“Qaçqınkom” sədrinin 180 minlik avtomobil almasına vətəndaşlar nə deyir? - VİDEOSORĞU

Son zamanlar dövlət qurumları bahalı xidməti avtomobilləri ilə gündəmə gəlirlər. Ötən ay “Qaçqınkom” sədri Rövşən Rzayevin özünə bahalı xidməti avtomobil alması isə mətbuatda rezonans doğurdu və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu.

Məlumata görə, yeni sədrin xidməti avtomobili “BMW 740 Lİ” modelidir və dəyəri 180 min manatdır. R.Rzayevin ən bahalı avtomobili seçməsi isə cəmiyyətdə mənfi qarşılanıb. Sədrin bahalı avtomobil alma istəyini qaçqın və məcburi köçkünlərin adı ilə bağlı olan quruma yaraşdırmayıblar.

Qurumdan isə mətbuata bildirilib ki, xidməti avtomobilin markası seçilərkən onun respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb.

Bəs, görəsən dövlət qurumlarının xidməti avtomobillərinin bu qədər baha olmasına xalq nə deyir? Dəyəri minlərlə manat olan avtomobil almaq doğrudurmu?

Musavat.com-un müxbiri paytaxt sakinləri arasında videosorğu keçirib. Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

635x100

Şərhlər

tağı 2019-02-05 21:29:10

siz nə danışırsız, hələ neyləyib ki, 1-2 dənə də oğluna, qızına maşın alacaq,sonra villa tiçəcək,bağ tikəcək,bir neçə novostroyka alacaq, restoran açacaq, hələ harasıdır...

Ariz 2019-02-05 21:29:10

Bu məmurlar indən sonra da nə millətə çörək verəndirlər nə torpasğı düşməndən alan deyillər. Ancaq,varlanmaq, pul biznes,talan oğurluq onların əsas məqsədləri və amallarıdır.

Qaçqın-Demaqoq 2019-02-05 21:29:10

“Qaçqınkom” sədrinin Berlin şəhərində iki restoranı vardır, kebabzade ve qarabağ;

Son yazılar