SABİQ BAŞ DİREKTOR BACISI OĞLUNU HƏBS ETDİRİB – Mülklərini geri qaytarmaq istəməyib…

Dərc olunub: 04/02/2019 - 11:39

mehemmed“Aztelekom” İstehsalat Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədovun şikayəti əsasında bacısı oğlu həbs olunub.

Unikal.org-a daxil olan məlumata görə, M.Məmmədovun bacısı oğlu, İB-də köməkçisi işləmiş Qulunu həbs etdirməsinə səbəb Mingəçevir və Bakıda yerləşən mülklərini ona qaytarmaq istəməməsi olub.

Belə ki, Məhəmməd Məmmədov həbsdən azad olunduqdan sonra Quludan vaxtilə onun adına rəsmiləşdirdiyi mülklərini – Mingəçevirdəki şadlıq sarayını və Bakıda hündürmərtəbəli binada yerləşən iki mənzilini geri qaytarmağı tələb edib. Bacısı oğlu bu tələbə məhəl qoymadığından M.Məmmədov hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Qulu saxlanılıb. O, 3 gün həbsdə qaldıqdan sonra dayısının mülklərini geri  qaytarıb.

Qeyd edək ki, “Aztelekom”un sabiq baş direktoru Məhəmməd Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə 2015-ci ilin noyabr ayında həbs edilib.

2018-ci ildə şərti cəza ilə həbsdən azad olunub.








loading...


Fikrinizi bildirin