Hər il reklama 500 milyard dollar xərclənir - Maraqlı faktlar

1. İçki reklamlarında çəkilən buz parçaları, bir qayda olaraq, arkildən hazırlanır.

Belə ki, buz sofitlərin işığı nəticəsində tez əriyir. Yuyucu vasitələrin hesabına isə limonadlarda “fışıldayan” köpüklər alınır.

2. Araşdırmalar göstərib ki, farmasevtika şirkətləri reklama yeni dərmanların tədqiqi və hazırlanmasından ikiqat çox pul xərcləyirlər.

3. “Kovboy Marlboro” reklamında çəkilən hər üç aktyor ağciyər xərçəngindən ölüb.

4. Dünyada hər il reklama 500 milyard dollar xərclənir.

5. 65 yaşınız tamam olana qədər siz təxminən 2 milyon reklam çarxına baxacaqsınız.

6. Çaydan ilk istifadə barədə məlumat IV əsrə aid edilir. Lakin alimlərin fikrincə, çay içkisindən həmin vaxtdan çox-çox əvvəl Şərqi Asiyada istifadə edilib.

7. Əvvəllər çayı dəmləməyin mümkünlüyü hər kəsə məlum olmayıb. Bu bitki növü Avropaya yeni gətirildikdə kral qəbullarından birində onun yarpaqlarından salat hazırlanıb. Yemək məmnuniyyətlə yeyilib, axı, heç kim nəzakətsiz görünmək istəmirdi.

8. Soyuq çay (ice tea - red.) 1904-cü ildə ixtira edilib. İxtiranın müəllifi Riçard Bleçinden hesab edilir. Həmin vaxtdan etibarən ABŞ-da 80% çay soyudulmuş hazır içki şəklində satılır.

9. Çay paketini hər kəsə məlum olan Lipton deyil, nyu-yorklu Tomas Sallivan çayın metal qablarda daşınmasının olduqca baha olduğunu və bunun qətiyyən sərf etmədiyini aşkarladıqdan sonra ixtira edib. Bu səbəbdən o, XX əsrin əvvəllərində çayı kağız bağlamalarda satmağa başlayıb. Alıcılardan biri təsadüfən bağlamanı suya düşürüb və suyun çayın rənginə boyandığını aşkar edib.

10. İnsan bədənindəki su 6-8% azaldıqda, onda yarıhuşhuz vəziyyət yaranır, su çatışmazlığı 10%-ə çatdıqda qarabasma və udma refleksinin pozğunluğu baş verir. Bədəndəki mayenin 12% azalması isə ürəyin dayanmasına səbəb olur.

11. Qaş və kirpik tükləri 3-4 ay, saç telləri isə 4-6 il yaşayır.

12. Fransa nevropatoloqlarının araşdırmasına əsasən, ağlayan insanın 43, gülən insanın isə cəmi 17 əzələsi hərəkət edir. Buna görə də sağlamlıq baxımından gülmək ağlamaqdan faydalıdır.

13. İnsan orqanizmində sutka ərzində bir litr ağız suyu, üç litr mədə şirəsi, iki litr mədəaltı şirə, 3,5 litr bağırsaq şirəsi, bir litr öd şirəsi ifraz edilir. Yeri gəlmişkən, avrodövriyyəyə daxil edilərkən qəpiklər təhlükəsizlik baxımından diqqətlə yoxlanılıb. Bu dəmir pulların, hətta mədə şirəsində həll olunub-olunmadığı yoxlanılıb; onlar isə insan bədəninin ifrazatında həll olunmayıb. Münhen uşaq xəstəxanasında yeni avroqəpiklərlə yoxlama keçirilib: uşaqların udduqları yad əşyaların 80%-ni qəpiklər təşkil edir.

14. Tənhalıq ən çox saat 20:00-22:00 arasında hiss edilir.

15. Dırnaq və saçların uzanması, əsasən saat 16:00-18:00 arasında baş verir.

16. Dadın incə şəkildə hiss edilməsi qidanın temperaturundan asılıdır. Qidanın dadı 24 dərəcədə daha kəskin hiss edilir.

17. İnsan bədənində beş hovuzu dezinfeksiya etmək üçün kifayət edəcək xlor, 20 min ədəd kibrit başlığını hazırlamağa kifayət edəcək fosfor, 10 sabun parçasının hazırlanmasına kifayət edəcək yağ, iti birədən təmizləməyə kifayət edəcək kükürd, artilleriya mərmisini partlatmağa kifayət edəcək qədər qliserin var və bu, son deyil...

/Salamnews

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar