Xalq şairi bəyanat yaydı - "Rejim qorxuya düşüb...."

Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı İranda həbs edilən güneyli milli-mədəni fəal Abbas Lisani ilə bağlı bəyanat yayıb.Kult.az xəbər verir ki, “Abbas Lisaniyə azadlıq” başlıqlı bəyanatda fəalın haqsızlığa məruz qalması və bütün azərbaycanlıların bundan narahatlıq keçirməsi qeyd edilib.

“Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan türklərinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə yenidən 10 ay həbs cəzasına məhkum edilib. Aclıq aksiyası keçirən fəalın ailəsinə onunla görüşmək icazəsi verilmir. İndiyə qədər İranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə zindanda ən çətin şəraitdə saxlanan, işgəncələrə məruz qalan mübariz və dönməz azərbaycanlı Abbas Lisaninin sağlıq durumu narahatlıq doğurur. Azərbaycan türklərinin dilini, mədəniyyətini əlindən alıb, uşaqlarına ana dilində ad qoymağı yasaqlayır, tarixini saxtalaşdırır, sərvətlərini talayır və duzlaşdırırlar. Son illər Güney Azərbaycanda milli özünüdərk prosesi sürətlənib və bu, rejimi qorxuya salıb. Dini rejim öz hüquqlarını müdafiə edən millətə qarşı orta əsrlərin cəhalət zülmündən fərqlənməyən şəkildə divan tutur. Milli fəalların daş-qalaq edilməsi, asılması, min cür cismani təhqirlərə, təqiblərə məruz qalması göstərir ki, bu rejim hələ 21-ci əsrə gəlib çatmayıb. Amma hər gecənin bir səhəri, hər zülmün bir sonu var. İran rejimi də istisna olmayacaq.

Bu gün Vətənin Güneyində baş verənlər dünyaya səpələnmiş bütün azərbaycanlıları narahat edir. Biz Abbas Lisani və onunla birgə haqsız yerə həbs olunanların dərhal azadlığa buraxılmasını, Azərbaycan türklərinin milli, siyasi və iqtisadi tələblərinin yerinə yetirilməsini istəyirik. Dünya ictimaiyyətini və beynəlxalq təşkilatları da rejimin qeyri-insani siyasətinə etiraz etməyə çağırırıq”, - bəyanatda bildirilib.

 

635x100

Şərhlər

İranın erməni sevgisi 2019-02-06 21:00:08

Mməlumatlara görə, 70 milyondan arıq əhalisi olan İranda 30 milyon azərbaycanlı, 8 milyon kürd, 5 milyon bəluç, 1,2 milyon ərəb və 100 min erməni yaşayır. İranın Konstitusiyasına nəzər saldıqda görərik ki, ölkədə yaşayan bütün etniklər eyni hüquqa malikdirlər. Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. İranda ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır. Məktəblərdə erməni ədəbiyyatı, tarixi tədris olunur. Universitetdə isə erməni dili fakültəsində təhsillərini davam etdirə bilirlər. Yeri gəlmişkən, Modern.az saytının İran KİV-ləri əsasında apardığı araşdırma nəticəsində məlum olub ki, hazırda 3 minə yaxın iranlı tələbə də İrəvanda təhsil alır. Paytaxt Tehranda sırf ermənilər üçün 23 məktəb var. Eyni zamanda ermənilərin milli və dini bayramlarını qeyd etmək hüququ rəsmi şəkildə tanınır. Erməni Qriqoryan kilsəsinin İran üzrə Atropaten, Tehran və İsfahan yeparxiyaları fəaliyyət göstərir. Ümumilikdə, bu yeparxiyaların tərkibinə 40 kilsə daxildir. Bundan əlavə, Qriqoryan kilsəsinin İran üzrə yeparxiyaları Cənubi Azərbaycandakı kilsələrin təmirini də öz üzərinə götürüb. İranın ən böyük idman komplekslərindən olan «Ararat» da ermənilərə məxsusdur. Tehranda bundan əlavə ermənilərə məxsus 30 assosiasiya, təşkilat və digər ictimai birliklər də fəaliyyət göstərir. Tehranın “Hafiz” küçəsi yaxınlığında ermənilərə məxsus restoran fəaliyyət göstərir. Burada həmişə xarici ölkələrin diplomatik nümayəndələri, səfirlər şam edirlər. Buraya şam yeməyi üçün gəlməyə ona görə üstünlük verirlər ki, restoranda spirtli içkilərin qəbuluna icazə verilir. Maraqlıdır ki, İran kimi teokratik, qatı mühafizəkar dövlətdə spirtli içkilərin satışı qadağan olunmasına baxmayaraq, erməni icması üçün bu yasaq istisna təşkil edir. Bir maraqlı məqam da ondan ibarətdir ki, Tehranda alkoqollu içkilərin açıq satışda olduğu yeganə yer “Erməni klubu” adlı kiçik restorandır. Birinci Dünya Müharibəsi sonrası fəaliyyətə başlayan bu restoran 10 milyonluq şəhərdə spirtli içki içmək üçün yeganə ünvandır . Restorana müsəlmanların girişi qadağandır. Bura gələn əsas qonaqlar İrandakı xarici diplomatlar, əcnəbi turistlərdir. İranda erməni icması üçün mətbuat sahəsində də böyük sərbəstlik yaradılıb. Qeyd etmək yerinə düşər ki, İran parlamentində 2 deputat mandatı erməni icması üçün ayrılıb. Bu hüquq ölkə Konstitusiyasında ayrıca bəndlə göstərilib. Hazırda erməni icmasından Karen Xanlaryan və Robert Beqlaryan İran parlamentinin üzvləridir. Qanunverici orqanda onların əsas fəaliyyəti qondarma “erməni soyqırımı”nı gündəmə gətirmək və Ermənistan-İran münasibətlərinin inkişafına dəstək olmaqdır. Hər il aprelin 24-də İranda qondarma “erməni soyqırımı” ilə bağlı izdihamlı aksiyalar keçirilir. Bu aksiyalar əsasən Tehran və İsfahan rəhbərliyinin rəsmi icazəsiylə təşkil olunur. Xüsusi diqqət çəkən məqam isə İran prezidenti tərəfindən gerçəkləşdirilib. Belə ki, yanvar ayında Yeni il münasibəti ilə Həsən Ruhani ermənilərə məxsus “Avetisyan” xəstəxanasına 1 milyard tümən bağışlayıb. Qeyd edək ki, ermənilər İranın əsasən Tehran, İsfahan, Şahinşəhr, Kermanşəhr, Təbriz, Urmiya və digər şəhərlərində məskunlaşıblar. Ermənilərə məxsusu bu sərbəstliyin yüzdə biri İarnda çoxluq təşkil edən azərbaycanlılara verilmir. Digər millətlətin nümayəndələri isə azərbaycanlılarla müqayisədə müəyyən imtiyazlara malikdirlər.

Vətən OĞLU 2019-02-06 21:00:08

Dini pərdə ilə maskalanmış iran siyasətçiləri Əlinin haqqı sizə qənim olsun.....

Xalq şairimizə 2019-02-06 21:00:08

Hörmətli Sabir mqəllim çoz sağ olun qan qardaşlarımızın müdasfiəsinə qalxmısınız. Ancaq burada baş verənlərə də bir fikir bildirməniz yaxşı olardı. Rüşvətxor,korrupsiner məmurlar ölkəmizi necə talayır, qiymətlər qalxır,insanlar yoxsullaşıb,yüzlərlə milyardlasr gəliri olan vətənimizdə insanlar acınacasqlı vəziyyətdə yaşayırlar. Ölkəmizi bir qrup oliqarx,regionçular,qohub əqraba və yaxınları necə dağıdır,soyub talayırlar. Torpaqlarımız düşmən tapdağı altında. ..

Son yazılar