NOVRUZ MƏMMƏDOVUN ANALOQSUZ QƏRARI LƏĞV EDİLDİ - Prezidentdən göstəriş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.

Qeyd edək ki, meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır. Bu mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənilir.

Nazirlər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin qanuni əsas olmadan əldə edilməsinə görə ödənişlərin nəzərəçarpacaq dərəcədə artırılmasını nəzərdə tutub.

Maraqlıdır, prezidentin bu göstərişindən sonra Novruz Məmmədovun qərarını dəstəkləyən deputatlar - Elmira Axundova, Eldar Quliyev və digərləri necə açıqlama verəcəklər?

AzPolitika.info

Buna da bax: ANALOQU OLMAYAN YENİ CƏRİMƏLƏR – Meşələrdən meyvə və yarpaq yığmaq qadağan edildi + VİDEO

635x100

Şərhlər

Obyektiv 2019-02-06 17:13:50

Bu bash nazir gelenden ele ancaq bahalashmaLara ve "cerimeLer"e imza atir.. Amma evvel-evvel adam ele biLirdi ki, eksine bu "haLLar"i yigishdiracaq.. Umumiyyetle her hansi bir yuksek memur qerar vermezden once, bir anLiq ozunu ehaLinin yerinde gormeyi bacarmaLidir.. Yoxsa, iLk novbede boyuk gunaha batirdi.. yasham terzine de, elave "yukLer" artirib, ortada naraziLiqLar yaradirfi! Yene sagolsun Prezidenti ki, cemiyyeti bu mentiqsiz "qerardan" da chixartdi!

Abbas 2019-02-06 17:13:50

Azərbaycanı çətinə salan yararsız kadr siyasətidir!....

murad 2019-02-06 17:13:50

BÖYÜK NOVRUZUN FİKRİ NOVRUZ BAYRAMINA KİMİ MEŞƏDƏ NOVRUZ ÇİÇƏYİNİN AÇMAĞINI GÜDMƏK İDİ.AY YOLDAŞLAR AY QARDAŞLAR İMKAN VERMİRSİZ BU QƏRAR NOVRUZ MÜILLİMİN ÖZÜNÜN VERDİYİ BİRİNCİ SƏRBƏST QƏRAR İDİ.YAZİQ KİŞİNİN BOĞAZINDA QALDI.Dİ OTURUN VƏ GÖZLƏYİN ƏGƏR NOVRUZ MÜƏLLİMİN AĞZINDAN BİR SÖZ ÇIXSA İNANINKİ ERMƏNİ DIĞASI QARABAĞDAN KÖNÜLLÜ ÇIXACAQ. MÖHTƏRƏM PREZİDENTİMİZƏ DÖVRİ MƏTBUATI MÜTAMADİ İZLƏDİYİNƏ GÖRƏ TƏŞƏKÜRÜMÜ BİLDİRİRƏM MİLLİ MƏCLİSİ rüsvay edən elmiradi eldardi qoy vicdanları onları əritsin

Meşəbəyi 2019-02-06 17:13:50

Novruz Məmmədov belə gülünc əmrə görə işdən azad ediləcək. İxtisası üzrə yəni Fransız dili müəllimi kimi ibtidayi siniflərdə dərs deməyə göndəriləcək.

sabir 2019-02-06 17:13:50

Meyvə və giləmeyvələrin yığılmasına qadağanı başa düşürdüm. Amma meşədə yarpaqların yığılmasının gadağasını mən başa düşə bilmədim. Nə üçün kasıbların yaşayışına bəzi məmurlar mane olurlar.

Vüqar 2019-02-06 17:13:50

Cenab.prezdent. en.savadlı.insan. deputat.vahid. ehmedovu.baş. nazir.qoymalıydın.ki. azerbaycanda.bütün. sahesini.inkişaf. etdirsin.vahid. müellim.novruz.memmedovdan. qat.qat. savatlı.adamdı.

rau 2019-02-06 17:13:50

baxin Eldar quliyev hec utandimi. o bilirdi ki bu yalnis qerardi.Amma xoş gəlmək xatirine qanunun vaxtinda ve duzgun oldugunu bildirdi.Indi goresen bu insan hec olmasa xecalet cekirmi.

Turan 2019-02-06 17:13:50

Cənab Prtezidentimiz çox sağ olsun.Kənd camaatını çox yaxşı anlayaraq bu biabırcı və gülməli qərarı ləğv etdi. Bu robot deputatlar anlamırlar ki, kəndlərdə minlərlə ailə meşə, dağ ilə dolanırlar.Deputatlar yabanı bitən zoğalı,alçanı yığıb satmaq təbiətə zərər vurmaq deyil,qiymətli ağacları kəsib parket,qapı düzəltməkdir zərər vurmaq, bunun qarşısını alın..

Moshu 2019-02-06 17:13:50

Cənab Prezident, məni hər zaman bir sual düşündürür, bunların səhvlərini Siz Siz düzəldəksinizsə, onlar nəyə lazımdırlar? Bu komanda Sizə lazım deyil.. Eşq olsun Prezidentimizə

fikrət 2019-02-06 17:13:50

Elmiradi eldardi necə reaksiya verəcək ?hecnə onlar öyrəşiblər

fikrət 2019-02-06 17:13:50

Elmiradi eldardi necə reaksiya verəcək ?hecnə onlar öyrəşiblər

S.Ənvərqızı 2019-02-06 17:13:50

Hörmətıi cənab Prezient, Baş nazir postuna deputat Vahid Əhmədovu təyin etsəniz, Azərbaycanın bütün sahələri sürətlə inkişaf edər, vətəndaşın dövlətə olan inamı gündən-günə yüksələr,vətəndaşların şikayətlərinə qanuni qaydada baxılması təmin olunar və məmurların özbaşnalıqlarına son qoyular.

miri 2019-02-06 17:13:50

Şiftəsi "kütə gedən" boş nazir? Yetimin papağını götürüb, yenidən özünə verməklə sevindirdilər... "Agamalı halımına gülməkdən başqa çarəsi qalmayan" millət!

kamal 2019-02-06 17:13:50

saq olun. Biz kandda mesa ila dolanitiq. Уaxsi ki laqv olundu. Yoxsa bizim taleyimiz neca ola aqdi?

Alı 2019-02-06 17:13:50

Cənab Prezident! İndi insanların gur olan yeindən gəlirəm.Dünən də bu bədnam qərar çıxanda da orada idim.Təsəvvür etməzdim ki, insanlar bu qədər açıq şəkildə etirazlarını bildirərlər.Bu gün isə hamı sizin bu qərarı alqışlayır. Hamı belə biabırçılıgın cəzasının verilməsini gözləyir ...Dövlət idarəçiliyi belə məqamlarda dost, yoldaş, əmoglu tanımır, qurban tələb edir.Bunlar xəyal etmədiklərinə sahib olublar.İndi səhv ediblər-cəzasını almalıdırlar.DÜNYA belə qurulub.

Müfəttiş 2019-02-06 17:13:50

Onlar utanmaq hisslərini mandata dəyişiblər....

Vətəndaş 2019-02-06 17:13:50

Hörmətli Prezidentimiz bu məmurlar hamısı varlanıb milyonerlər,milyorderlər olublar. Hansı yolla da olublar onu hökumət də bilir əhali də. İndi vəziyyət çox çətindir. Məmurlar və onların qohum əqrabasından başqa heç kim bir normal işlə yəni pul qazanmaqla məşqul ola bilmir. Bakıda,başqa şəhərlərdə,hətda rayonlarda bütün obyektlər hamısı məmurların deputatların,oliqarxların və onların adamlarınındır. Başqa başqa adamların adına sənədləşdiriblər. Sadə kasıb insanlar fəhləlik,qul bazarı,taksovatlıq, satıcılıq, maklerlik, kiçik bizneslə və başqa çox çətinliklə çörək pulu çıxan işlə məşqul ola bilər ki ona da imkan vermirlər. Bahaçılıqdır. Dolanmaq, ailəni dolandırmaq çox çətindir. Neftdən qazdan və başqa mənbələrdən milyardlarla pul gəlir. O pulu kasıb əhali görmür,nə də onlara bir qəpik çatmır. Hamısı onların yəni məmurların nə istəyirlər o milyardlarla ediblər və davam etsinlər. Heç olmasa kasıb əhaliyə imkan vermək ki dolana bilsin. Dövlət orqanları indi kasıb əhalidən əl çəkməlidir ki çörək qazana bilsinlər. Bahalaşmanın inhisarın, qarşısı alınmalı, müxtəlif girdirmə cərimələr, rüşvət, süründürməçiliklər ləğv olmalıdır. Yoxsa kasıb əhalini müxtəlif yollarla yükləmək vallahi heç Allaha da xoş getməz. ... Bu vətən həm də kasıblarındır da, Tək harınlamışların yox. Hörmətlə Sizin vətəndaşınız.

Dövlətini sevən 2019-02-06 17:13:50

Belə bir qərar vətəndaşı dövlətdən narazı salma hallarına şərait yaratmaq deməkdir və məsuliyyətsiz atılan addımdır.....

Yengibar 2019-02-06 17:13:50

Novruz Məmmədov bu qərara imza atanda görəsən nə düşünmüşdü? ... Görəsən Prezidentin qərarından xəcalət çəkdimi? Inanın ki, o qədər belə biabırçı qərarlar var ki... DeməLi bu baş nazir müəllimin portfelində belə ...qərarlar hələ çoxdur. Bu kişinin istefa vaxtıdır.

alı 2019-02-06 17:13:50

Cənab Prezidentə atəşin ALQIŞLAR!!!!!!! Görəsən hökuməti sözün həqiqi mənasında RUSVY edən belə bir avantürist qərarın müəllifləri cəzalanacaqmı? Axı bu ölkədə lətifələr yaranmasına, hökumətin ünvanına rüsvayçı fikirlərin səslənməsinə, ictimai təpkinin şəkildə fəallaşmasına ciddi şəkildə təkan verdi.Onsuz da bu xalq Novruzdan yaxşı heç nə gözləmir.Day bu qədər də yox də.Normal ölkələrdə baş nazir istefa ərizəsini yazmalıdır.Amma Novruza nə bagayarpagı, nə quzuqulagı....

VƏTƏNDAŞ 2019-02-06 17:13:50

gəilir vergisindən 14 faiz də azaldilaraq 5 faizə endirilib.sosial ayirma isə 3 faizdən 5 faizə qaldirilsa yaxşi olar

Son yazılar