«Gürcüstanı NATO-ya qəbul etməyə hazırıq... Makedoniyadan sonra» - Stoltenberq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyansın qapıları Gürcüstan və digər namizədlər üçün açıqdır.

Baş katib bu bəyanatı Makedoniyanın alyansa qoşulması barədə protokolun ratifikasiyasından sonra səsləndirib.

Stoltenberq Gürcüstanın bütün kriteriyalara və islahatlara əməl etməsinin, eyni zamanda Abxaziya və Cənubi Osetiya məsəsinin həllinin vacibliyini xatırladıb.

«Daxil olmaq üçün bütün kriteriyalara əməl olunandan sonra, NATO-nun qapıları Gürcüstan üçün açıq olacaq. Bugünkü hadisə - Gürcüstan üçün güclü bir siqnaldır» - Stoltentrq bildirib.

Şimali Makeodniyanın NATO-ya daxil olması barədə protokol çərşənbə günü Brüsseldə bütün üzv ölkələr tərəfindən ratifikasiya olunub. Bürokratik prosedurlar dövründə isə bu ölkə alyansın iclaslarında «dəvət olunmuş ölkə» statusunda iştirak edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar