Baş katib: "BMT Venesueladakı qarşıdurmada tərəfsiz mövqedədir"

"BMT Venesueladakı qarşıdurmada tərəfsiz mövqedədir. Təşkilat nə hazırkı Prezident Nikolas Maduronu, nə də özünü müvəqqəti dövlət başçısı elan etmiş Xuan Quaidonu dəstəkləyən beynəlxalq qrupların hər hansı birinə qoşulacaq".

"Report" "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş açıqlayıb.

“BMT Katibliyi bu qruplardan heç birinə qoşulmamaq qərarını verib”, - deyə jurnalistlərə bildirən A.Quterreş belə mövqeyin daha əvvəl hər iki tərəfə verilən siyasi çözüm axtarmaq təklifinə inamı daha da artıracağını diqqətə çatdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar