“Bu günə qədər 73 minə yaxın sürücü cərimələnib” - BNA sədri açıqladı

“Bu günə qədər 73 minə yaxın sürücü cərimələnib”. “Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli "ASAN radio"nun “QəbuldASAN” verilişində bildirib.

Onun sözlərinə görə, BNA-nın iki həftə ərzidə 54 min sürücünü cərimələdiyini deyirlər: “54 min nəfər nəqliyyat vasitəsini almaq imkanı olan insanlardır. Biz 54 min insanın narazılığına qulaq asmalıyıq, yoxsa ictimai nəqliyyatdan istifadə edənlərin? Cərimə 20 AZN-dir, əgər üç gündə ödənilirsə bu, 18 AZN olur: “Hazırda 73 min nəfərin cəriməsi araşdırılır. Ola bilsin ki, nömrələrində problemlər mövcuddur. Şikayətçiləri qəbul edib, onların tələblərini nəzərə alırıq".

V.Kərimli dayanacaqlarla bağlı məsələdən də danışıb: “Hazırda dayanacaqlarla əlaqədar işi yekunlaşdırmaq üzrəyik. Belə ki, intellektual kameraların quraşdırılması nəzərdə tutulur. Bu, şəhərin bütün dayanacaqlarında təşkil ediləcək. Məqsədimiz işi il ərzində yekunlaşdırmaqdır. Martın ortalarında Yeni Yasamalda, əsasən Şərifzadə küçəsində bu istiqamətlərdə kameralar quraşdırılacaq”.

635x100

Şərhlər

EJDER 2019-02-07 22:33:28

BRAVO,HA HA HA ,ELA ...BES NECE PIYADA CERIMENELIB,SEKISI OLMAYAN KUCELERMIZDE...ANALOQU OLMAYAN YOLLARMIZDA ,HIYYY

Mehdi 2019-02-07 22:33:28

Eleçe 73 min?Azdi,azdi,azdi,azdi Milyona,3 milyona cixartmasaniz o idarenizin hormeti,izzeti asaqi duser axi.Gunu sabahdan guclu hucum cekin. Daqliq qarabaqda ermenilerin uzerine hucum cekmek fason.

Samir 2019-02-07 22:33:28

Məqsəd yol hərəkətini tənzimləmək yox,daha çox cərimə etməkdir. Müvafiq şərait yaratmadan nəsə tələb etmək düzgün deyil.Prezident BNA yaradanda deməyib ki,insanları cərimələyin, deyib ki,yol hərəkətində olan problemləri həll edin.Cərimə etmək üçün çox ağıl lazım deyil, sürücüdə vətəndaşdır və insanlar arasında süni narazılıq yaratmaq lazım deyil.BNA dövlət hesabına kameralar quraşdıraraq cərimələri yazmaqla işini bitmiş hesab edir, şəhərdə çox yerdə hərəkətin tam yenidən təşkil edilməsinə ehtiyac var.

Ceyhun 2019-02-07 22:33:28

intellektual kameralar oooooooooooooooo

Sabuhi 2019-02-07 22:33:28

ALLAH CƏNAB PREZİDENT İLHAM ƏLİYEVƏ dəyməsin, SİZİN HƏVƏSLƏ CƏRİMƏ YAZMAĞINLZA BİR ÖLÇÜ GÖTÜRƏCƏK

Səbuhi 2019-02-07 22:33:28

V.Kərimli küçələrdə avtomobil park etməyə yer yoxdur, yəni tikilmiş binaların yaxınlığında (yəni hətta 500 metr) məsafədə park etməyə yer yoxdur, ticarət obyektlərinin qarşısında park yeri yoxdur ( baxmayaraq ki obyektlər DÖVLƏTƏ vergi ödəyir, ) bəs bu camaat harada park edib evinə, işin ə, uşağını məktəbə, xəstəsini həkimə aparsın. Nə sə, yazın cərimələri.

Tural 2019-02-07 22:33:28

Salam bu sozasoxda bu ne cerimelerdi zirlayirsiz Kamera ela cerime ela 3 km uzunlugunda Rewid Behbudov kucesinde 3 mawinin dayanmagi ucun yer yoxdu X dan qai qoyub tele kimi indide arawdiran yoxdu Bir arada avropada oxuyan uwaqlarinizi gorende x s nim meslehetlewin Nooooolarki Ancaq zirlametsin Ayibdi Ayibdi Ayibdi

İqtisadçı 2019-02-07 22:33:28

Bəs bu 73 min sürücünün cəriməsi hara ədaxil olub və nəyə xərclənib? Bunun da hesabatını versəniz aydınlıq olar.Axı 73000x 40 manat= 2 920 000 manat edir.Bu məbləğlə uşaq pulu, müavinətlərə əlavə etmək olar.Bəs bizdə harata sərf olunur?

Son yazılar