Çin günəş və külək elektrik stansiyalarını yaradılmasına 373 milyard dollar qoyacaq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin hökuməti təmiz energetikaya - günəş və külək elektrik stansialarını yaradılmasına 373 milyard dollar invesiisiya yaiırmaq niyyətindədir.

«Sinxua» agentliyinin məlumatına görə, Pekin qazıntısız enerji mənbələrinin payını kəskin artırmaq qərarına gəlib. Plana görə, 2030-cü ilə ölkənin enerji tələbatınıe 20 faizi komür, neft və qazdan istifadə olunmadan ödənəcək.

Hazırda təmiz enerjetikanın payına görə, dünyada Braziliya liderlik edir - bu ölkədə «yaşıl» mənbələr enerji tələbatının 45 faizini ödəyir. İkinci yerdə 17,0 faiz payla Avropa İttifaqı (Aİ) ölkələri gəlir.

Hələlik Çində təmiz energetikanın payı 9,0 faizi keçmir. Ancaq Beynəlxlq Energetika Agentliyinin (BEA) məlumatına görə, ölkə bu ektor üzrə ən sürətlə artan bazar olaraq qalır. Ekspertlərin proqnozuna görə, yaxın 5 ildə bütün yeni enerji generasiyasının 70,0 faizə yaxını bərpa olunan mənbələr hesabına başa gələcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar