəlkə də tərəddüd edərdi ,fikirindən vaz keçərdi

Mirzə AĞ 2019-02-02 23:12:16

Ümumiyyətlə, Sovet döbrundən qalma, beyni qurumuş belə akademiklərdən canımızı nə qədər tez qurtarsaq, bir o qədər yaxşı olar!!!

t.ədalət 2019-02-02 23:12:16

Məhəmməd Əmin Rəsulzadənin daşı o qədər ağırdır ki,keçmiş sovet casuslarını hələ də rahat buraxmır.Diriykən sovet hökuməti onu öldürmək üçün Türkiyəyə onlarla casus göndərdi.Kimisi qəzet müxbiri,kimisi də SİTA-nın nümayəndəsi adıyla getsə də,məqsədə nail ola bilmədilər.Sonra məzarı ilə didişdilər.Türkiyə onu dağılmaqdan qorudu. Moskvanın işarəsi ilə oturub-duran məmurlar,indi də onun ruhu ilə vuruşurlar.Ruhlarla vuruşanları Allah bağışlamır.Bizə,sadəcə səbr etmək qalır..

Son yazılar