Aİ ölkələri Quaydonu «müvəqqəti prezident» kimi tanıdı

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, bazar ertəsi Avrora İttifaqı (Aİ) ölkələri Xuan Quaydonu Venesualının müvəqqəti prezidenti kimi tanıdıqlarını elan ediblər.

Bu ölkədəki vəziyyət Avropa ölkələri xarici işlər nazirlərinin qeyri-formal sammitində müzakirə olunub. Artıq İspaniya, Fransa, İsveç, Danimarka, Avstriya və Almaniya öz rəsmi mövqeyini müəyyən edib.

Venesuela müxalifətinin liderini Böyük Britaniya da dəstəkləyib. Britanianın xarici işlər naziri Geremi Hant «Tvitter»də yazıb ki, Venesuelanın fəaliyyətdə olan prezidenti Nikolas Maduro London tərəfindən təyin olunmuş 8 günlük müddətdə ölkəsində prezident seçkilərinin keçirilməsini elan etməyib.

Bununla yanaşı İtaliya Quaydonu dəstəkləməyib - hələlik o, Quaydonun əleyhinə qərar verən yeganə Aİ ölkəsidir. Buna görə də Avropa diplomatiyasının başçısı Federika Moqerinin elan etməli olduğu bəyanata veto qoyulub.

635x100

Şərhlər

Türk 2019-02-04 21:08:15

Boyunuzu yerə soxum Aİ rəhbərləri.Düşmüsüz ABŞ-ın yedəyinə özünüzü biabır edirsiniz.Sabah başqa dövlətlər sizin ölkəyə qarşı belə addım atsa xoşunuza gələrmi ay başı boş dövlət başçıları.

Son yazılar