DÜNYA PUTİNİN BU VƏZİYYƏTİNDƏN QORXMALIDIR! – Populyarlığı kəskin düşən Rusiya lideri nə edəcək?

Hazırda Rusiyada Putinin populyarlığı çox sürətlə aşağı düşür. Dünya, bununla əlaqədar Putinin nə etməyə hazırlaşdığından bərk narahatdır. Ümumiyyətlə, liderlərin populyarlığının düşməsi dünyada sabitliyə yeni təhlükələrin yaranmasına yol açır.

Vladimir Putin 2000-ci ildə prezident postuna seçiləndə Rusiya xalqı ilə özünəməxsus müqavilə imzalamışdı. Amma son illər Putin müqavilənin şərtlərini pozdu.

Belə düşünülürdü ki, Putin ölkədə iqtisadi rifahı və sabitliyi təmin edəcək və bunun qarşılığında isə o, daha çox hakimiyyət və var-dövlət zəbt edə bilərdi. Son dövrlər rusiyalılar həyat səviyyələrinin necə düşməsini və məvaciblərinin azalmasını müşahidə edirlər. Eyni zamanda ərzaq və digər zəruri tələbat mallarının da qiyməti qalxır.

Nəyə görə Rusiya iqtisadiyyatı staqnasiyaya qərq olub? Bunun bir neçə səbəbi var. Rusiya iqtisadiyyatı tam şəkildə neft və qaz ixracından asılıdır, 2014-cü ildə neftin qiyməti düşdü və o vaxtdan indiyədək isə qiymətlər yalnız qismən bərpa olunub. Digər yandan Krımın ilhaqından sonra Rusiya Avropa və ABŞ-ın sərt iqtisadi sanksiyaları ilə üzləşib.

- Pensiya yaşı artıb

Hərçənd, Krımın ilhaqının ilk başlarında Putinin populyarlıq reytinqi kəskin artmışdı, ancaq uzunmüddətli perspektivdə bu effekt əks istiqamətə doğru getdi. Ona görə ki, pul çatışmazlığı prezidenti pensiya yaşını qaldırmağa məcbur etdi. İndi pensiya yaşı qadınlar üçün 55-dən 60 yaşına, kişilər üçün isə 60-dan 65 yaşınadək qaldırılıb. Bu isə kişilərin orta yaş həddi 66 il olan ölkədə baş verir.

İctimai rəyin öyrənilməsi üzrə mərkəzin (Public Opinion Research Center) yeni araşdırmasına görə, hazırda rusiyalıların yalnız 33%-i Putinə etimad edir. Bu rəqəm 2015-ci ilin iyulundan indiyədək 35 faiz azalıb.

“Levada Mərkəz” isə etimad əvəzinə populyarlıq reytinqini ölçür. Putin üçün bu rəqəmlər 2015-ci ilin iyulundakı 89%-dən bu gün 63%-ə qədər aşağı düşüb.

Pensiya islahatı hədsiz qeyri-populyar tədbir oldu ki, nəticədə Putinin reytinqi kəskin aşağı yuvarlandı. Lakin görünür bundan da fundamental dəyişikliklər baş verib.

- Putin günahlandırılır

Əvvəllər rusiyalılar Putinə korrupsiyalaşmış və səriştəsiz hakimiyyət aparatında qayda-qanun yaradacaq insan kimi baxırdılar. Ancaq hər şey bərbad hala düşəndən sonra, xalq baş verənlərdə elə Putini və onun ətrafını günahlandırır. Məsələ ondadır ki, bu gün əhalinin pul kisəsi boşalır və rusiyalılar buna görə şəxsən Putini ittiham edirlər.

Putin özünün populyarlığına çox böyük diqqət yetirir. Ona görə də yaranmış vəziyyətlə əlaqədar Putinin nə etmək istəməsi sualı meydana gəlir. Öncəki dövrlərdə ölkə sərhədlərindən xaricdə həyata keçirilən hərbi avantüralar və Rusiyanın fövqəldövlət obrazının bərpası Putinin əlində etibarlı kart idi. İndi rusiyalılar iqtisadi problemlərin səbəbini Ukrayna və Suriyadakı müharibədə görməyə başlayıblar. Görəsən Putin bunu anlayırmı və ya dünyanın yeni hərbi hoqqabazlıqlardan qorxmasının vaxtıdırmı?

Putinin sanksiylardan yaxa qurtarması və ölkəyə xarici investisiyalar cəlb etməsi üçün onun Qərblə apardığı davakar davranışları dayandırmağa cəhd göstərməsi də mümkündür. Amma hələ ki, bunun əlamətləri xeyli azdır.

- Tramp ən qeyri-populyar liderdir

Rusiya prezidentini bu posta 2024-cü ilədək seçiblər. Sözsüz ki, əgər 2024-cü ilədək konstitusiyaya bir daha dəyişiklik etməsələr, onda Putin prezidentlikdən getməlidir. Putinin populyarlığının getdikcə azalması beynəlxlaq meylin bir hissəsidir. Hər il “Gellup International” müxtəlif ölkə liderlərinin populyarlıq reytinqini müəyyənləşdirir. Dünyanın mühüm liderlərinin hamısının populyarlığının aşağı düşməsi ilk dəfədir ki, baş verir. Hətta Roma papası Fransiskin də populyarlığı aşağı düşür. ”Gellup”ın rəhbəri Kanço Stoyçev “Deutsche Welle”-ə müsahibəsində deyib: “Dünyanın mühüm liderlərinin populyarlığı heç zaman indiki kimi eyni anda düşməyib. Mən fikirləşirəm ki, əsas problem - liderlərin dünyanın qarşılaşdığı problemləri həll etmək qabiliyyətində olmamasından qaynaqlanır. İkinci Dünya Müharibəsindən sonra müəyyənləşən bugünkü dünya nizam-intizam qaydası daha qeyri-sabit görünməyə başlayır. Biz indi çox qütblü dünyaya doğru hərəkət edirik, bu isə vəziyyəti mürəkkəbləşdirir”.

Putin sevinə bilər: bu gün dünyada ən qeyri-populyar lider – ABŞ prezidenti Donald Trampdır. Onu xüsusən Avropada və Rusiyada sevmirlər. Putin isə Avropa və ABŞ-da populyar deyil. ”Gellup” rəhbəri hesab edir ki, bu iki liderin sərtləşdirilmiş bəlağəti dünya siyasətinə sirayət edərək hər iki ölkə əhalisinin əhval-ruhiyyəsinə də təsir edib. Yəni amerikalılar və rusiyalılar arasındakı düşmənçilik artır. Bu xəbər dünyanın əmin-amanlığa doğru getmədiyini göstərir.

(“Aftonbladet”-İsveç)

Tərcümə “AzPolitika”nındır

635x100

Şərhlər

dima 2019-02-04 08:10:06

rusiyanın dağılması və ya iqtisadiyyatının çökməsi görəsən hansı bisavadlara sərf edir belə götürək tutaq ki rus iqtisadiyyatı çökdü və ölkə bərbad durumdadır orada işləyən vətandaşlarımız hər biri vətənə dönür və işsizlər ordusu dahada artır regionda münaqişələr başlayır və daha sonra sevimli nato və abş regiona bomba yağdırır və cənubi qafqaz hərbi paliqona çevrilir suriya və liviya ilə heç bir fərqiniz qalmır və ağ günə çıxırsız daha sonra xilasınız üçün yenidən rusiyanı səsləyirsiz və o çağları xatırlayırsız artıq gecdir rus deyil amerika şovinizmi öz sözünü deyir məndə 7 ci kalona daxiləm

Максим Калинин 2019-02-04 08:10:06

Стержень, скрепляющая ткань этой уникальной цивилизации – русский народ, русская культура. Вот как раз этот стержень разного рода провокаторы и наши противники всеми силами будут пытаться вырвать из России – под насквозь фальшивые разговоры о праве русских на самоопределение, о «расовой чистоте», о необходимости «завершить дело 1991 года и окончательно разрушить империю, сидящую на шее у русского народа». Чтобы в конечном счете – заставить людей своими руками уничтожать собственную Родину...

Veteran 2019-02-04 08:10:06

Adini bele yazmaq istemediyim insana demek isteyirem ki, eger 5-ci kalon nezerde tutub unvanladigin insanlardan bir de menemse cox boyuk yanliwliga yol verirsen. Aglina ve agzina geleni burda paylawib bir daha terbiyeni burada numayiw etdirme!!! Her kesin meseleye bir baxiwi var. Wexsen werhimin evvelinde diqqeti tesadufen " realliga" yoneltmemiwem. Ele savadsiz ve dar duwunceli insanlar ucun bunu yazmiwam ki, oxuyanda bawa duwsun ki, werhim meseleye real yanawmadir,yeni Putine ve rusiyaya sevgi ve regbet deyil. Men bildiyim meseleye deqiq munasibet bildirirem senin kimi werh yazmaq xetrine insanlari tehqir etmirem! Senin mentiqin budur ki, men de senin kimi Putini soymeliydim rusiya iqtisadiyyatinin ise batdigini qeyd etmeliydim, eks teqdirde burdakilar DTK-nin agentleridir???????!!!!!!!!!!! Bele olan teqdirde senin aglinla menim duwuncemin arasinda ferq olmazdi axi. Ancaq indi ferqimiz ondadir ki, men bir meseleye real munasibet bildirirem sen ise burdaki insanlari tehqir edirsen. O ki, qaldi senin" oncegorenliyine" Allah qoysa ne vaxtsa dunya da dagilacaq neinki rusiya iqtisadiyyati! Terbiyeli ol ve insanlari tehqir etme!

Cəmşid Dərələyəzli 2019-02-04 08:10:06

Əslində Rusiyanın batması keçmiş Sovet respublikalarının xilasıdır. Bizdə həmçinin. Amma Mişanın mövcud durumu, onu hər cür təhlükəyə sövq edə bilər. Çünki, naqis, xislətli adam batanda özü ilə cəhənnəmə hər kəsi götürmək istər. Lap ən yaxınını belə. Hazırki durumda Mişanın qorxulu tərəfi də sanıram məhz budur.

Filosof 2019-02-04 08:10:06

Deyesen 6-ci kalona 5-cileri internetde izlemek tapwirigi verilib! )))

Sara 2019-02-04 08:10:06

Halaldir size 5-ci kolonya, internetdede aktivsiniz. Duzdur ki, Ruslar Lenin demish en boyuk shovinisdir, lakin Qerbin sanksiyalari evvel-axir onunda cokdurecekdir Allahin komeyi ile. Belkem ondan sonra bizede ishiq goruner, hemi bu korupsiyada ve Rus tehlukesinden azad ola bilerik.

Filosof 2019-02-04 08:10:06

Cunki onlarinki wovinizm deyil,prosto "amerikanskiy"demokratiyadir

Türk 2019-02-04 08:10:06

Ay Yengibar nə üçün ABŞ şovinizmini görmürsən.

Veteran 2019-02-04 08:10:06

Realliq ise bawqadir! Rusiya qarwi sanksiyalar bawlayanda rehmetlik politoloq Vefa Quluzade dedi ki, 6 aydan sonra rusiya iqtisadiyyati cokecek ve mehv olacaqlar. Lakin nece iller kecib, onlarin iqtisadiyyati daha da guclenir! Oten hefteki melumata esasen az bir muddet erzide ruslar 65 milyard dollar dovlet borcunu silibler, bu gun bazarindan rusiyadan cox qizil alan yoxdur! O ki qaldi Putinin nufuzu meselesine bu da "belli" menbelerin sifariwli yazilaridir. Bow- bow yazilardir hamisi, real hecne yoxdur!

EJDER 2019-02-04 08:10:06

DYAD VOLODYA MOHKEM OL...KGB SENINLEDI...KEC YALANA,HERCEND URUSU ALATMAQ CETINDI.ARAQI,CAXIRI BOL ELE...TVOYU...

Yengibar 2019-02-04 08:10:06

Rus şovinizmi Putinin əsas siyasətidir. Bu siyasət ən çox qonşu ölkələrə, o cümlədən Azərbaycana təsir edir.Qonşuluqda bütün münaqişələrin müəllifi Rusiyadır. Keçmiş sovet respublikaları onunla hesablaşmağa və onun təlimatları ilə yaşamağa məhkumdur.

rasim 2019-02-04 08:10:06

rusiyanin dərdini çəkməyin. öz dərdimizi çəkin. dəvə nəqədər arıq olsa da dərisi bir eşşəyin yüküdür.

Son yazılar