ABŞ SƏFİRLİYİ MEHDİYEVİN YALAN DANIŞDIĞINI BİLDİRDİ

"Biz özəl diplomatik görüşün məzmununu müzakirə etməyəcəyik"

Amerika Birləşmiş Ştatlarının səfirliyi mətbuatda gedən son məlumatlarla bağlı bəyanat yayıb.

Sənəddə deyilir: “Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ABŞ-ın seçkilərdə səslərin sayının gizli yolla razılığa gəlmək və sonradan seçkilərlə bağlı müsbət bəyanat vermək barədə irəli sürdüyü iddia, Prezident Administrasiyasının əməkdaşı Elnur Aslanovun verdiyi müsahibə də daxil olmaqla əlavə xəbərlər yayılıb.

ABŞ səfirliyi Dövlət Departamentinin sözçüsünün bəyanatını bir daha təsdiqləyir ki, bu iddialar tamamilə yalandır. Biz özəl diplomatik görüşün məzmununu müzakirə etməyəcəyik. Bu cür görüşlərin məzmununun açıqlanması qəbuledilməzdir”, bəyanatda qeyd edilir.

Xatırladaq ki, Oktyabrın 14-də Ramiz Mehdiyev Azərbaycanın dövlət agentliyi və bir sıra digər agentliklərə müsahibə verib.

O, Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin beynəlxalq standartlara uyğun olmadığını bildiriən Amerika Dövlət Departamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu kəskin tənqid edib. Amerika və ATƏT/DTİHB-nə qarşı ittihamlar irəli sürüb.

R.Mehidyev iddia edib ki, guya ABŞ-dan olan rəsmi şəxslər Milli Şuranın nümayəndəsinə seçicilərin 25 faizinin səsini verməyi, qalan 74-75 faizini isə özümüzə saxlamağı məsləhət görüblər.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Azərbaycan Prezident Administrasiyasının rəhbərinin dediklərini təkzib edib. “Qətiyyən yox! Səfirliyimizin dediyi kimi, zənnimcə onlar açıqlama veriblər. Kim maraqlansa, bu açıqlamanı paylaşa bilərəm. Azərbaycan Prezident Administrasiyasının rəhbərinin dedikləri tamamilə saxtadır”, xanım Psaki bildirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bu gün ABŞ Dövlət Departamentinin sözçüsünün dediklərinə münasibət bildirib: “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qeyd etdiyi rəqəmlər ABŞ tərəfi, ələlxüsus səfir Riçard Morninqstar tərəfindən Azərbaycanın hökumət üzvləri və Prezident Administrasiyasının nümayəndələri ilə müxtəlif görüşlərində səsləndirilib. Hesab edirik ki, qapalı görüşlərdə bir cür danışıb, mediada tam başqa cür çıxış etmək yolverilməzdir. O ki qaldı Dövlət Departamentinə "WikiLeaks"in timsalında bütün dünya ABŞ Dövlət Departamentinin real addımlarının və onlarının təkzibinin şahidi olmuşdur", o qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar