Venesuela ordusu Quaydonun tərəfinə keçir?

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın «müvəqqəti prezidenti» və parlamentinin sədri Xuan Quaydo dəstək üçün silahlı qüvvələrə müraciət edib.

O, orduya xatırladıb ki, fəaliyyətdə olan prezident Nikolas Maduro xalqı beynəlxalq humanitar yardımdant imtina etməyə çağırıb. Bununla yanaşı, Almaniya və Kanada artıq bu məqsədlə 6 milyon avro və 53 milyon Kanada dolları həcmində məbləği təsdiqləyiblər.

«Əsgərlər, biz, sizi gözləyirik. Əsgər, sən öz ailənə humanitar yardım imkanından imtina edəcəksənmi? Əgər tərəddüd edirsənsə, öz ailəndən soruş... Məqam yetişib, vətənin əsgəri» - deyə, Quaydo çağırış edib.

Siyasətçi Avropa İttifaqı (Aİ) ölkələrinə öz minnətdarlığını bildirib - seçkilərə qədər onu prezident kimi tanıdıqlarına görə.

Hələ bu çağırışdan əvvəl Venesuela hərbi-hava qüvvələrinin (HHQ) kapitanı Vaskes Qonsales Quaydoya öz sadiqliyini bəyan edib və onu prezident səlahiyyyətlərinin icraçısı adlandırıb. Bundan əvvəl isə Venesuela HHQ generalı Fransisko Esteban Yanes Rodriges uyğun bəyanatla çıxış edib, ancaq bundan sonra HHQ onu satqın adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar