Venesuela ABŞ-a neft ixracını dayandırdı

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləhmiş Ştatlarının (ABŞ) sanksiyaları fonunda Venesuelanın dövlət neft şirkəti («PDVSA») ixrac istiqamətlərinə yeidən baxmaq qərarına gəlib.

Şirkətin texniki direktoru və Venesuelanın OPEK-dəki nümayəndəsi Ronni Romero bəyan edib ki, ABŞ-n əvəzinə nefti Asiya və Avropa ölkələrinə satacaqlar.

O, qeyd edib ki, ABŞ sanksiyaları yalnız Amerika strukturlarına şamil oluna bilər və Çin və Rusiyanı narahat etmir - onlar Venesuelanın sadiq həmkarları olaraq qalırlar.

Venesuela ABŞ-a böyük həcmlərdə neft satırdı - gündəlik 500 min barrelə yaxın. Ancaq PDVSA bu həcmləri ölkə iqtisadiyyatına ziyan vurmadan, təzədən bölüşdürməyə ümid edir.

Romero Vaşinqtonun sanksiyalarını yenə qeyri-qanuni adlandırıb. Bu sanksiyalar PDVSA şirkətinin 7 milyrd dollarlıq aktivlərini bloklayır və şirkətlə sazişləri qalağan edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar