RUSİYANIN AVİADAŞIYAN PROBLEMİ – “Admiral Kuznetsov”u “xidmətə” qaytarmaq mümkün olmur

Bu yaxınlarda 70 tonluq kran aşaraq təmir olunan “Admiral Kuznetsov” aviadaşıyanın gövdəsini və onun uçuş göyərtəsini zədələyib, üzən “PD-50” təmir platforması isə qəza nəticəsində batıb. “PD-50” üzən platformanın qəzaya uğraması “Admiral Kuznetsov”un gələcəyi ilə bağlı yeni xoşagəlməz qənaət yaradır. Kremlin bu aviadaşıyanın iri miqyaslı bərpa və modernləşdirilməsinin 2020-ci ilədək sona çatmasında israrına baxmayaraq, əksər şərhçilər deyilən tarixdə bunun baş tutacağına şübhəylə yanaşırlar.

“Admiral Kuznetsov”u xilas etmək mümkündürmü? Nəzərə alsaq ki, bu gəminin bərpasına və saxlanmasına nəhəng xərclər çəkiləcək, onda onun xilas edilməsinə dəyərmi? Məsələ ilə əlaqədar Moskvanın bir neçə hərəkət variantı var.

2018-ci ilin noyabrında Kreml elan edib ki, üzən ”PD-50” platforması batdığı yerdən qaldırılacaq, lakin bu xeyli texniki və maliyyə problemləri ilə bağlı prosesdir.

Rusiya KİV-ləri müvafiq mənbələrə söykənərək xəbər verir ki, “PD-50” platformasının hər iki kranı dərinliklərə elə qərq olub ki, Rusiya mühəndisləri çox mürəkkəb tapşırığı yerinə yetirməlidirlər. Üzən platforma batdığı yerdən qaldırılan kimi mühəndislər ya onu su üzərində bərpa etmək riskinə getməli, ya da onun sahilə yerləşdirilməsi kimi uzun və bahalı bir prosesə başlamalıdırlar.

“PD-50”-nin bərpası ən azından yarım il çəkəcək və proses zamanı mühəndislər bu cür tədbirlərdə rast gəlinən xeyli çətinliklərlə üzləşəcəklər.

Digər hərəkət variantı – bərpa işlərinin digər platformanın köməyilə davam etdirilməsidir. Amma hələlik batmış “PD-50”-ni əvəzləyə biləcək platforma yoxdur. Gəmiqayırma şirkətinin rəhbəri Aleksey Raxmanov məlumat verib ki, Novorosiyskdə yerləşən “PD-190” gəmi təmiri platforması ən uyğun variant kimi görünürdü, lakin ümumi yekunda bu ideyadan imtina ediblər.

Rusiya və Qərb analitikləri belə bir sual qaldırırlar: aşmış kranın “Admiral Kuznetsov”un gövdəsində yaratdığı çatlağın bərpasına çəkiləcək xərcdən savayı, aviadaşıyanın köhnələn platformasını modernləşdirmək rentabelli olacaqmı?

Yeni trubinlərin, avadanlıqların, qazan sistemlərinin və elektonik kommunikasiya qurğularının quraşdırılması ilə aparılan “dərin bərpa” işləri maliyyə baxımından elə hal alır ki, bunun əvəzinə müasir və yeni aviadaşıyanın tikliməsinə başlanılması daha məntiqli görünür.

Rusiya KİV-ləri 2030-cu ilin sonuna kimi Rusiya donanmasının atom aviadaşıyanlarının yeni sinfi ilə təchiz olunacağı ehtimalından xəbər verirlər, amma bu planın təfərrüatı hələ ki, məlum deyil.

Rusiya daxilində uyğun variantlar olmadığından “Admiral Kuznetsov”un xilası üçün yeganə üsul onun digər ölkədə quru tərsanədə bərpa edilməsidir. Ancaq bu məsələ ilə əlaqdar aparılan danışıqların nəticəsi aydın deyil. Doğrudanmı Çin bərpa işlərinin aparılması üçün ən real namizəddir?

“Admiral Kuznetsov” ilə bağlı məsələdə bir müsbət məqam var. Rusiya silahlı qüvvələrində öz strateji prioritetlərinə yenidən baxmaq imkanı əldə ediblər: həqiqətənmi onlara aviadaşıyan lazımdır?

Rusiya güc və qüdrət baxımından həmişə quru dövləti olub və ona görə də, ABŞ kimi dəniz dövləti ilə müqayisədə digər hərbi prioritetlərə üstünlük verib. Əgər ABŞ Hərbi Dəniz Qüvvələri bütün dünyaya təsir göstərmək məqsədiylə yaradılıbsa, amma Sovet, indi isə Rusiya donanması ilk növbədə öz sərhədlərini qorumaq üçün təşkil olunub. Sovet İttifaqı ağır aviadaşıyanların tikilməsini heç zaman öz prioriteti hesab etməyib. Hərbi strategiyaya uyğun olaraq bu sadəcə ona lazım deyildi.

“Slava” və “Kirov” tipindən olan kreyserlər göstərir ki, ruslar özlərinə aviadaşıyan tikməkdənsə, əsas etibarıyla ABŞ aviadaşıyanlarını məhv etmək üsullarını axtarıb tapmaqda maraqlıdırlar. Hətta “Admiral Kuznetsov” da Rusiyanın gücünü planetin uzaq diyarlarında nümayiş etdirmək üçün yox, ABŞ aviadaşıyanları ilə mübarizə aparmaq və onlarla döyüşmək üçün inşa edilib.

(“The National İnterest”-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar