XİDMƏT RƏİSİ "FACEBOOK"da CANLI YAYIMA QOŞULDU - VİDEO

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Facebook sosial şəbəkəsində canlı yayımda vətəndaşların suallarını cavablandırıb. VDMX rəisinin sosial şəbəkə istifadəçiləri ilə birbaşa əlaqəsi təxminən bir saat davam edib.

Dövlət Miqrasiya Xidmətində işə düzəlməklə bağlı suallar üstünlük təşkil edib. V. Hüseynov bildirib ki, vətəndaşlar bir çox hallarda sosial şəbəkə vasitəsilə ona CV-lər göndərirlər. Həmin CV-lərə baxılsa da, işə qəbul müsabiqə əsasında keçirilir.

Suallar arasında ikinci yerdə vətəndaşlığa qəbul və vətəndaşlıqdan çıxma ilə bağlı olub.

DMX rəisi bu formatlı ünsiyyəti davam etdirməyə çalışacağını deyib: "Bildiyiniz kimi, hər ayın sonunda vətəndaşları qəbul edirik. Ancaq bu qəbulların gedişində vətəndaşlar çoxu özəl suallarla müraciət edirlər. Belə bir onlayn yayım vasitəsilə biz ölkə vətəndaşlarının əksəriyyətini maraqlandıran sualları dinləmək və cavablandırmaq istəyirik".

Xatırladaq ki, Prezident İlham Əliyev son çıxışlarında dəfələrlə yüksək vəzifəli məmurları ölkə vətəndaşlarının problemlərini daha diqqət və məsuliyyətlə həll etməyə, ictimaiyyəti isə dövlət qurumlarına vətəndaş nəzarətini gücləndirməyə çağırıb.

635x100

Şərhlər

Rüstəm 2019-02-08 09:25:19

Əla, davam edin zəhmət olmasa.

Son yazılar