ANALOQU OLMAYAN YENİ CƏRİMƏLƏR - Meşələrdən meyvə və yarpaq yığmaq qadağan edildi + VİDEO

Azərbaycanda meşələrdə bəzi meyvələrin yığılması qadağan edilir. Bu, Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” dəyişikliklərdə əksini tapıb.

Qanunun əhatəsi qadağa olan yerlərə aiddir. Belə ki, meşədə yığılan hər bir kiloqram alma, armud, və zoğala görə bir manat məbləğində cərimə tətbiq edilir.

Meşədən yığılması qadağan olunanlar siyahısına dərman bitkiləri də əlavə olub: itburnu, çaytikanı, fıstıq toxumu və s. Bu növ bitkilərin yığılmasına görə 3-5 manat civarında cərimə nəzərdə tutulub.

yişikliyə əsasən, tökülmüş yarpaqları, meşə döşənəyi və qarğı yığan şəxslər cəzalandırılacaq.

Yeni qanunvericilikdə o da qeyd olunub ki, icazə olmadan meyvə ağaclarının məhsulunu yığan şəxslər həmin məhsulu geri qaytarmalıdır. Bildirilir ki, əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş  vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.

 

635x100

Şərhlər

Vidadi 2019-02-05 16:35:18

Milləti belə ağılsız olmazlar və düşüncəsiz cəriçələr bezdirib.Millət neynəsin,belə olmazlar ölkəsindən köçüb getsinlər?Axı millətə iş yeri yox,qazanc yeri yox,bir yandan da cərimələr.Balam yol infrastrukturunu yaradın,insanlara normal hərəkət.reçid imkanı yaradın.sonra cəriməyə başlayın.Axı belə olmur!Meşədə armudu ayı yesə kimi cərimələyəcəksiniz?

reyyet 2019-02-05 16:35:18

o cermeleri yazan memurlarin londondaki miliyadliq mulklerine toxunmayin ancaq reyyetin canini alin eybi yoxdur

Avam 2019-02-05 16:35:18

Təbiət bu qərara deyəsən zəlzələ ilə reaksiya verdi......

azad 2019-02-05 16:35:18

əzizlərim niyə narahat olursunuz əmri verən......ayı müəllimdir qərar meşə hevanlarına şamil olunur.

Mirtozavr 2019-02-05 16:35:18

Bakida zelzele oldu 23.40

Oxucu 2019-02-05 16:35:18

Elm və praktik müşahidələr sübut edib ki,insan uşaq dövründən qocalana qədər həm əqli,həm də fiziki cəhətdən əvvəlcə inkişaf edir. Yaşın müəyyən dövründə ən kamil həddə qədər inkişaf edir,sonra əks proses gedir və insan qocalır. Və sonda o qədər qocalır ki, meşədə ayıya, dələyə nə bilim quşa-qurda rəva bilinəni insan oğluna yasaq edən qanunlar icad eyləyir. Bəlkə də düz eyləyir.İnsan gedib meşədə zəhərli göbələk yeyib qarın agrısına düşə bilər və ya havayı çiyələkdən yeyib səpər ya da şəkəri qalxar. Bəli bəs nə bilmişdiniz? Halvadu sizinçün?

Mirtozavr 2019-02-05 16:35:18

Uzr isteyirem siz burda yazmisiniz ki getyrylen meyveleri geri gaytaracaglar. Bu nece olacay? Yani agaca yapishtirmag tezeden? Yoxsa izolentaynan baglamag?)))) Bu dovlet yox ,esl штрафной батальон dur ki...... Siz bu ganunlari min bir gece nagillarinnan oxuyub tesdigliyirsiz?????

rewad 2019-02-05 16:35:18

bakida zelzele oldu..yoxsa ancaq bizim binadadi?

miri 2019-02-05 16:35:18

Cooox gozəl, xüsusilə qeyd: qeyri-qanuni yolla yığılmış meyvələr geri qaytarılmalıdır, "meşə müəllimə(?)". Bir şeyi başa düşmək çətindir. Niyə "boş qazan"i doldurmaq üçün bu qədər çox sayda qanun(?) qəbul edirsiniz? Bütün bunların əvəzinə hər vətəndaşın aqzina bir sayğac qoyun, alıb verdiyi nəfəsləri saysin. Hər 10 nəfəs 1 qəpikdən. Hamıda desin necə humanist və analoqsuz hakimiyyətimiz var.)))))(((((

Oxucu 2019-02-05 16:35:18

Bu gedişlə növbəti qərar belə ola bilər: meşəyə giriş ödənişlidir və çirkli ayaqqabı ilə meşəyə girənlər atdığı hər addıma görə cərimə olunacaqlar. Meşəyə ETSN - nin icazəsi və satdığı bakil(özəl klinikalarda ayağa geyilən qoruyucu vasitə) ilə girmək olar.

Oxucu 2019-02-05 16:35:18

Bir dəfəlik deyin ki,meşədən götürülən hər şey pulnandı. Ziyan nədir. Meşədəki meyvə ağacda qalacaq ki? Dərməsən yerə töküləcək də... Ağacı kəsmək olmaz bu aydındır. Yarpağını yığmaq olmaz nə deməkdir? Qərar 31 yanvar yox 31 martda verilsəydi fikirləşərdim ki,bu ertəsi günə hesablanmış 1 aprel zarafatıdır. Axı 1 fevral zarafat günü deyil.

Alı 2019-02-05 16:35:18

Barışmaq üçün minnətçi göndərmə.Huri mələklər mələşə-mələşə gəlsələr ki, səninlə barışım, mümkün deyil.Tərs oglu tərsəm.Açlıq eləmə.Çünki yavaş yavaş moddan düşür.Başqa yol seçmək lazımdır.

alı 2019-02-05 16:35:18

Əzizim Azpolitika! mənim maraq dairəm genşdir.Amma buna rəgmən bir könüldən min könülə vurulmuşam sənə.Ətrafımdakıların çoxu savadlı və sözü həq. mən-da ziyalı sayıla biləcək insanlardı ki səni oxumagı tövsiyyə edirəm.Demirəm hər sey idealdır.Amma "bəzən qanunların yanından keçməyi də" (qaydaların)bacararaq sifətini qoruyub saxlaya bilirsən.Mən ki, sənə sərh yazarkən verə biləcəyin səviyyə daxilində göndərsəm də vermirsən.Küsdüm səndən dostum.

Nara 2019-02-05 16:35:18

Bes budceden xalqin milyardlarini ogurlayanlara qarshi niye hec bir tedbir gorulmur? Cavabini yazardim, amma bilirem vermeyeceksiniz

Abid 2019-02-05 16:35:18

Bununla xalqa deyirlər ki, bu vətəndə sənin heç bir payın yoxdur və sən bu vətəndə kirayəşin(kvartirant) qalırsan.Bu vətən, bu torpaqlar bu xalqın deyil.Bu meşələri də Novruz Məmmədovun, deputatların ataları əkib becərib, və indi də otpuskaya çıxanada gedib sulayırlar, agacların dibini belləyirlər.Meşələr bunlarındır.İlahi adam dəhşətə gəlir ki, belə bir avantürist və zalım məmurlarımız var və onlar öz vətəndaşına zülm etmək üçün nə bacarırsa edir.Kimlərsə qəsdən təxribat edir.Niyə ??????

Alı 2019-02-05 16:35:18

...Sabah şanlı hökumətimiz vətəndaşa nəfəs almaqa (yəni hava udmaga) limit müəyyənləşdirsə və bunun üçün vətəndaşın özünün pulu ilə özünə hava saygacı qoyulması barədə qərar çıxarsa heç də təəccüblənməyin.Bu elə belə də olacaq.İnanmırsız? onda sizdən soruşuram ki,10-15 il əvvəl Nazirlər kabinetinin belə qəraq çıxaracagını eştsəydiniz inanardınız? Əlbəttdə yox.Amma görürsünüz ki, olarmış.

Vətəndaş 2019-02-05 16:35:18

Bir azdan nəfə almaq,hava üçün pul verməli olacaq. Yoxsullaşmış millətı üstəlik sırf ştrafnoyda otudublar. Neft milyardları,TRİLYONU olan bir ölkədə.

Obyektiv 2019-02-05 16:35:18

Bu da, teze chixdi?! Bu (aci-gulmeli) "gedishler"Le goresen daha ne "qerarlar" chixardarlar!.. (( Burada deyibler ey: "Ashigin sozu qurtaranda nanay-nanay deyer"!.. Meshede meyve yemek uchundur, bunu ALLAH tebiete, insanlara yaradib.. Meshede meyve yeyerler de, dash-qalaq yemezler ki.. ) Hech beyenmediyiniz sovet dovrunde bele mehdudiyyetler yox idi.. hansiki, hele qapali ve qeyri-demokratik qurulush sayilirdi..

t.ədalət 2019-02-05 16:35:18

Bəs meşə heyvanlarına cərimələr necə tətbiq olunacaq?Ayılar,dələlər və b.heyvanlar meyvə və giləmeyvəni insandan çox yeyir.Deməli,"hər şey bizimdir,bizim ixtiyarımız olmadan evinizdə ayaqyoluna da gedə bilməzsiniz" prinsipi tətbiq olunur.Belə cərimələr,vaxtı ilə metal qırıntısı toplayıb pul qazanan birisinin düşüncəsinə çox bənzəyir.Allah cəzasını versin!Günəbaxan toxumunun satışını kasıb ailələrin əlindən aldıqları kimi,bazarlarda qəpik-quruşa satılan itburnuna da tamah saldılar..

aqa 2019-02-05 16:35:18

bunların başı qaçıb.birazdan dənizdə çimənlərdən hamam pulu alarlar

Son yazılar