Belarus ABŞ və Rusiyanı məsuliyyətli olmağa çağırdı - Dünyanın taleyi ilə bağlı

«AzPolitika.info» Belarus KİV-nə istinadla xəbər verir ki, bu ölkə Amerika Birləşmiş Ştatlarını və Rusiyanı 30 il bundan əvvəl olduğu kimi, yenə «dünyanın taleyi ilə bağlı yüksək məsuliyyət nümayiş etdirməyə və yeni silahlanmaya yol verməməyə» çağırıb.

Bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) informasiya və rəqəmsal diplomatiya İdarəsinin rəis müavini Andrey Şuplyak ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi (OYMRL) barədə Müqavilədən çıxmaq qərarını şərh edərkən bildirib («BELTA»).

O, qeyd edib ki, fevralın 2-də Minsk Vaşinqtondan yarım ildən sonra Müqavilədən çıxacağı barədə rəsmi bildiriş alıb.

«Bu gün Atlantikanın hər iki tərəfində inamın bərpası və möhkəmlənməsi barədə səylərin göstərilməsi heç vaxt olmadığı qədər vacibdir ki, orta və yaxın mənzilli raketlərin Avropa bölgəsində yerləşdirilməsinə yol verilməsin» - Şuplyak bəyan edib.

XİN nümayəndəsi onu da xatırladıb ki, Müqavilə «nüvə silahlarından imtina prosesinin təməlini qoyub və onun imzalanması qlobal gərginliyin aşağı salınmasına, dünya səhnəsində inamın bərpa olunmasına, beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə əvəzsiz töhfə verib».

«Əminik ki, peşəkar və qarşılıqlı hörmət əsasında maraqlı tərəflərin dialoqu çərçivəsində, ilk növbədə, OYMRL müqviləsi ilə nəzərdə tutulmuş mexanizmlər çərçivəsində müqaviləni saxlamaq mümkündür» - deyə, Belarus diplomatı bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar