"Suriyada Konstitusiya Komitəsi yaradılacaq" - Mövlud Çavuşoğlu

Suriyada yaxın vaxtlarda Türkiyə, İran və Rusiyanın dəstəyi ilə Konstitusiya Komitəsi yaradılacaq. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Məlumata görə, komitə konstitusiya layihəsinin yenidən işlənməsinə nəzarət edəcək. Komitənin tərkibində vətəndaş cəmiyyəti, Suriya rejimi, müxalifət nümayəndələri təmsil olunacaq.

Qeyd edək ki, Suriya probleminin həlli ilə bağlı İran, Türkiyə, Rusiya danışıqlarının növbəti raundunun fevralın 14-də Soçidə keçirilməsi nəzərdə tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar