PREZİDENT MİNİMUM AYLIQ ƏMƏK HAQQINI ARTIRDI - Yaşayış minimumuna bərabərləşdi

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

  "AzPolitika.info"nun məlumatına görə, sərəncamda deyilir ki, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırmaq; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilir.

Bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 130 manat təşkil edib.

Qeyd edək ki,  Azərbaycanda ilk dəfə minimum əmək haqqı və  yaşayış minimumu bərabərləşdirilib. Ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməsi əsas hədəflərdən biridir.

Xatırladaq ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib.

Onun sözlərinə görə, yaşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur:

- aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi zamanı;

- əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında;

- fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin müəyyən edilməsində;

- əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində;

Qeyd edək ki, Azərbaycanda eyni zamanda ehtiyac meyarı anlayışından da istifadə olunur. Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.Azərbaycanda 2019-cu ildə ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

AzPolitika.info

635x100

Şərhlər

Vəfa 2019-02-08 21:18:47

Sevimli Azpolitika! Mən kitabxanada şöbə müdiri işıəyirəm.Əmək haqqim 175 manatdır.Bizdə işləyən xadimə 130 manat ə/h alır.İndi martın 1-dən mən ali təhsilli, şöbə müdiri də həmçinin xadimə də 180 manat manat məvacib alacagıq.Bu nə qədər ədalətlidir.Yəni xalqın QAZINI almaq üçün tələsik nəsə etmək istəyirlər.Amma hər seyi axıra qədər düşünmürlər deyə hər bir addımları yeni bir problemə yol açır.

Vətəndaş 2019-02-08 21:18:47

Sosial ədalət baxımından dövlət müəssələrində işləyənlərin pensiya haqqlarinin az olmaması üçun bu kateqoriyalardan olan insanların pensiya məbləğləri ilə qeyri dövlət işşilərinin pensiyasından az olmaması uçun siğorta haqqlarının 3 faizdən 5 faizə qaldirmaq fmuəssələrin öz işçilərinə 22 faizin 20 faizə endirmək və 14 faiz gəlir vergisinin əmək haqqnını 5 mislınə qədər 5 faizə.5 mislındən yuxari 7 və yaxud 8 faizə endirilsə yaxşı olardı..Çünki gələn il icbari sığortadan də vergi tutulacaqdir

Azər 2019-02-08 21:18:47

Çox yaxşı sağ olsun.GƏlir vergisi 14 faizdən aşaği endirilərək 5 faizə endirilməlıdir sosial siğorta 3 faizdən 5 ə qaldırılmalı.

Son yazılar