MAAŞ ARTIMI KİMLƏRƏ ŞAMİL EDİLƏCƏK? - Nazir açıqladı

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev ölkədə minimum əməkhaqqının artırılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, martın 1-dən etibarən minimum əməkhaqqı 180 manat təşkil edəcək.

Sərəncamdan sonra büdcə təşkilatlarında çalışan şəxslərin əməkhaqqına bunun necə təsir edəcəyi ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər bildirilib. Müzakirələrdə iştirak edənlərin əsas sualı bu artımın 200 manat əməkhaqqı alan şəxslərə təsir edib-etməməsi ilə bağlıdır.

Ötən gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də REAL TV-nin efirində qonaq olub. Əhalini maraqlandıran bir neçə məqamı izah edib. 

Nazir bildirib ki, bu artım 600 min insanı əhatə edəcək: “Bunlardan 450 mini dövlət sektorunda işləyən, 150 mini özəl sektorda işləyənlərdir. Artım 450 mini əhatə etdiyi üçün, nəinki maaşı 180 manata qədər olan insanlara təsir edəcək, ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə vahid tarif cədvəli üzrə işləyən bütün şəxsləri əhatə edəcək. Çünki bu cədvəl 19 pillədən ibarət əməyin ödənişi sistemidir. Və onun birinci pilləsi artıq 180 manat müəyyən ediləndə növbəti pillələr artımla gedir. İkinci pillə 180 manatdan 2.5-3 faiz daha çox, üçüncü pillə isə bundan da çox təşkil edir. 

Minimum əməkhaqqı nəinki az maaş alan insanlara töhvə verdi, bu, vahid cədvəl üzrə işləyən 450 min nəfərə də şamil edildi. Orta hesabla onların əməkhaqqısı 30 faiz artacaq. Özəl sektorda olanlar üçün də zəncirvari effekt olacaq.

Qeyd edim ki, 150 min ilkin rəqəmdir, bu, bir çox insanın əməyinə təsir edəcək. Birbaşa gəlirlər artacaq, onların sosial müdafiələri güclənəcək”.

635x100

Şərhlər

HörmətliPensiyaçı! 2019-02-09 12:19:42

Bismillahir-Rəhmanir-Rəhim.Xahiş edirəm bu Hörmətli Pensiyaçının yazdığına fiki verin!"Bu Sahilin fotosuna diqqətlə baxsanız,onun baxışları naşı adamın baxışlarını xatırladır və onun özünün oturduğu kreslodan xəbərsiz olduğunu təsdiqləyr"... Belələrinə öz-özünə vurulmuş,öz-özünə aşiq olmuş adamlar deyilir.

OXUCU 2019-02-09 12:19:42

SAHİL BABAYEV İŞLƏYƏ BİLMİR VƏSSALAM. BACARMIR DA ZOR DEYİL Kİ.XALQIN GÖZÜ TƏRƏZİDİR.

VERGİ ÖDƏYİCİSİ 2019-02-09 12:19:42

BU SAHİL BABAYEVDƏN DƏ HEÇ GÖZÜM SU İÇMİR.NƏ ÖZÜ NƏ DƏ TABEÇİLİYİNDƏ OLAN İŞÇİLƏR XALQA NEÇNƏ İZAH EDƏ BİLMƏDİLƏR.ÖZLƏRİ DANIŞANI HEÇ ÖZLƏRİ DƏ BAŞA DÜŞMÜRLƏR İNDİ DƏ ƏMƏK HAQQINI ARTIMINI SƏTİ FORMADA İZAH EDİR.SƏN PENSİYALARI DÜZ-ƏMƏLLİ İZAH ET Kİ XALQ BAŞA DÜŞSÜN. 100 DƏFƏ DEDİZ Kİ PENSİYALAR AVTOMATLAŞIB BUNU BİLDİK,ƏSAS MƏSƏLƏ QALIB KƏNARDA. CƏNAB PRİZİDENTİMİZ GÖR KİMLƏRLƏ İŞLƏYİR. SAHİL BABAYEVDƏN İLK GÜNDƏN XALQIN XOŞU GƏLMƏDİ. BUNU ÖZÜ DƏ BİLİR.ONA GÖRƏ DƏ HEÇ BİR ƏRİZƏ VƏ ŞİKAYƏTLƏDƏ BAXMIR

Təqaüdçü 2019-02-09 12:19:42

......Başınıza dəysin artırmayın. Bazardan, Apteklərdən, xəstəxanalardan, mağazalardan xəbərinz varmı? Yoxsa fil qulağında yatmısınız? ...

Validə 2019-02-09 12:19:42

CƏNABYETİM-YESİR NAZİRİ!!!!!!! MƏN MƏDƏNİYYƏTİMİZİN BAŞDA DOLMA VƏ SARI GƏLİN OLMAQLA DÜNYAYA TƏBLİG EtMəSİ ÜÇÜN HƏŞƏMƏTLİ BÜDCƏMİZDƏN İLLİK MİLYOYONLAR AYRILSA DA problemin elə KƏLƏM DOLMASI kimi bükülüb QLMAQDADLR.15 ildir ki,kitabxanaçı stajımın 13 ilini SAVADLI VƏ LƏYAQƏTLİ kitabxanaçı kimi məhkəmələrdə SÜRÜNÜRÜK.Mənim maaşım 172 manat idi.İndi oldu 180 manat.Xadimə 130 manat idi oldu 180 manat.Mən də ali təhsilli şəbə müdiri 180 manat.Razıyam onda İHB-da KMK müdirinin maşın alsın.Ay HAY.....

ALI 2019-02-09 12:19:42

SON İLLƏR NƏ QƏDƏR NƏLİKMƏMMƏD NAGILI EŞİTMİSİNİZ AY MİLLƏT?BU DA BURA QƏDƏR MƏNŞƏYİ DƏQİQ ANLAŞILMAYAN QƏT-TƏZƏ MƏLİKMƏMMƏDİN YENİ NAGILI.AMMA ONU DEYİM Kİ,ÖLKƏDƏ NORMAL AGIL İQTİSADİ SAVAD DAŞIYICISI OLAN BU NAGILA İ N A N M A Z ,

Təqaüdçü 2019-02-09 12:19:42

Vallah bu qardaş nazir qoyulandan hələ də ağıl kəsən bir iş görməyib. Heç özü də bikmir ki, bu nazirliyin işi, funksiyası, vəzifəsi nədən ibarətdir. Ancaq mətbuatda gecə gündüz şəkilini verdirir. ortada da heç bir şey yoxdur.

Pensiyaçı 2019-02-09 12:19:42

Bu Sahilin fotosuna diqqətlə baxsanız,onun baxışları naşı adamın baxışlarını xatırladır və onun özünün oturduğu boşqabdan xəbərsiz olduğunu təsdiqləyr.Təyin olunduqdan sonra isə onun tutduğu sahədən bixəbər olduğu və bir yenilik edə bilməyəcəyi aydın görünür.Əhalinin ən kasıb və ağır vəziyyətli təbəqəsinin həyatının belə naşı və bacarıqsız adama tapşırılmasının yanlış olduğunu sübut edir. Millət yazıq deyilmi ki,onlarla eksperiment aparılır.

Sahil Babayevə 2019-02-09 12:19:42

Görürsünüz ki, ölkədə xidmət,ərzaq və digər malların qiymətləri günbə-gün artır və keçən ilə nisbətən bunların qiyməti 10-40 faiz artıb.Bunun müqabilində onsuz da az olan pensiyalara Statistika omitəsinin yalan 2.7 faizini əsas götürmək.onunla birlikdə pensiyaların baza hissəsinin ümumi məbləğdən ayırıb 2.7 faiz ,yəni 110 manayta 3 manat artırmaqla nə demək istədiyinizi anlayırmısınız? ... Bunun nə demək olduğnu heç olmasa anlayrsınız?

Hörmətli Nazirə! 2019-02-09 12:19:42

Bismillahir-Rəhmanir-Rəhim. Əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli S.Babayev 11 ayda kargüzarlıq nizam-intizam yarada bilməyibsə! Nədən danışmaq olar?Vallah! Bu müəllim yenə də başa düşmür ki, belə savadsız fəaliyyəti ilə bu nazirliyi uçuruma aparı. ....Rəsmi məktublarıma bu günə kimi cavab verməmələri on minlərlə adamı hökümətdən narazı saldığını söyləməyə əsas verir. Maraqlısı budur ki, hüqui baxımdan1 vətəndaş hüquqlarından məhrum edirlər.Ay hörmətli nazir bu hüququ Sizə kim verib. Dünyada anoloqu olmayan bir nazirsiniz! Maraqlısı budur ki,hörmətli nazir Sizin bu sərhiniz nazir səviyyəsində deyil!Niyə özünüzü bu vəziyyətə salırsınız?Bir misal var:"yuyulmamış çömçə kimi ortaya düşmə".

buzlaq 2019-02-09 12:19:42

Cənab nazir, çox zəncirvari etməyin. Zəncirvari qəza çox axmaq şeydir. Bu zəncirvarini deyəndə "K.Marksın "Manifestindən" Proletirat öz zəncirlərindən başqa heçnə itirmir", yada düşür. Erməni dəyirmanına su tökmə. İndi söz əlaqədar təşkilatlarımdır ....

t.ədalət 2019-02-09 12:19:42

Bu "artım" söz oyunudur.Konkret olaraq nəyin necə artdığını göstərmir.Mücərrəd fikir toplusudur.Pul olmayandan sonra artım söhbətləri belə olur.Məsələn,3-4 ildir ki, avtomobil növbəsində dayanan müh.əlillərinə cüzi miqdarda olan nəqliyyat pulunu ödəyə bilmirlər.İmkansızın haqqını ödəyə bilməyən dövlət maaş artımını necə ödəyə bilər?S.Vurğunun yazdığı poemada deyildiyi kimi,"fəqət,nə Cəlal vardır,nə də ki Humay.Yenə öz yerində yuvarlanır Ay."

EJDER 2019-02-09 12:19:42

ECEB AYDINLIQ GETIRIB,BRAVO,COX YAXWI NAQILDI...NEJE DEYERLER ,...SAHILE CIXDI ,MOTROS...QOHUM EQRABANIN VEZIYYETI NEJADI.BATIRMAYIBLAR,MAYANI

Son yazılar