ƏHALİNİ İNCİDƏN TİKİNTİ ŞİRKƏTLƏRİNİN ADLARI AÇIQLANDI -  Siyahı

2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət edib.

Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərtac” da dərc olunmuş məqaləsində qeyd olunub.

Bunlardan “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Elite City”, “N Turan”, “Pearl Construction”, “TFM Smart Project”, “Fədək”, “Sizin mənzil”, “NV Construction”, “Dönüş-1”, “MVVL Verus Praedium”, “Azadlıq Residence”, “Pilot-1", “FVS İnşaat”, “Rahatlığın məkanı”, “Poleks”, “Park Bayil”, "İnşaat Konstruksiyaları", “Draft Construction”, “Qlobal-SF”, “Malibo”, “Avrasiya Construction”, “İnkişaf-S”, “SKY Residence”, “Xəmsə-İnşaat”, “Buta Qroup”, “Cavid 2016”, “Rahat Həyat”, “Qismət-M Construction”, “Archico” MMC-lər, “Sabah Residence”, “Best Construction”, “Regal Residence”, “Orbita”, “Merkuri”, “Pilot İnşaat A”, “Yeni ev-19”, “Məkan”, “EDİF”, “Mahal”, “Teymuroğlu”, “Olympus Park”, "Bəhrə”, “İqtisadçı-2005” və digər MTK-lar barədə şikayətlər daha çox olub.

Eyni zamanda, vətəndaşlar "Belıy lebed", "Rahatlığın məkanı", "Burhan", "Altes Park” yaşayış komplekslərində idarəetmədə illərdən bəri mövcud olan problemlərin həll olunmadığından şikayət ediblər.

“İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə şikayətlərinə daha çox diqqət yetiriləcək və şikayətlərin sayı getdikcə azalacaq”, - S.İsmayılov vurğulayıb.

635x100

Şərhlər

ALLAHVERDIYEVA CEYRAN HENIF QIZI 2019-02-08 10:08:57

HAMSI YALANDIR,HECBIR TEDBIR DE GORULMEYECEK.SULEYMAN MUELLIMIN ELINDEN MENIM 100 DEN ARTIQ BIR EVIN BIR NECE ADAMA SATILMASI ILE ELAQEDAR WIKAYET MEKTUBLARI KECIB, AMMA BU GUNE KIMI HEC BIR TEDBIR GORULMEYIB HEMIN SIYAHIDA HEC ELMAN TAGIYEVIN REHBERI OLDUGU TIKINTI MTK SININ ADI CEKILMIR. BIR COXUWAQLI ANA KIMI AJDIYYATI ORQANLARA 8 ILDIR MURACIET ETMEYIME BAXMAYARAQ NE EVIMI VE NE DE PULUMU ALA BILMIREM . CUNKI .....

S.Ənvərqızı 2019-02-08 10:08:57

Hörmətli Süleyman müəllim ! PA-na saysız hesabsız müraciətlər etməyimə və dəfələrlə PA-da qəbulda olmağıma baxmayaraq heç bir müsbət nəticəsi olmamış,müraciətlərimə baxılmamış,etika xatirinə cavab da verilməmişdir. Yazdıqlarım müraciətlər araşdırınsın,1%-i belə səhv olsa cəzalandırılmağım üçün tədbir görməyinizi Sizdən xahiş edirəm. Vətəndaşların müraciətlərinə baxılmaması,məmur özbaş.yol açır.Qanun şahdır prinsipini əldə rəhbər tutaraq müraciətlərimə baxılması üçün köməklik göstərməyinizi Sizdən xa.edirəm.

yengibar 2019-02-08 10:08:57

Əslində əhalini incidən dövlət qurumlarıdır.Dövlət qurumu- problemlərin həlli ilə məşğul olan institutlar ev tikənlərdən həmişə azı on addım irəlidə olmalıdır.Vətəndaşı aldatmağa onların şansı olmamalıdır, bütün risklər minimuma endirilməlidir.Bizdə hamı oğunu gözləyir. Gözləyirlər ki, mümkün qədər çox oğurlasın, aldadtsın. Bir qədər polis alır, bir qədər məhkəmə, bir az həbsxana...yenə azadlığa çıxır, "ikinci kruqa" başlayır. Vətəndaşlar da məhkəmə qapılarındakı daşlara yoldaş olub çürüyür...

Vetendash 2019-02-08 10:08:57

Hormetli redaksiya. Sizden xahisimiz. Mireli Qasqay 748 ci mehellede yerleshen bina 30 Alan MTK ni da daxil edin bu spisoka. Ferhad Abbasov, Rafiq Abbasov, Lale Abbasova ve Anatoliy Brenesey. Bu insanlar bizlere eziyyet verirler. Prezidentimize catdirilsaydi bu binain problemleri. Bizde aq gune cixardiq.

Elnur 2019-02-08 10:08:57

"Aslan Mtk"-nin adini da zehmet olmazsa o siyahiya elave edin. Prezident Aparatina ve butun muvafiq qurumlara defelerle shikayet etmishik. Aslan Mtk-nin rehberi Ferhad Abbasov binani istismara tehvil vermemish ve Azerbaycandan qacib getmishdir. 15 ildir bina tikilib, lakin sakinler menzillerine mulkiyyet huququnu elde ede bilmirler. Niye bes indi o shirketin adini qeyd etmesiniz. 5 ildir ki, Ferhad Abbasovdan olkeden qacib. 5 ilde sakinlerin Pr. Aparatina etdiyi shikayetlerin sayi hesabi bilinmir...

Kendirbaz 2019-02-08 10:08:57

bes Yayla MTK - 9 mkr Adil Mammadov 10 unvaninda yerleshen bina. gelin baxin - ele bil obshejitiyadir... Liftlet xarabdir, ishlemir Qaz yox 1ci mertebeler samostroyka... neise...kime ne...

ZƏRƏRŞƏKMİŞLƏR 2019-02-08 10:08:57

Nədən Ç. RZAYEVİN təsis edib adamları aldadıb qarət etdiyi "Dağlar MTK-nın adı siyahıda yoxdur. Qeyd etmək yerinə düşər ki, bir çox sahələrdə haqsızlıq baş alıb gedir. O cümlədən hüquq mühafizə orqanlarında, xüsusilə də, hüquq mühafizə orqanları tərəfindən böyük qanunsuzluqlar törədilir. Bakı Ağır cinayətlər məhkəməsinin hakimi Ə.HACIYEV üçün qanunu öz maraqlarına uyğun istədiyi şəkilə salmaq adi haldır. Bu günlərdə “Dağlar” MTK-nın təsisçisi Ç.Rzayev və digərləri tərəfindən şəhərin Təbriz küçəsində yerləşən yeni tikilmiş binadakı mənzillərin ayrı-ayrılıqda saxta sənədlərlə 5-6 adama satılması ilə bağlı cinayət işinə baxılmışdır. Əsas dələduzluq edən adamlar ibtidai istintaq zamanı hüquq mühafizə orqanları tərəfindən aradan çıxarılmış və yalnız ixtisasca diş həkimi olan Əliyev Şahin adlı birisinə 11 il azadlıqdan məhrum edilmə cəzası tətbiq edilmiş, qalan onlarla dələduzluq cinayəti törətmiş Əhmədov Elsevər Nadir oğlu, “İlham və Gülxar” adlı maklerlər, Vüsal adı ilə tanınan Qasım Hüseynov, binanın “Əjdər” adlı komendantı, “DAĞLAR” MTK-NIN TƏSİSÇİSİ Ç.RZAYEV, Xətai rayon 6 saylı notariat kontorunun müdiri Ə. İmanovun, Həşimova Gülxar, Ənvər adlı şəxslər və başqaları ibtidai istintaq və məhkəmə tərəfindən öz maraqlarına əsasən aradan çıxarılaraq məsuliyyətə alınmamışdır. Nəticədə isə çox böyük məbləğdə 30 nəfərin halal pulları qaytarılmayaraq DƏLƏDUZLUQ etmiş şəxslər tərəfindən ələ keçirilib mənimsənilmişdir. Bir Allah bilir ki, bu çətin zamanda biz o pulları necə çətinliklə boğazımızdan kəsib mənzil almaq üçün yığmışdıq. Harada şikayət edirik TƏSİSÇİ bizdən əldə etdiyi pullardan verib qabağını kəsir və şikayətlərimizə obyektiv baxıb həll edən yoxdur. Bizim ələ keçirilib mənimsənilmiş halal pullarımız Qoy həmin VƏZİFƏLİ şəxslərin və dələduzların balalarının, əzizlərinin dərmanlarına, kəfəninə və ehsanlarına qismət olsun, xeyrini görməsinlər! Amin! Amin! Amin! YA RƏBBİM AMİN!

Son yazılar