PUTİNİN DİLEMMASI – Sanksiyalar Rusiyaya nə vəd edir? (ANALİTİKA)

ABŞ-ın “Project Syndicate” analitik informasiya portalı “Putinin dilemması” adlı maraqlı analitik məqalə dərc edib. AzPolitika.info məqalənin tərcüməsini təqdim edir.

Bir çox tənqidçilər Ukraynadakı fəaliyyətinə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların hədsiz dərəcədə məhdud masştabda olması səbəbindən, onların zəif effekt verəcəyini iddia edirlər. Digər tərəfdən isə bildirilir ki, sanksiyalar Vladimir Putinə Rusiyanın daxili problemlərini Qərbin üzərinə ataraq, onları günahlandırmağa imkan verəcək. Putinin tərəfdarlarının bir qismi isə həmin sanksiyaları təqdir edərək düşünürlər ki, bu cür vasitələr Rus avtarkiyasının (qapalı sistemdə özünü tam təmin etmə) bərpasına gətirib çıxaracaq və beləliklə də Qərbdən asılı olmayan strateji müstəqillik qazanılacaq.

Bu arqumentlər yanlışdır. İndiki sanksiyalar Rusiya hakimiyyətinə və sərmayəçilərinə böyük problemlər yaradaraq iqtisadiyyata güclü təsir edir. Tam şəkilli avtarkiya isə Putinin daxili fundamentinin müdafiəsi olan rus həyat standartlarının kəskin aşağı düşməsi mənasına gəlir.

Axırıncı sanksiyalar presidenti olmayan tədbirlərdir. Bu məsələdə Avropa Birliyi ABŞ-dan uzağa gedib. Rusiya bazarına təsirin həcmi Avropa ölkələri ilə ABŞ arasında özünəməxsus fərqliliyi ilə şeçilir. Ancaq “Malayziya Hava Yolları”-na məxsus sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya Qərb ökələri arasındakı fərqi öz maraqları naminə “parçala - hökm sür” strategiyası əsasında həyata keçirməkdən mərhum olub. İndi həm Avropa Birliyi və həm də ki, ABŞ Rusiyanın yüksək vəzifəli şəxslərinə, aparıcı bank və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Ən başlıcası isə AB Rusiyanın maliyyə sistemi aktivlərinin 30%-i və Rusiya pərakəndə satış depozitlərinin yarısını özündə saxlayan “Sberbank”a qarşı tədbirlər həyata keçirir.

Hal-hazırda tətbiq edilmış sanksiyalar “Sberbank”ın yalnız Avropa kapital bazarına girişini məhdudlaşdırır.”Sberbank”ın bu siyahıya düşməsi Rusiyadakı bütün xarici investorların narahatçılığına səbəb olub. Həqiqətən də həyəcanlanmağa dəyər. Rusiyanın maliyyə sistemi çox kövrəkdir. Bank sektoruna olan ümümi xarici borc 214 milyard dollar təşkil edir ki, bunun da 107 milyard dolları bir il ərzində ödənilməlidir. Qeyri-maliyyə şirkətlərinin xarici borcu 432 milyard dollardır və onun 128 milyard dolları bu il qaytarılmalıdır. Bu hesab hətta valyuta ehtiyatı 480 milyard dollar olan Rusiya üçün də çox böyük məbləğdir.

Ümumiyyətlə isə yaxın gələcəkdə ölkədə durğunluq yaranacaq və ya neftin hasilatı aşağı düşəcək ki, bu da öz növbəsində rublun kursuna və həyat səviyyəsinə əhəmiyyətli surətdə təsir göstərəcək.

Bu ilin yanvarından “MSCI” fond indeksinə görə Rusiya səhmləri 16% dəyər itirib. Ammma Brazilya və Türkiyə səhmləri müvafiq olaraq 13% və 27%yüksəlib. Mütəxəssislər Rusiyadan “axan” təmiz kapitalın bu il ərzində 100 milyard dollar, bəziləri isə 200 milyard dollar təşkil edəcəyini deyir. Bütün bunların ümumi nəticəsi ondan ibarət olacaq ki, hökumət sonrakı mərhələlərdə artıq balans yarada bilməyərək, xərclərin azaldılması və vergilərin artırılması barəsində düşünəcək. Bundan əlavə irəlidəki bir neçə ildə Rusiya öz neft yataqlarının işlənməsi üçün Qərb texnologiyasından istifadə etməlidir.

Rusiya maliyyə naziri Anton Siluanov bildirib ki, bu il Krım layihəsi üçün pensiya ödəmələri və bir neçə avtomobil yolunun çəkilişi məlum olmayan vaxtadək təxirə salınmalıdır. Baş nazir Dmitriy Medvedyev ilə onun müavini, iqtisadçı Arkadiy Dvorkoviç arasındakı yazışmalar ortalığa çıxıb və məlum olub ki, A.Dvorkoviç prezident Vladimir Putinin vəd etdiyi xərclərin həyata keçirilməsinin mümkünsüzüyünu qeyd edir. O, mövcud büdcə planlamasında radikal dəyişiklərin aparılmasında israr edir.

Ən mühüm məsələ tarixi baxımdan Putinin populyarlığının indiki həyat səviyyəsinin yüksək olmasına söykənməsidir. Hal-hazırkı ev təsərrüfatındakı illik istehlak Sovet İttifaqının son dövrlərinin səviyyəsindən iki dəfə yüksəkdir. İstehlak səviyyəsi Rusiyanın əsasən dünya iqtisadiyyatına inteqrasiya olması hesabına sürətlənib və onsuz heç cür dayanıqlı qala bilməz.

Hətta Sovet rəhbərlərinin sonuncu nəsli həyat səviyyəsinin müdafiə olunmasının mühümlüyünü yaxşı anladıqları üçün neft və qaz satışından əldə olunan pulların bir hissəsini xaricdən istehlak mallarının alınmasına yönəldirdilər. 1980-cı illərin ortasında neftin qiyməti kəskin aşağı düşdüyündən əvvəl istehlak, daha sonra isə Sovet İttifaqının özü çökdü. Hələlik neftin bu günkü qiymətinin yüksək olmasına baxmayaraq, Rusiyanın büdcə və maliyyə sistemi yaxın 2-3 il ərzində ciddi problemlərlə qarşılaşacaq.

Əgər Qərb Rusiyanın böyük banklarına qarşı geniş və hərtərəfli sanksiya tətbiq edərsə, bu problemin öhdəsindən gəlmək mümkün olmaya da bilər.

Bəs Rusiya hakimiyyəti baş verməsi gözlənilən xöşəgəlməz hadisələrə necə reaksiya göstərəcək? Putin Krım böhranından əvvəlki status-kvoya qayıtmağı özünə icazə verə bilməz, ona görə ki, belə hərəkət daxili siyasi səhnədə məğlubiyyət kimi qəbul ediləcək. Bu isə Qərbin tətbiq etdiyi sanksiyaların gələcəkdə də öz yerində qalacağından xəbər verir. Siyasi represiyanın, senzuranın və təbliğatın köməyi ilə Putin hakimiyyətinin nəzarət vasitələrinin saxlanılması məhdudlaşacaq və həyat səviyyəsi də aşağı düşəcək. Bu dilemma isə Putinin gələcəkdə hansı qərar verəcəyinin öncədən proqnozlaşdırlmasını xeyli çətinləşdirir.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar