Ermənistanda yeni parçalanma

Rəsmi İrəvan Rusiyanın qərarına qarşı getməyə başlayıb

Ermənistan hökuməti Avrasiya İqtisadi Birliyinə qoşulmaq barədə hələlik heç bir tarix müəyyən etməyib.

ANS-in məlumatına görə, bunu Ermənistan Prezident Aparatının rəhbəri David Arutunyan jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

Nazirlər Kabineti avqustun sonuna qədər Ermənistanın AİB-ə qoşulması ilə bağlı təcili toplantı keçirməyi planlaşdırır – sualına cavabında David Arutunyan bildirib ki, hökumət hələlik bu barədə qərar verməyib.

PA rəhbərinin sözlərinə görə, Rusiya Nazirlər Kabinetinin Ermənistanın AİB-ə qoşulması ilə bağlı qəbul etdiyi qərarın Ermənistan hökumətinin verəcəyi qərarla bağlılığı yoxdur. O, bildirib ki, rəsmi İrəvan Birliyə qoşulma tarixini özü müəyyən edəcək.

Qeyd edək ki, avqustun 14-də Rusiya hökuməti Ermənistanın AİB-ə qoşulması ilə bağlı razılığın imzalanmasını ölkə prezidentinə təklif etmişdi. Rusiya Nazirlər Kabineti isə razılığı avqustun 7-də təsdiqləmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar