"DANIŞMAMAQ PİSDİRSƏ, 6 DƏFƏ MƏNİ SEÇMƏSİNLƏR DƏ..." - Madər Musayev

“Deyirlər ki, parlament tribunasında çox danışmıram. Hesab edirəm ki, çox danışmaq heç zaman bəyənilməyib”. Bunu Milli Məclisin deputatı Madər Musayev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

O bildirib ki, lazım olan yerdə yaxşı və məntiqli danışmaq vacibdir: “İndi mən danışmıram, o demək deyil ki, danışanlar düz etmirlər. Məsələn, danışanlar içərisində elələri var ki, danışır, həqiqətən adamın xoşuna gəlir. Bəzən də boş yerə danışırlar, tutaq ki, parlamentdə 3-cü oxunuşda danışmaq lazım deyil ey, amma onda da danışırlar. Həvəskardırlar danışmağa...

Gərək sözün də çəkisini biləsən. Mən görsəm ki, zərurət var, sözümü deməliyəm, o zaman deyəcəm. O da maraqlıdır ki, 125 deputatın 20-30-u mənim kimi çoxdanışan deyil, amma həmişə deyirlər ki, Madər danışmır. Mən danışmıramsa və bu, əgər pisdirsə, 6 dəfə məni seçməsinlər də...

Mən də sabahdan başlasam danışmağa, maraqlıdır ki, o zaman nə deyəcəklər..”.

Həqiqət də Madər Musayev haqlıdır. Elşən Musayev kimi,  Araz Əlizadə kimi, Naqif kimi danışmaqdansa, susmaq min dəfə yaxşıdır. Bir də həqiqətən deputatın danışmaması, müzakirələrə qatılmaması pisdirsə, niyə 30 ildir kişiyə mandat verib göndərirlər Milli Məclisə?

Bu suala əlbəttə, Madər Musayevi deputat edənlər cavab verməlidir.

AzPolitika.info

635x100

Şərhlər

Seda 2019-02-05 14:53:35

heculerin yeri bawqadu,mader ve qalib-fikir vermiyun paxilliq edirler size)

Şəkili 2019-02-05 14:53:35

Şəkidən təyin olunan deputat Yaqub Mahmudov yalnız öz qohum əqrabasına və köməkçisi Gündüzə və oğlu Daşqın üçün çalışır ..? Onların yüksək vəzifəyə təyin olunmasında öz köməyini əsirgəməyib və nəzarətində daim saxlayır ? Çünku depuat olmağında yalnız onların köməyi olubdur...? İldə bir dəfə öz seçicisi ilə görüşməyən deputat................?

Tapdiq 2019-02-05 14:53:35

Bu adam nə dediyinin və necə ....olduğunun fərqində deyil!

Aslan 2019-02-05 14:53:35

Səni seçməyiblər, təyin ediblər. Çünki həm maddi imkan, həm də onlara sərfəli. Nə qədər az danışsalar, "bəli Gülməmməd müəllim" desələr o qədər sərfəlidir. Bir də sən nə danışasan? "Toxun acdan xəbəri olmaz" deyərlər. Sən qorxursan ki, "caydırarsan" o da yığdıqlarına zərər edər.

Seçici 2019-02-05 14:53:35

Yazıda sonluq belə bitir: Bu suala əlbəttə, Madər Musayevi deputat edənlər cavab verməlidir. Cavab verirəm: Madar Musayevi mən deputat seçmişəm.

Kənar adam 2019-02-05 14:53:35

Madər Musayev, sən elə danışmasan yaxşıdır.

Azərbaycan vətəndaşı 2019-02-05 14:53:35

Mən komissiya üzvü olmuşam.Azərbaycanda seçki olmur.Təyinetmə olur.

Köhnə azərbaycanlı 2019-02-05 14:53:35

Madər müəllim haqlıdır.Kimi nə dəxli?Kişi haqqını verib mandat alır və oturur duputat kürsüsündə, danışar da özü bilər, danışmaz da özü bilər. Lap istəsə köhnə vaxtlarda olduğu kimi papağı üçündə mandat alar qoyar yanındakı duputat kürsüsünə.

Vətəndaş 2019-02-05 14:53:35

Səni siyahiyə çox ehtimal ki,YAP nəyinsə hesabına yazıb....Sən hər dəfə bu yolla orada oturdulmusan.Səni kim seçərdi ki? Seçilib bu millətə nə xeyrin dəyib? Deputat olub nə etmisən?

hellas 2019-02-05 14:53:35

.....səni seçmirlər. Səni ..... kimi ora təyin edirlər!

Bashirov Qarib 2019-02-05 14:53:35

Adam,zatən,haqlıdır.Bircə səhvi var ki,seçməsinlər deyir. Elə danışmadıqlarına görə oyuzdurublar da orada.

oxucu 2019-02-05 14:53:35

tamamilə düz deyirlər ki, Elşən Musayev kimi danışmaqdan susmaq xeyirdir.Elşən Musayevdən deputat yox, yaxşı hekayə yaza bilər. Xalqı aldatmayın ay deputatlar onsuzda xalq sizi sevmir.hamıya aid deyil içində 4-5 deputatı çıxmaq şırti ilə

Hağı 2019-02-05 14:53:35

SƏNİ KİM SEÇMİŞDİR?

EJDER 2019-02-05 14:53:35

HESAB EDIREM KI,O VAXT DEYECEKLER,SIFIR ON IKI ,EMI VER QIRAQDA SAXLA...LUKAWENKO CANI

yusif-1313 2019-02-05 14:53:35

Bu şəxslərə secilməklə təyin olunmağin fərqini izah etMƏK LAZİMDİR

Son yazılar