ÇEXİYADAKI SƏFİRİMİZİN DƏ BİZNESİ ORTAYA ÇIXDI - Əhmədzadənin oğlu ilə şərikdi + FOTOLAR

Araşdırmaçı jurnalist Cavanşir Həsənli Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin bu ölkədə qurduğu biznesi araşdırıb. Materialı azadlıq.info-ya istinadla təqdim edirik:

“Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin da başı biznesə qarışıb. Hörmətli diplomatımız məmurlardan geri qalmayaraq səfir kimi fəaliyyət göstərdiyi ölkədə şirkət açıb. Özü də faktiki olaraq, Su və Melorasiya Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədi Əhməd Əhmədzadənin oğlu, Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadə ilə ortaq.

Cənab səfir yəqin düşünüb ki, məmurlar ölkənin sərvətini Londona, Çexiyaya yatırırkan, dövləti təmsil etmək onamı qalıb…

Şirkətin qeydiyyatda olduğu ünvan (foto)

2018-ci il mayın 5-də cənab səfir, Cümə Əhmədzadənin bu ölkədəki biznesini idarə edən Elçin Kazımzadə və Çexiya vətəndaşı, Avropa-Azərbaycan Ticarət Palatasının rəhbəri DAVID SNÁŠEL East Trade Company s.r.o. şirkətini təsis ediblər.

Səfir öz hissələrini həyat yoldaşı 1973-cü il təvəllüdlü, Bakı şəhəri, Akademik Həsən Əliyev 98a, mənzil 36 ünvanında qeydiyyatda olan Ülkər Şəfiyevanın adına rəsmiləşdirib. Şirkətin pay bölgüsünə görə o, şirkətin 1/3-nə sahibdir.

Ülkər Şəfiyeva Xarici Dillər Universitetindən ingilis dili müəllimi ixtisası üzrə məzundur.

Şirkətin ünvanı: Klokotská 744/29, 390 01 Tábor. Şəhadətnamə nömrəsi: 07095945″.

Avropa Azərbaycan Ticarət Palatasının rəhbəri David Şnasel (foto)

635x100

Şərhlər

Şəkidən 2019-02-02 21:57:56

Əhmədzadələrin sayəsində Şəkidə Su idarəsinin müdiri Bayram Məmmədov qardaşları(qohum qardaşları) və Suvarma sistemləri idarəsinin müdiri,danışığı Allah tərəfindən məhrum olan Sadəddin Əhmədov qardaşları Şəkidə At oynadırlar,bütün obyektlər,vəzifələr onların savadsız adamlarına məxsusdur . aidiyyatı qurumların rəhbərləri onların qanunsuz əməllərinə göz yumurlar......?

QAXLI 2019-02-02 21:57:56

Əhmədzadələrin Qaxda nə qədər obyektləri,torpaq sahələri var.Qaxda kim ev,torpaq və bir obyekt satırsa onu ancaq Əhmədzadələr almalıdır .buna söz ola bilməz. bunlar savadlı, bacarıqlı olub bu boyda işlər görə bilirlər. Əsla yox Londonda,Çexiyada , haralarda bunlar iş qururlar.Gedib Elman Rüstəmovun qızını niyə alır,ona görə ki baş başa verib ......Pul saya bilirlər ....

səməd 2019-02-02 21:57:56

Əhmədzadənin hesabına Şəki də Abid Şərifobun bisnesinə rəhbərlik edən Nəsir Məmmədov və Sadəddin Əhmədov qardaşları at oynadırlar Onların obyektlərinin,villalalarının və maşın kolleksiyalarının sayı-hesabı yoxdur? onların qanunsuz əməllərinə nə vaxt Stop qoyulacaqdır ?Şəkidə aparılan Su və kanalizasiya işərinin bərpası üçün milyonlar ayrılmasına baxmayaraq qardaşlar yarıtmaz işləri ilə milyonları mənimsəyirlər, aidiyyatı qurumlarda göz yumurlar? Əmək haqqı qohumlarının adına yazırlar,fəhlələrə isə paket ver

Vətəndaş 2019-02-02 21:57:56

Nə olsun? Dəyirman bildiyin edir,çax-çux heç başın da ağrıtmır.GUya baş verən məmur özbaşınalıqlardan xəbərləri yoxdur? Bu mümkündürmü? ......

Məmməd 2019-02-02 21:57:56

Dindən, təmizlikdən dəm vuran Allahşükür Çexiyada biznes qurub aldığı imarəti xalqdan gizlədib oyun çıxaranda bu sadə adamlara nə irad tutasan. Üstü də açılanda hər şeyi keçirir oğlunun adına. Çox məzəli əhvalatdır.

Anti-Mendoza 2019-02-02 21:57:56

Burada qeyri-adi heç nə yoxdur, səfirlərin hamısı bir nəfər kimi ya biznesmen-çinovnik oğludurlar, ya da özləri biznesmendirlər. Təkrar edirəm, bu zümrənin arasında heç bir nəfər də istisna yoxdur.

Moshu 2019-02-02 21:57:56

Ölkə başçısı dəfələrlə qeyd etmişdir ki, köməkçiləri ölkədə baş verən hadisələrlə onu məlumatlandırmırlar. O,məlumatları internet səhifəsindən əldə edir. Azpolitika gözəl bir ənənənin əsasını qoyub. Azpolitika bütün belə bir biabırçılıqları, cinayət hadisələrini analiz edib bir toplu şəklində ölkə başçısına, Baş Nazirə, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə ünvanlasa, güman edirəm ki, bunun çox gözəl nəticəsi olar. "Görüş yerini dəyişmək olmaz" sovet filmində mayor Jeqlov demişkən Oğru türmədə olmalıdır

Vətəndaş 2019-02-02 21:57:56

Bu ölkədə nə qanun var, nə də nəzarət!Heç ibtidai icma dövrndə ehtimal ki, belə ola bilməzdi.Bir qrup millətdən olmayan məmurlar daraşıblar ölkəyə sökür.YAP partiası Azərbaycana rəzillik gətirib.Hərəsi milyardlar yeyir üstündən su içib kef edirlər.Bir söz deyən yoxdur.Amma bir azərbaycanlı balası ac olduğundan marletdən bir parça ərzaq oğurlamağa məcbur olduğundn həmən polis onu tutur və məhkəmə həbsxanaya göndərir.Biz hansı əsrdə yaşayırıq?BU ədalətsizlik.qanunsuzluq niyə baş vepir

Vekile 2019-02-02 21:57:56

Kimlerse artan dollar kreditne göre intihar edir.Allah buni göturmez geci var gucu bes bizim ziyalilar basbilenler niye susur ????

QAXLI İŞSİZ 2019-02-02 21:57:56

ƏHMƏDZADƏLƏR QAXDA AT OYNADIR.

Vəkil 2019-02-02 21:57:56

Bu ahmed ahmedzade 50 ildir ki bucceni ximi ximi sökur Elmanda ona pas verir demek bu adam imperiya qurub esas yerlere öz adamlarin yerleşdirib maliyye nazirliyi,prizident aparatinda,bankda demek pulu ayritdirir ve silinme prosesi bölunme prusesi milyardlar gelir...

Oqtay 2019-02-02 21:57:56

Ay CAVANŞIR MEHMAN HÜSEYNOV SƏNƏ DƏRS OLMADI? SƏN NƏ FİKİRLƏŞİRSƏN BU MİLLƏTİN İŞİ GÜCÜ QURTARIB BƏYƏM İNDİ DƏ SƏNƏ GÖRƏ MEYDANA yığışaq.Niyə qoymursan oğurlayan oğurlasın bizdə cörək qazanmağa yer axtaraq Sən başa düş bunu yazmaqla yuxarıdakıları narahat edirsən pul saymaqdan ayrılıb sənin məqaləni oxuyurlar və gülürlər ki elə bu?

EJDER 2019-02-02 21:57:56

HESAB EDIREM KI,ANALOQU OLMAYAN INKIWAFIMIZI WEREF VE WOHRET ORDENLI NAZIR,MEMUR VE ONLARIN KORRUPSIONER QOHUM EQRABALARI TEREFINDEN IRELI APARAN ,SURET QATARI ILE,YENI YALAN ,PALANLARI WEXSEN MENIM ETIMI LAP TOKUB...SAQ YEMIYESINIZ,SARIKOZYEL CANI...GORESEN BU ....HANSI MƏMURDAN NUMUNE GOTURURLER...ONUNDA ATABATASINA LEHNET

anar 2019-02-02 21:57:56

heyirli ugurlu olsun ...saglignan

Asim 2019-02-02 21:57:56

Yazıq Azərbaycan,səni ortaya yıxıb leş kimi sümürürlər.Nə vaxt sənə yiyə çıxan olacaqdır.Vallah bizim dərdimizə 3000000 nəfər(dənə) nənəmherik arvad lazımdır ki, oturub ağlasın(özüdə hər mənada).Day baxırlar hər məmur 3-5 milyard oğurlayır,əvəzində.şöhrət ordeni verilir, deyir ki, adə mən kimin qızından əksiyəm.

Aysberq 2019-02-02 21:57:56

Alverçiləri və onların evladları vəzifədə olanda bilmirdiniz ki,belə olacaq......Deputatı,naziri,Komitə sədri biznesmenlik edəndə nəzarət edici orqanlar nə ilə məşğul olublar.Bu halları niyə vaxtında görmürlər? Bəlkə bir ölçü götürərdi.Hansını tərpədirsən altından milyarlarla ölkənin varidatı çıxır. Belə hal heç Mozambikdə də yoxdur.Ölkəni niyə bərbad edirsiniz? İşləyə bilmirsiniz,qoyun bacaranlar gəlsin.Belə olmaz!

oxucu 2019-02-02 21:57:56

BUNU KİM BİLMİRDİ Kİ.TƏZƏDİR BƏYƏM.HAMI BİLİRDİ Kİ ƏHMƏDZADƏNİN DƏ ÇEXİYADA,LONDONDA MÜLKLƏRİ VAR.XALQIN QULAQLARI ÇOXDAN MAZOL OLUB BELƏ SÖHBƏTLƏRİ EŞİTMƏKDƏN.NƏ FAYDASI VAR. DƏYİRMAN ÖZ İŞİNDƏDİR ÇAX-ÇUX BAŞ AĞRADIR.

Moshu 2019-02-02 21:57:56

İlk növbədə "Azpolitika"ya və araşdırmaçı jurnalist Cavanşir Həsənli kimi qeyrətli insanlara dərin təşəkkürümü bildirirəm. Bir kəndin ağızdan avara bi sakini olur, qarşısına çıxanın ağzını-üzünü yağlayarmış. Əhali kəndxudaya müraciət edir ki, bu ağızdan avaranın qarşısını alsın. Kədnxuda həmin sakini dəvət edir və iradını bildirir və çuxasını çıxarıb ona bağışlayır və deyir bu gündən biz qardaşıq, sən kəndxudanın dostu kimi söyüşlərə son qoyursan. Bunlar bütünməclislərdə bir yerdə olurlar. Bir müddət bu insan söyüşü tərgidir, kəndxuda ilə oturub-durur, məclislərə bir yerdə gedirlər, xeyir-şərdə bir yerdə olurlar, camaatın da canı söyüşlərdən qurtarır. Qış aylarının birində çaxtalı gündə söyüşkənlə kəndxuda kəndə nəzarət etmək üçün kənd yuxarı gəzişirmişlər. Onlarla üz-üzə həmin kənddən olan bir başqası gəlirmiş. Səhər-səhər tələmtələsik dovğa yeyəndə yemək onun saqqalına tökülür, elə bu formada da iş dalınca gedir. Kəndxuda ilə söyüşkən bu dovğa yeyənlə qarşılaşırlar. Saqqala tökülmüş dovğa şaxtada çox eybəcər görünür. Söyüşkən kəndxudaya bir anlığa ayaq saxlamağı xahiş edir, çuxanı əynindən çıxarıb kəndxudaya qaytarır və deyir, səninlə dost olmaq mənim üçün şərəfdir, qardaşıq, amma icazə ver bu yaramazın saqqalına söyüm. Dostlar, bu məmləkətdə nə qədər saqqallarına söyüləsi insanlar var. Haradan tapıb bu nadürüstləri iş başına gətitirlər? Bunların yerləri ən yaxşı halda Kürdəxanıdır. Bütün yazılarımda qeyd edirəm, elə bil hansısa qara əl bütün bu işlərə rəhbərlik edir və məmləkəti gözdən salır.

Son yazılar