Ukraynada prezident postu uğrunda 44 namizəd mübarizə aparacaq
Baxiş sayı:
Dərc olunub:
08/02/2019 - 23:53
Fevralın 8-də Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin qeydə alınması prosesini başa çatdırıb.
MSK-nın sədri Tatyana Slipaçuk bu barədə mətbuat konfransında məlumat verib. O bildirib ki, Mərkəzi Seçki Komissiyası 44 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Onlardan 24-nün namizədliyi partiyalar tərəfindən irəli sürülüb.
Bu sayda namizədin qeydə alınması Ukraynanın prezident seçkiləri tarixində yeni rekord göstəricidir.
Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-ə təyin olunub. Namizədlərin heç birinin sadə səs çoxluğu (50 faiz+1 səs) qazana bilməyəcəyi təqdirdə, aprelin 21-də seçkilərin ikinci turu keçiriləcək.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.