Lukaşenko sərhədçilərin sayını artırmaq tapşırığı verib

«AzPolitika.info»-nun Belarus KİV-nə istinadla verdiyi xəbərə görə, bu ölkənin prezidenti Aleksandr Lukaşenko Dövlət Sərhəd Komitəsinə 2019-cu ildə sərhədçilərin ştat sayının artırılması barədə tapşırıq verib. Bu barədə prezidentin mətbuat xidməti xəbər yayıb.

Prezident izah edib ki, belə qərar milli təhlükəsizliyin təmin olunması məsələlərindən şərtlənir və neqativ miqrasiya, narkotrafik və qaçaqmalçılıq proseslərinin güclənməsi ilə bağlıdır.

«Tayı-bərabəri olmayan addımdır, ancaq milli təhlükəsizlik - mühüm amildir» - Lukaşenko qeyd edib.

O, yeni sərhəd bölmələrinin yaradılmasını və böyüdülməsini, ilk növbədə manevr qruplarının gücləndirilməsini tələb edib.

«Bunlar o qruplardır ki, həmişə sərhəd dəstələri rəhbərlərinin ehtiyatında olur və situasiya tələb etdiyi təqdirdə, bir neçə dəqiqənin içərisində mümkün rəqibin hərəkət istiqamətinə yeridilir» - deyə, prezident xatırladıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar