Rusiya minik maşınlarına embarqo qoya bilər

Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etsə, Rusiya minik maşınlarına embarqo qoya bilər. AzadliqRadiosunun məlumatına görə, bunu Vedemosti qəzeti avqustun 18-də yazır.

Rusiya daxilində maşın istehsal edən xarici şirkətlərə bu, o qədər də təsir etməyəcək. Ancaq Daimler AG Mercedes-Benz kimi maşın istehsalçıları ciddi zərər görə bilər. Çünki onların bütün modelləri Rusiyaya xaricdən gətirilir.

Avropa Avtomobil İstehsalçıları Komitəsinin sədri Joerg Schreiber deyib ki, “biz ciddi narahatıq. Biz ümid edirik ki, Rusiya belə bir qərar verəndə iki dəfə fikirləşəcək”.

Ancaq Rusiya bir dəfə deyəsən, fikirləşib. Vedomosti yazır ki, minik maşınlarına embarqo təklifi meyvə-tərəvəzə embarqo ilə birlikdə Putinin masası üzərində idi. Ancaq Putin maşınlara embarqonu sanksiyalar siyahısından çıxartdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar