Avropa Komissiyası neft qiymətlərinə dair proqnozunu azaldıb

Avropa Komissiyası 2019-2020-ci illər üçün "Brent" markalı neftin orta illik qiymətlərinə dair proqnozuna dəyişiklik edib.

“Report” xəbər verir ki, Komissiyanın yeni hesabatına görə, ABŞ və Kanadada neft hasilatının artması ilə əlaqədar bir barel neftin qiyməti 61 dollar məbləğində dəyərləndirilir.

“Proqnoz dövrü ərzində neft qiymətlərinin ABŞ və Kanadada hasilatın artımı, dünyada tələbatın azalması ilə sabitləşəcəyi gözlənilir. Fyuçers bazarlarının məlumatına görə, “Brent” markalı neftin bir barelinin 2019-2020-ci illərdə orta illik qiyməti 61 dollar səviyyəsində gözlənilir ki, bu da payızda 2019-cu il üçün verilən proqnozdakına nisbətən 24 faiz, daha əvvəl 2020-ci il üçün verilən proqnozlara nisbətən isə 20% azdır”, - deyə hesabatda qeyd olunub.

Xatırladaq ki, 2018-ci ilin payızında Avropa Komissiyası “Brent” markalı neftin bir barelinin 2019-cu il üçün proqnozunu 80,6 dollar, 2020-ci il üçün isə 76,7 dollar məbləğində vermişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar