Maduro Trampa «yeni Vyetnam» vəd edir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın prezidenti Nikolas Maduro Amerika Birəşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampa xəbərdarlıq edib ki, əgər Venesuelaya ordu yeritsə, «qana bulaşmış» Ağ Evi tərk edəcək.

Bu barədə Maduro «Sexta» telekanalına verdiyi müsahibədə bəyan edib.

Maduro Trampı «hörmət nümayiş etdirməyə» çağırıb və soruşub ki, «Latın Amerikasında Vyetnamı təkrar etməyi planlaşdırır?».

Maduro eyni zamanda, «özündənbəy prezident» Xuan Quaydoya üz tutaraq, onu «daha ölkəyə ziyan vurmamağa» və çevriliş strategiyasını qızışdırmamağa çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar