ƏLİ HƏSƏNOVUN SƏHƏTİNDƏ PROBLEM YARANDI - Nəvəsinin işi ilə bağlı köməkçisi açıqlama yaydı

Baş nazirin müavini Əli Həsənovun səhhətində problem yaranıb.Unikal.org-a daxil olan məlumata görə, Ə.Həsənov müayinə olunmaq üçün bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzinə gedib.

Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrahı, Şöbə müdiri Əhməd Memiş Ə.Həsənovu müayinə edib. Müayinədən sonra nazir müavinin böyrəklərində, ödündə və digər orqanlarında problemlərin olduğu aşkarlanıb.

Ə.Həsənov səhhətində yaranan narahatlığa görə, bir müddət müalicə alacaq.

"AzPolitika.info"nun məlumatına görə, Baş naziri müavininin köməkçisi Ramin Talibli dünən  "Meydan TV"-də  yayımlanan

Mütellib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş Türkiyədə yerləşın xəstəxananın bütün müalicə xərcləri Elman Allahverdiyev tərəfindən ödənilmiş və reabilitasiya dönəmini başa vurmuşdur. Həmin xəstəxanan baş həkiminin xahişinə uyğun olaraq Songül Tekişin 2 aylıq əlavə profilaktik müayinə - müalicə məsələləri ilə bağlı xəstəxana ilə danışıqlar aparılır.

Əlavə olaraq bildiririk ki, videoda “emosyanal” çıxış edən İdris Tekiş qəzaya düşən Mütəllib Kekişin qardaşıdır. Mütəllib Tekiş və onun həyat yoladaşının müalicəsi üçün Nail Allahverdiyevin atası Elman Allahverdiyev tərəfindən verilən maliyyə yardımı hesabına İdris özünə şəxsi nəqliyyat vasitəsi almışdır.

Burada sual əmələ gəlir, nəyə görə danışmaq iqtidarında olan Azərbaycana tez-tez səfər edən Mütəllib Tekiş yox, onun qardaşı video görüntü paylaşır? Nəyə görə 2 il bundan əvvəl baş vermiş qəza ilə bağlı məsələni yenidən gündəmə Meydan TV gətirir?

Bunlar ona əsas verir ki, İdris Tekiş Meydan TV ilə əlbirdir və şantaj yolu ilə Elman Allahverdiyevdən maliyyə vəsaiti tələb etmək istəyirlər".

Xatırladaq ki, Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci il avqustun 3-də Bakının Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobili ilə yol qəzası törədib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılardan ikisi Türkiyə vətəndaşları, Muttalib Tekiş və Songül Tekiş olub.

Mutallib Tekişin qardaşı İdris Tekişin Meydan TV-yə verdiyi açıqlamada iddia edib ki,  hadisədən sonra Əli Həsənov və Nailin atası Elman Allahverdiyev yaralananların bütün xərclərini üzərlərinə götürməyə söz veriblər. Lakin bir müddət sonra bu yardım dayanıb və Türkiyə vətəndaşlarına da bildirilib ki, istəyirsiz məhkəməyə verin, artıq yardım edilməyəcək. İdris Tekişin sözlərinə görə, əgər yardımlar davam etməsə, ailə üzvləri ayağa qalxa bilməyəcəklər. 

"300-350 kilometr sürətlə insanların ölümünə səbəb olursan, 3 uşaq zərər çəkib. Analarını görə bilmirlər, ataları ilə ünsiyyət qura bilmirlər"- deyə İdris Tekişin bildirib.

O  iddia edib ki,  məhkəmə proseslərində tez-tez zəng vurub hər cür şərtlərə razı olduğunu deyən Əli Həsənov da ailənin çəkdiyi əziyyətlərə biganə yanaşır: " Verilən sözlərin hamısı yalan oldu. Bu şəxslərə inandıq. "Məhkəməyə verin", "hara istəsəniz şikayət edin" deyiblər. Əli Həsənovdan verdiyi sözlərin yerinə yetirilməsini istəyirik. Yoxsa bu iş çox uzanacaq. Sadəcə Azərbaycan sərhədlərini deyil, Türkiyə sərhədlərini də aşacaq...  Bizə verilən sözlərin tutulmamasına Azərbaycan ictimaiyyətinin də ciddi reaksiya verəcəyinə inanıram..."

Rasim

AzPolitika.info

635x100

Şərhlər

İlqar 2019-02-08 13:57:22

Biclik edir. Fazil də xəstələnib.

Sabir 2019-02-08 13:57:22

Allah hər şeyi bilir və görür.Ə.Həsənov əməllrinin cəzasını çəkəcək.Allah var!

zərərçəkən 2019-02-08 13:57:22

Onun sonsuz varidatına diqqət edildikdə, onun yağmaladığı astronomik kapitalın bir hissəsi görünəndir``. 30-dan çox göydələn. 3 və 4-cü mkr-da olan bütün obyektlərin əksəri. Köçkünlərin adına olan bütün orta və iri obyektlərin əksəri. Sumqayıt girişindəki obyektlər bütünlüklə + 300 civarında boksu olan nəhəng avto-servis. Bütün kurort rayonlarında istirahət mərkəzləri. Bakı-Sumqayıtda restoranlar və şadlıq evləri...... və s. v. i.a.

EJDER 2019-02-08 13:57:22

NEVESININ AVARIYA ELEMEYI ONA DUWDU KI,VEZIFESINI BAWW NAZIRIN MUAVINI QOYDULAR.BRAVO BELE ANALOQU OLMAYAN INKIWAFA...NAIL BALA DEMELI SERHED QOWUNLARINDA XIDMET ELEYIB...YAXWI NAQILDI.......AMMA NEJE ELEYIB,GULBALA BILMIR...

Adshz 2019-02-08 13:57:22

Yadhnhzda qalshn, USAQLAR, QAZANDA BIR PARCA ET VAR, ONU KIM YEMELIDIR???

Cəmşid Dərələyəzli 2019-02-08 13:57:22

Gec-tez hər kəs əməllərinin bedelini ödəyəcək. Cənab Prezidentin Qqudurğan məmur və məmur övladları etdikləri əməllərə görə cazalarını çəkməlidir" kimi fikirlərinə sayqısızlıq göstərən Əli Həsənov və bir nəfərin ölümünə bais olan Manaf Manafova havadarlıq edən Pirallahının başçısı Vasif İmanov kimiləri sonda bax beləcə Allahın özü tərəfindən cəzalarını alacaqlar. Gecə ilə gündüz yalan deyil. Gözləyin bax beləcə sıranız gələcək.

X 2019-02-08 13:57:22

Nazir nazir muavini muavinin mavini nece nece belesi. Buna budce dözer ölke dözer bumiletin hec neden qorxusu yoxdu NAZİRLER ORDUSU VAR HAMİSİDA MİLYADER

Osman 2019-02-08 13:57:22

görəsən oğurladıqları qaçqınların pulu milyardların axırı talehi necə olu qaytarıb yoxsa haramı olsun yeyir hələ

t.ədalət 2019-02-08 13:57:22

Ramin Talıblının çıxışı haqsızlıq üzərində qurulub.Adama deyərlər ki,Əli Həsənovun nəvəsi nəyə görə qanunları tapdayıb avtomobili yüksək sürətlə sürür və günahsız adamları həm öldürür,həm də yaralayır?Hələ bu azmış kimi,utanmayıb harınlamış nəvənin cinayyətlərinə haqq qazandırmaq istəyirlər....məgər bununla bitir?Onun böyük məbləğə aldığı və özününküləşdirdiyi xidməti avtomobilinə nə deyək?Hörmətli sözçü,başqasının gözündə tük axtarmaqdansa,ortada sahibini çağıran tiri görün!

Son yazılar