MARKET SAHİBİNİN OĞLU İCRA BAŞÇISI OLDU - Foto

Prezident İlham Əliyev Elşən Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, Elşən Salahov bu vəzifəyə qədər Xəzər Rayon İcra Hakimiyyəti Başçısının I müavini olub. Elşən Salahov daha öncə qurumun təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.

 Qeyd edək ki,  Elşən Salahov "Abşeron" marketinin sahibi Rövşən Salahovun oğludur.

 Xəzər rayonunun yeni icra başçısı Buzovna qəsəbəsində anadan olub.

635x100

Şərhlər

antiAbu 2019-02-05 14:20:37

Buzovnalılar, ziyalılığı, yüksək mədəniyyəti və xeyirxaxlılığı ilə seçililirlər. Buzovnalının Xəzər rayonuna rəhbər seçilməsi çox təqdirəlayiq bir hadisədir. Yeni Başçıya öz işlərində böyük müvəffəqiyyətlər arzulayırıq.

Azad 2019-02-05 14:20:37

Mənim şərhimi verməzsiniz axı............cunki çatmır.........

t.ədalət 2019-02-05 14:20:37

Marketdən bu qədər pulu toplamaq özü bir igidlikdir..

rasim 2019-02-05 14:20:37

bu marketdən alış-veriş necədir

Tomas 2019-02-05 14:20:37

Baho..ata bisnesmen bala icrasmen

Son yazılar