"VƏHŞİ MEYVƏLƏR İNSANLARIN NƏYİNƏ LAZIMDIR?" - Bu da deputatın açıqlaması

Milli Məclisin deputatı Elmira Axundova Nazirlər Kabinetinin Azərbaycanda meşələrdə bəzi meyvələrin yığılmasının qadağan edilməsi barədə qərarına dəstək verdiyini söyləyib.

"AzPolitika.info" xəbər verir ki, bir qədər əvvəl oğlunun adı milyonluq dələduzluq qalmaqalında hallanan deputat demokrat.az-a açıqlamasında insanları vəhşilikdə ittiham edib: "Novruz müəllim Məmmədov xalq içindən çıxmış adamdır, o heç zaman camaata qarşı olan addım atmaz. Hörmətli baş nazirimiz xalqı düşünən adamdır. Onun bu addımı da insanları düşünməyindən irəli gəlir. İnsanlar bəzən meşələrdə bitən ağaclardan meyvə dərən zaman vəhşicəsinə onun budağını kəsirlər, təbiətimizə böyük zərər vururlar. Belə etmək olmaz. Axı meşədə bitən vəhşi meyvələr insanların nəyinə lazımdır? Meyvəni istifadə etmək olar, daha bunu vəhşicəsinə dərmək yolverilməzdir. Mən gözümlə görmüşəm, rayonlara gedəndə yol kənarlarında qoz satırlar. Həmin qozları budaqları ilə bərabər dərirlər. Uşaqlar meşədə bitən qoz ağaclarının üzərinə çıxıb onun budaqlarını kəsirlər, sonra da qozu, fındığı aparıb satırlar. Bir qoz ağacı neçə ilə bar verir. Bunu belə etmək olmaz axı! Ona görə də mən Nazirlər Kabinetinin bu qərarını dəstəkləyirəm".

Deputat bununla da kifayətlənməyib, Bakıda ağacların qırılmasına görə də, sadə insanları günahkar çıxarıb: "Yadınıza gəlirsə, "Göygöl" milli markı istifadəyə veriləndə insanlarımız oranı çox pis vəziyyətə salmışdılar. İnsanlarımızda təbiətə etinasız münasibət var. Belə davam etsə, bir müddətdən sonra Bakıda hava almaq mümkün olmayacaq. Bu gün Bakıda hava qıtlığı mövcuddur. Bütün bunların səbəbi insanların təbiətə olan mənfi münasibətidir. Axı nə qədər ağac qırmaq olar? Bu gün Bakıda yaşıllıq qalmayıb, ağacları kəsirlər. Nəticədə iqlim də dəyişir. Təbiət bizdən qisas alır".

Bu da mandatı xalqdan aldığını iddia edən deputatın açıqlaması. Şərhə ehtiyac varmı? 

635x100

Şərhlər

selim 2019-02-06 20:22:28

Çaytikanı giləmeyvəsini vitaminlər çempionu adlandırırlar.ən əsası isə bu giləmeyvədə E vitamini çoxluq təşgil edir.Sovetin vaxtında bazarlarda satılmazdı.Mən hər il Qubaya yə ya Altıağaca gedeərək ondan yığıb gətirərdim.Onu yığmaq çox çətindir, tikanlıdir.İndi çox sağ olsunlar ki,bazarlarda sataraq həmdə çörək pulu qazanırlar.Ömrü uzadır.Bir də ki,cənab məmurlar,deputatlar işıq gələn yerə barmağınızı soxmayın.

Şəkidən 2019-02-06 20:22:28

Şəki əhalisi öz deputatını axtarır.........Yaqub Mahmudovu.... özləri üçün çalışan deputatlar dövlətə, xalqa lazım deyil ? Qanuni seçci keçirilməli,dövlətini,xalqını qəlbən sevən ziyalılarımız deputat seçilməlidir.. Yaqub Mahmudovun deputat təyin olunması,öz qohum-qardaşlarına və köməkçisi Gündüzə və onun saxta diplomlu dövlət qulluqçusu olan ,Şəki İcra hakimiyyətində şöbə müdiri işəyən oğlu Daşqın yararlanırlar ? ayrı heç kim......?

idrak 2019-02-06 20:22:28

cenab prezident leqv etdi o qereri-demek elmiranin mentiqine gore duz etmedi ha...

Abdulqadir 2019-02-06 20:22:28

Men bu duputati destekleyirem.Dogru deyir de,bir halda ki,bu memleketde vehshicesine deleduzluq edib milyonlar qazanaraq eysh-ishret ichinde toxunulmaz yashamaq mümkündürse,bu kend cocuqlari neden ezab-eziyyetle meshelerde ,,vehshi,,qoz-findiq yigmalidir.Gül kimi vaxtlarini deleduzluq mektebine serf etseler meshelere getmeye ehtiyac qalmaz.

fikrət 2019-02-06 20:22:28

Bu deputatin oqlunun işi necə oldu ?yoxsa yaqişlar yaqdi izlər itdi

Alı 2019-02-06 20:22:28

Əsil vəhşi adam odur ki, əlinə düşən səlahiyyətlərindən, imkanlarından vəhşicəsinə yararlanmaqla qanunlara tüpürərək xalqın. dövlətin varını, malını, vəsaitlərini görməmişliklə qamarlayır, gözləri doymur, nəfsinə hakim ola bilmir.Hamının gördüyünü, bildiyini də utanmadan inkar edir, bu bəs deyilmiş kimi millətə tərbiyə verməyə də cəsarət edir.

Veteran 2019-02-06 20:22:28

Men her defe bele qerarlari destekleyenleri gorende fikirlewirem ki, yaxwi ki bu insanlar olkeye rehberlik etmirler, yoxsa bu milletin axirina cixardi beleleri. Bu cur qerari qebul etmek sadece obsurd idi! Xanim Axundova zaman gosterdi ki, siz rayona gedende hele uzuuuuuun muddet budaqlarin ustunde size teref uzadilmiz qozlar goreceksiniz. Hele bu harasidir, ...rayona gedende yolun kenarinda mawini saxlayib "vehwi" kimi bir ovuc boyurtken yigib onu ureyi isteyenlere verəcəm. Artiq sen de bu imkandan yararlana bilersen Tak cto uzumuze gelen payiz rayona gedesi olsan mawini yol kenarinda saxlayib " vehwi" kimi bir ovuc itburnu yig, ancaq bu imkani yaradanin atasina remet oxumagi da unutma!

Bakili 2019-02-06 20:22:28

Bu deputatla her sey bellidir. Siz Novruz Memmedovun danisin. Gorek kimin sifarisi ile insanlari milli servet olan meselerin meyvedinden istifadeye cerime qoyur. EMDK sedrinden danisin niye belediyyelerin icarecilerinin elinden icare torpaqlarini alib Herracla icara muqavilesinin muddetini uzadir,belediyyelerin selahiyyetlerini menimseyir.

Dilçi 2019-02-06 20:22:28

Deputat xanımın yanaşması çox gülüncdür, bunu qoyaq bir kənara. Axı, deyilənə görə, o, həm də tanınmış Azərbaycan yazıçısıdır Azərbaycan dilində vəhşi meyvə yox, yabanı meyvə deyilir.Vəhşi təbiət və vəhşi insan deyilir.Öyrənmək heç zaman gec deyil,o ki qaldı yazıçı ola....

Moshu 2019-02-06 20:22:28

kƏND ARVADLARININ DİLİ İLƏ DESƏK, AYIVINI QARA TORPAQ ÖRTSÜN. .... DEYƏSƏN PULSUZLAŞMISAN

Dövlətini sevən 2019-02-06 20:22:28

Xalqı dövlətdən narazı salan belə deputatlardır və MM belə deputatlardan təmizlənməlidir....?

Aqil ŞİXELİYEV 2019-02-06 20:22:28

bir qerar vermezden onçe duşumek lazimdir

elsevər 2019-02-06 20:22:28

Niyə bəs Xəzər dənizini çəpərləyənləri eyni cəsarətlə cəzalandıra bilmir bu xanımın tərəfdarları ?

reyyet 2019-02-06 20:22:28

deputatsan nesen bilmirem.ancaq men duwunurem ki sene orta mektebde tebiet fennilerinden nece olub ki qiymet yaziblar. cunki sen o qeder savadsizsan ki hele vehwi sozu ile yabani sozunun menasini bilmirsen. tebii mewe meyvesi ile gunde yediyin geni deyiwilmiw orqanizm ucun zererli meyvenin ferqini sen haradan bilesen, indi de bawlayin hormetli prizdentimizin legv etdiyi hemin qerary destekleyin, tutuquwular kimi,

Nazim 2019-02-06 20:22:28

Mecer bu daglar bu meseler xalqin deyilmi. Ecer o mesenin o.daglarin etrafinda yasayan xalq o zogaldan .ezgilden lap ele qozdan findiqdan istifade etmirse orada yasamagin ne faydasi var Onda emir verin hami seherlere kok elesin. Onda o meselere hek kim xesaret yetirmez.

Nəcməddin 2019-02-06 20:22:28

Bu ağılda olan insan necə deputat olur?Təbii yetişən,hibrid olmayan meyvənin nə olduğunu anlamayan insandan rəy niyə soruşulur ki, o da özünün anlaqsız olduğunu biruzə verir.Guya ağıllı deputatdır? Onun necə varlandlğlnl,nələrə,hansı obyektləri qamarladığını, oğlunun nə fırıldaqlardan çıxdığı isə dəfələrlə mətbuatda çap edilib.Ölkə belə deputatların,nazirlərin,sədtlərin üzündən biabırçılıqlarla doludur....

Akif 2019-02-06 20:22:28

Hörmətli redaksiya,oxucularınızı itirmək istəmirsinizsə, bundan sonra belə iqtidar nümayəndələrindən bu və ya digər məsələlərə dair müsahibə aparmayın.Onlar özlərini artıq qeyri peşəkar, ümumiyyətlə,bayağı düşüncəyə malik olduqlarını sübut ediblər.Bu məmurlar vəzifə səlahiyyətlərindən istifadə edərək yalnız şəxsi maraqları üçün fəaliyyət göstərirlər.Bunun, sizin səhifələrinizdə dəfələrlər şahidi olmuşuq.

Kəndli 2019-02-06 20:22:28

Deputat xanım bu o deməkdir ki,insanları meşoğa yığıb,sonra da bir yaxşıca düyün vurub dənizə atmaq istəyirsiniz.....

Mirzə AĞ 2019-02-06 20:22:28

Hara gedir bunlar - bu boyda, bu boyda?!

Said 2019-02-06 20:22:28

Vəhşi meyvə ?!?!!! Bəlkə yabanı???

Van Gogh 2019-02-06 20:22:28

Vəhşi bəzi insanlardır...! Meyvələr isə yabanı olur.

Xalq 2019-02-06 20:22:28

O ne demekdir xalq icinden cixmis adamdir? Xalq icinden cixmayan adam var?

Son yazılar