MSK ÜZVÜ SEÇKİNİN SAXTALAŞDIRILDIĞINI TƏSDİQLƏDİ - XÜSUSİ RƏY

Mərkəzi Seçki Komissiyası oktyabrın 17-də prezident seçkisinin ümumi yekunu haqqında protokol qəbul edərək, nəticələri təsdiqlənmək üçün Konstitusiya Məhkəməsinə göndərib. MSK üzvü Akif Qurbanov yekun potokolu imzalamayıb. O, seçkinin nəticəsini niyə tanıçmadığını yaydığı xüsusi rəydə əsaslandırıb. Həmin rəyi "contact.az"a istinadla təqdim edirik:

***

Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri çərçivəsində seçkilərdə iştriak edən müxtəlif maraqlı tərəflərin etdikləri çoxsaylı şifahi və yazılı müraciətləri, yerli və beynəlxalq müşahidəçilərin söylədikləri rəylər və pozuntulara dair təqdim etdikləri çoxsaylı faktlar, KİV-lərin seçkilərə dair işıqlandırdıqları materiallar və aşağı seçki komissiyalarında fəaliyyət göstərən komissiya üzvləri tərəfindən verilən məlumatlar əsasında 9 oktyabr 2013-cü il tarixdə keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi haqqında xüsusi rəy tərtib etmək qərarına gəldim. Təbii ki, 9 oktyabr 2013-cü il prezident seçkilərinin nəticələri dəyərləndirilərkən, seçki prosesinin bütün mərhələləri – seçkilərə hazırlıq, seçici siyahılarının tərtibi, namizədliyin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqat, daxil olmuş müraciətlərə baxılması, səsvermə və səslərin hesablanması üzrə ayrıca qiymətləndirmə aparılmalı, bu zaman ATƏT qarşısında göturulən öhdəliklərə, Avropa Şurasının demokratik seckilər üzrə standartlarına və Azərbaycan Respublikasının azad və ədalətli seçkilərin keçirilməsinə dair beynəlxalq öhdəliklərinə istinad olunmalıdır.

Seçkilərə hazırlıq

Prezident seckiləri Mərkəzi Secki Komissiyası (MSK), 125 Dairə Secki Komissiyası (DSK) və 5273 məntəqə secki komissiyalarından (MnSK) ibarət uc pilləli struktura malik qurum tərəfindən idarə olunur. Butun komissiyalar muvafiq olaraq 18, 9 və 6 nəfərdən ibarətdirlər. Lakin komissiyaların formalaşması zamanı mən və Ümid Partiyası ciddi maneçiliklə üzləşmişik. Belə ki, Naxçıvan Muxtar respublikası ərazisində yerləşən DSK-ların və MnSK-ların heç birində təmsilşilik hüququmuzun reallaşmasına imkan verilməmişdir. Həmçinin, Sumqayıt şəhəri, Sabunçu, Yasamal, Kürdəmir, Lerik, Göyçay kimi rayonların ərazisində yerləşən MnSK-ların heç birində təmsilçiliyimizə imkan verilməmişdir. DSK-lar üzrə katibliklərin seçilməsində bərabərlik prinsipi qorunmamışdır. Bu pozuntulara dair məhkəməyə etdiyim şikayət, çox təəssüf ki, ədalətsiz olaraq siyasi sifariş əsasında Ali Məhkəmə səviyyəsində rədd olundu.Təbii ki, belə şəraitdə onsuzda komissiyalar hakim çoxluğun nəzarətində olduğu halda bu tipli ciddi pozuntulara yol verilməsi də mənə həmin ərazidə obyektiv məlumat əldə etməkdə və prosesə nəzarət etməkdə xeyli əngəllər törətmişdir. Secki administrasiyasının qərəzsiliyinə muxalifət numayəndələrinin inamının aşağı səviyyədə olmasını nəzərə alsaq, sozugedən təşkil prinsipi etibarsızlığı daha da dərinləşdirmişdir.

Seçki hazırlığı zamanı qəbul olunan təlimatlarda da. Seçki Məcəlləsinin tələblərinə zidd olaraq ciddi əngəllər yaradılmışdır. Qəbul olunmuş müvafiq qərar və təlimatlarla razılaşmadığım hissələrə dair xüsusi rəyimi MSK-ya təqdim etmişəm.

Seçici siyahıları

MSK-nın verdiyi məlumata gorə, qanunvericiliyə uyğun olaraq, 5,016,365 qeydə alınmış secicinin adını əks etdirən yekun secici siyahısı 14 sentyabr tarixində dərc olunmuşdur. Ancaq bu rəqəm Azərbaycan Respublikası Dovlət Statistika Komitəsinin açıqladığı rəqəmlə kəskin surətdə fərqlənir. Dovlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2013-cu il yanvarın 1-nə olan məlumata gorə yaşı 18-dən yuxarı olan ölkə əhalisinin sayı təxminən 6,8 milyona bərabərdir. Nəticə olaraq aydın olur ki, yekun seçici siyahısında olan seçicilərin sayı Dovlət Statistika Komitəsinin məlumatında göstərilən secki huququna malik şəxslərin sayından 1,8 milyon azdır. Tərəfimdən dəfələrlə MSK-nın iclasında və KİV-də məsələ qaldırılmasına baxmayaraq bu ciddi ziddiyyətlərlə bağlı əsaslı izah verilməmişdir.

Namizədliyin irәli sürülmәsi vә qeydiyyatı mərhələsi

MSK 21 potensial namizədin irəli sürülməsi ilə əlaqədar sənədləri qəbul etmiş və təsdiq etmişdir. Namizədliyi özü tərəfindən irəli sürülən İlqar Məmmədovun təcridxanada istintaq altında saxlanılması, onun namizədliyinin irəli sürülməsilə bağlı ciddi əngəllər yaratmışdır. Yaradılan süni əngəllər nəticəsində MSK tərəfindən onun namizədliyinin irəli sürülməsinin təsdiqi kifayət qədər geçikdirilmişdir.

Prezidentliyə namizədliyin müdafiəsi üçün imzaların toplanması prosesi üzrə əvvəlki seçkilərdə qeydə alınmış qanun pozuntuları bu mərhələdə də qeydə alınıb. İnzibati resurslardan sui-istifadə etməklə, əsasən də hakimiyyətə yaxın namizədlərin xeyrinə imzaların toplaması müşahidə edilib. Bu mərhələdə həmçinin seçicilərin şəxsiyyət vəsiqələrini müxtəlif bəhanələrlə toplayaraq onların iradəsindən kənar hər hansı bir namizədin xeyrinə imza toplanması üçün istifadə halları da qeydə alınıb.

Namizədliyi təsdiq olunmuşlardan 14 nəfər imza vərəqlərini geri təqdim etmişdir. İmza vərəqələrini təqdim edən şəxslərdən 10 nəfər MSK-da prezidentliyə namizəd kimi qeydə alınıb, 4 nəfərin isə namizədliyinin qeydə alınmasından imtina edilib.

Qeydiyyat ucun təqdim olunan sənədlərin yoxlanılması MSK-nın İşci Qrupu tərəfindən həyata kecirilir. Qanunvericiliyə uyğun olaraq, bu sənədlərin yoxlanması prosesi namizədlərin səlahiyyətli numayəndələri və muşahidəcilərin iştirakı ücün açıq olmalıdır. Lakin, qeydiyyata almadan imtina zamanı məlum olmuşdur ki, MSK tərəfindən Seçki Məcəlləsinin tələbləri pozulur. Belə ki, 4 namizəd də iddia etmişdir ki, onlara sənədlərin yoxlanılması vaxtı haqqında məlumat verilməmişdir. Onlardan İlqar Məmmədovun sənədlərinin yoxlanılması zamanı şəxsən məlumatlı olmuşam ki, onun səlahiyyətli nümayəndəsi Xalid Bağırov dəvət edilməyib. Yalnız yoxlama prosesi başa çatdıqan sonar əlaqə saxlanılaraq, yoxlamanın nəticələri haqqında İşci Qrupunun tərtib etdiyi protokolun surəti verilib. Lakin namizədin qeydiyyatına baxılacaq iclas barədə heç bir məlumat verilməyib. Nəticə etibarilə namizədə müdafiə hüququndan istifadə imkanı yaradılmayıb.

Təəssüflər ki, komissiya üzvləri olaraq biz namizədin qeydiyyat məsələsinə MSK-nın iclasında baxılması zamanı həmin işci qrupunda olan ekspertlərin rəyləri ilə tanış ola bilməsək də, yalnız bizə şifahi məlumatlar verilmişdir. Məlum olmuşdur ki, ekspertlər “ehtimal” əsasında imzaları etibarsız hesab etmişlər. Bununla bağlı izahat tələb etsəm də heç bir izah verilməmiş, məsələ səsverməyə çıxarılaraq səs çoxluğu əsasında həll edilmişdir. Nəticə etibarilə ehtimal əsasında, namizədin Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin 1-ci bəndində, İnsan hüquqları haqqında bəyanamənin 21-ci maddəsinin 1-ci bəndində və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 25-ci maddəsində təsbit edilmiş seçilmək hüquqları pozulmuşdur.

Namizədliyi qeydə alınmamış şəxslər MSK-nın bu qərarlarından məhkəməyə muraciət etmiş, lakin hamısı uğursuz nəticə vermişdir.

Seçkiqabağı təşviqat

Rəsmi seckiqabağı təşviqat kampaniyası sentyabrın 16-da başlamışdır. MSK seçkiqabağı ödənişsiz təşviqat tədbirlərinin keçirilməsi üçün 152 qapalı və açıq məkanın siyahısını dərc etmişdir. Çox saylı müşahidəçilər və maraqlı subyektler tərəfindən bu yerlərin montitorinqi aparılaraq, müəyyən edilib ki, əksəriyyəti mərkəz ərazilərdən kənarda yerləşir və seçicilərin namizədlə görüşə rahat gəlməsinə şərait yaratmır. Nəzərə alsaq ki, siyasi rəqiblərin seçicilərlə ünsiyyəti 22 günlük rəsmi kampaniya müddəti ilə məhdudlaşır, görüş yerləri ilə əlaqədar yanaşma kampaniya keçirmək imkanlarını daha da azaltmış olur.

Sekiqabağı təşviqat kampaniyasının gedişində namizədlərə munasibətdə bərabərlik prinsipinin pozulması, habelə təzyiq halları barədə maraqlı tərəflərin müraciətləri və müşahidəcilərin rəyləri qeydə alınmışdır. Belə ki, inzibati və maddi resurslardan sui-istifadə halları, namizədlərə bərabər imkanların yaradılmaması, seçkiqabağı təşviqat dövründə seçki iştirakçılarına, xususən də namizədlərə təzyiq halları qeydə alınıb. Həmçinin hakimiyyət namizədlərinin kecirtdiyi mitinqlərə inzibati resurslar əsasında seçicilərin iştirakının aşkar məcbur etmə hallarını və müxalif namizədlərin görüş və mitinqlərini isə (Məsələn: Ağstafada İqbal Ağazadənin, Sabirabadda Cəmil Həsənlinin seçicilərlə görüşü) pozma cəhdləri muşahidə edilmişdir. Bu cür hallar əsasən namizədlərin görüşü zamanı seçicilərə qarşı, habelə namizədlərin təşviqat materiallarının yapışdırılması ilə bağlı olub. Bu isə Seçki Məcəlləsinin 55-ci maddəsinin tələblərinin pozulmasıdır. Həmçinin, təşviqat dövründə məlumat lövhələrində namizədlərə aid təşviqat materiallarının məhv edilməsi barədə hallarda olmuşdur.

Kampaniya dövründə siyasi şəxslərin ailə uzvlərinin hədələnməsi də daxil olmaqla, namizəd və secicilərə qarşı hədə-qorxu halları haqda xeyli məlumatlar daxil olmuşdur. Bəzi namizədlər goruşlər ücün özəl sahibkarlara məxsus yerlərin icarəyə götürülməsində ehtimal olunan təzyiqlər səbəbindən çətinliklərlə üzləşmişdirlər.

Beləliklə seçkiqabağı təşviqat prosesində siyasi azadlıqların, xüsusi ilə söz və mətbuat azadlığı və sərbəst toplaşmaq azadlığının təmin olunması yönündə irəliləyişlər olmamışdır. Seçkiqabağı təşviqat prosesi yerli icra və bələdiyyə orqanlarının seçki prosesinə mudaxilələri, inzibati resurslardan istifadə halları, namizədlər arasındakı bərabərlik prinsipinin pozulması ilə muşayiət olunmuşdur.

Yuxarıda göstərilən hallar ATƏT-in 1990-cı il Kopenhagen Sənədinin 7.7-ci bəndinin tələbinə zidd olaraq namizədlərin ədalətli mühitdə kampaniya aparması imkanlarını məhdudlaşdırmışdır.

Təşviqatda Media

Konstitusiyada ifadə azadlığını, mətbuat azadlığını və informasiya əldə etmək huququ təsbit edilib. Siyasi məlumatların yayılması sahəsində televiziyanın əsas mənbə olmasına baxmayaraq, bütün yayım şirkətlərinin hakimiyyətin təsiri altında olması və bunun nəticəsində pluralizmin faktiki olmaması müşahidə edilmişdir. Seçkiqabağı təşviqat kampaniyası telefiziyada efir vaxtı almaq üçün demək olar ki, yeganə fürsət idi. Ödənişsiz və ödənişli yayım imkanı da daxil olmaqla, MSK-nın mətbuata çıxış sahəsində qərarları namizədlərin xeyrinə olmamışdır. MSK namizədlər ücün ictimai yayımçı olan İctimai Televiziya və Radio Yayımları Şirkətində(İTV) dəyirmi masa formatında ödənişsiz efir vaxtı ayırmışdır. Namizədlərdən ikisi MSK tərəfindən təklif olunan dəyirmi masa formatının fikirlərin catdırılması üçün səmərəli usul olmadığını iddia edərək, bu formata etiraz etmişlər və onlara ayrılan ödənişsiz efir vaxtının istədikləri kimi istifadə etmək huququna malik olduqlarını bildirmişdirlər. Ayrılmış efir vaxtı isə Seçki Məcəlləsinin tələbində göstərildiyi kimi – “namizədlərə efir daha çox auditoriyanın baxa biləcəyi vaxtda ayırlmalıdır” şəklində deyil, istər radio, istərsə də televiziyada qeyri münasib saatlarda ayrılmışdır. Bu da daha çox seçicinin izləməsinə imkan verməmişdir.

Ödənişli siyasi reklamların yayımlanmasına icazə verilsə belə, yerləşdirmə uzrə təklif yalnız İTV-dən gəlmişdir. Reallıqda isə İTV də ödənişli efir imkanı yaratmamışdır. Belə ki, namizəd Cəmil Həsənli belə bir istəklə cıxış etmiş, lakin muraciətin ödənişli vaxtın ayrılması üçün qanunla müəyyən olunmuş müddətdən guya sonra daxil olması səbəbindən, ona rədd cavabı verilmişdir.

Sentyabrın 25-də isə MSK-nın Mətbuat qrupu qanuvericiliyin tələblərini real pozan media quruluşlarına qarşı tədbir görmək əvəzinə, qanunsuz olaraq 3 media orqanını − Azadlıq Radiosu, BBC və Amerikanın Səsini – guya Secki Məcəlləsinin xarici huquqi şəxslərə secki təşviqatında iştirak etməyi və təşviqat materiallarını yaymağı qadağan edən 74.4.1 maddəsininin tələblərini pozmağı dayandırmağa çağıran bəyanat yayıb. Halbu ki, göstərilən maddənin həmin meia orqanlarına tətbiqi mümkün deyildir.

Muşahidə dövründə ATƏT/DTIHB-nın SMM-nın media monitorinq qrupu namizədlərin məhdud sayda işıqlandırılmasını və pluralizmin çatışmamazlığını muşahidə etmişdir. İTV daxil monitorinqi aparılan televiziya kanalları praymtaym xəbər proqramlarında seckilərə 7 saat 42 dəqiqə vaxt ayırmışdır, bu da gündə təxminən 5 dəqiqə deməkdir. Bu vaxtın 98% hazırkı Prezidentə, 2%-dən az vaxt isə qalan 9 namizədə həsr olunmuşdur. Əsas məlumatlar seckinin texniki aspektlərinə yönəlmişdir. Monitorinqi aparılan kanalların hec biri namizədlər arasında debatların kecirilməsi və yaxud namizədlərə (hazırkı Prezident də daxil) sual vermək ucun jurnalistlərə, ekspertlərə və ya ictimaiyyətə imkan yaradan proqramlar yayımlamamışdırlar.

Nəticə etibarilə aydın olur ki, Azәrbaycanda bir neçə televiziya stansiyasının bütün ölkə üzrə yayımlanmasına baxmayaraq, elektron mətbuatda müstəqil və obyektiv xəbər ötürücülüyünün yoxluğu və tənqidi qəzetlərin azlıq təşkil etməsi məlumata əsaslanmış seçim etmək üçün vətəndaşların plüralist və tərəfsiz informasiyaya çıxışını məhdudlaşdırmışdır.

Çap mәtbuatının ümumilikdә televiziyaya nisbәtәn daha geniş şәkildә fәrqli baxışlara yer vermәsinә baxmayaraq, dövlәt tәrәfindәn mailiyyәlәşәn qәzetlər hökumәtә açıq dәstәk vermişlәr. MSK dövlәtin maliyyәlәşdirdiyi mәtbuat orqanlarının xәbərləri balanslaşdırılmamış şəkildə işıqlandırılmasına qarşı hәr hansı effektiv vasitənin tətbiq edilməsi üçün tədbir görməmiş vә bununla da ATƏӘT-in 1990-cı il Kopenhagen Sәnədinin 7.8-ci müddәasında әksini tapmış öhdәliklәrә zidd olaraq namizədlәr vә siyasi partiyalar üçün bәrabәr imkanların yaradılmasını tәmin etmәmişdir.

Şikayət və Muraciətlər

MSK şikayətlərin araşdırmaq və fərdi müraciətlərlə əlaqədar rəy vermək üçün 9 nəfərdən ibarət ekspert qrupu yaratmışdır. Keçmişdə olduğu kimi, bu seckilərdə də, qanunla nəzərdə tutulmasına baxmayaraq, MSK ekspert qrupunu kənardan cəlb olunan ekspertlərdən formlaşdırmamış, əksinə MSK üzvləri və əməkdaşlarını təyin etməklə formalaşma qərarını vermişdir. Seşkiqabağı dövr ərzində MSK-ya təşviqat kampaniyasının qaydalarının pozulması və kampaniyanın aparılmasına əngəllərin törədilməsi ilə əlaqədar 15 şikayət daxil olmuşdur. Şikayətlər MSK-nın ekspert qrupuna daxil olan üzvlər tərəfindən bir çox hallarda şikayətcilərin iştirakı olmadan muxtəlif vaxtlarda baxılmışdır. Eyni zamana şikayətin baxılması zamanı aydın olmuşdur ki, araşdırma obyektiv və tərəfsizlik prinsipinin pozulması ilə aparılır. Məsələn, Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin namizədin Ağstafada seçicilərlə mitinq-görüşündə yerli icra strukturların maneçiliklərilə bağlı şikayətini araşdırma zamanı məlum oldu ki, ekspert qrupunun üzvü obyektiv olmaq əvəzinə, şikayətdə göstərilən faktları təkzib etməklə məşğul olub. Və araşdırmanı yerdə birbaşa özü deyil müvafiq Dairə Seçki Komissiyası aparıb və materialları toplayib ekspert qrupunun üzvünə göndərib. Ekspert verdiyi rəydə də hüquqi deyil, daha çox siyasi arqumentlərdən istifadə etməklə qanunu pozanları qorumağa çalışıb. Nəticə etibarilə, bu qanunsuzluğu, qeyri-obyektiv və tərəfliliyi MSK öz qərarı ilə təsdiq etməklə şikayətlərin necə araşdırıldığını aydın şəkildə nümayiş elətdirib. Eyni hal tele-debatlarda baş vermiş pozuntularla bağlı Cəmil Həsənlinin şikayətində də rast gəlindi. Absurd olaraq, qanunu aşkar şəkildə pozan şəxs kimi Hafiz Hacıyevə “xəbərdarlıq”, siyasi arqumentlərdən istifadə edən Cəmil Həsənliyə isə “ciddi xəbərdarlıq” edildi.

Bakı Appelyasiya Məhkəməsinə isə namizədlərin qeydə alınması, namizədlərin iştirak etdiyi dairmi masalar və “exit-poll” aparmaq ucun akkreditasiya ilə əlaqədar 16 appelyasiya şikayəti verilmişdir. Bu instansiyanın 9 qərarından Ali Məhkəməyə muraciət olunmuşdur. ATƏT/DTIHB-NIN SMM-nın və şikayət edən tərəflərin verdiyi məlumata görə müşahidə dövründə kecirilən butun məhkəmə dinləmələrində iştirak etmiş və bu müddət ərzində məhkəmələr tərəfindən şikayətcinin əlavə subut gətirmək təklifinin dəfələrlə əsassız şəkildə rədd etməsinin, ərizəçinin sual vermək imkanının məhdudlarşdırmasının, MSK-nın təqdim etdiyi subutları çox az şübhə altına almaqla bərabər, şikayətcinin faktlarını ciddi sorğu-suala tutmasının, və qatnamələrdə şikayətcilərin subutlarının əks etdirilməməsinin şahidi olmuşdur.

Nəticə etibarlilə aydın olur ki, secki məsələləri üzrə şikayətçilər səmərəli huquqi mudafiə vasitələrindən yararlana bilmirlər. ATƏT-in 1990-ci il Kopenhagen Sənədinin 5.10-cu bəndinə təsbit olunmuş öhdəliklərə zidd olaraq, seckilər üzrə şikayətlərə baxılma prosesi qərəzsizliyin catışmamazlığı və ərizəçiyə inzibati qərarlardan səmərəli huquq-mudafiə vasitələrinə malik olmaq huququnun təmin edilməməsi şəraitində həyata kecirilmişdir. Bundan əlavə, MSK və Bakı Appelyasiya Məhkəməsinin prosedurlara riayət etməsi üzərində muvafiq nəzarətin əhəmiyyətli dərəcədə olmaması muşahidə olunmuşdur; məhkəmələrə muraciət edilərkən onlar prosedur pozuntularını nəzərdən kecirməmişdirlər.

Exit-poll

MSK secki gunu “exit-poll” kecirmək üçün 4 təşkilatı qeydiyyata alıb. Sənədləri təqdim edən təşkilatlardan biri – “Sumqayıt Gənclərinin Huquqi Maarifləndirilməsi” İB isə guya nizamnaməsində İctimai Birliyin seçkilərdə iştirakına yol verilmir iddiası əsasında qeydə alınmamışdır. Halbu ki, “exit-poll” keçirmək seçkilərdə iştirak etmək demək deyil, seçkilərdə iştriakın şərtlərin tamam başqadır. Eyni zamanda nizamnamədə qeyd olunan həmin tələb, MSK tərəfindən akreditasiya olunan digər 4 təşkial üçün də keçərli olduqları halda onlar qeydə alınmışdır. Qeydə alınma zamanı tərəfimdən qaldırılan əsas 2 - “exit-poll”un keçirilməsinə ayrılan maliyyənin mənbəyi və şəffafliğı, bir də icra edəcək şəxslərin necə cəlb olunması haqqında sual və tələbimə hec bir cavab verilməmişdir. Bu da prosesin şəffaflığı və nəticələrinə göstəriləcək etimada öncədən ciddi şübhə yaradırdı. Nəticələr də proqnozlaşdırıldığı kimi öz təsdiqini tapdı..

Seçki günü

Səsvermə günü çoxsaylı müşahidəçi, komissiya üzvü, maraqlı tərəflərin nümayəndələi, KİV-əməkdaşlarından aldığım məlumatlar əsasında aşağıda qrup halında göstərilən pozuntular baş vermişdir:

Müxtəlif marşrut avtobuslarının, şəxsi və dövlət avtomobillərinin “karusel əməliyyatı” üçün istifadə olunaraq adam gətirdilib hakimiyyət namizədinə səs verdirilməsi;

Seçicilərin barmaqlarının ultrabənövşəyi şüalar vasitəsilə yoxlamanın aparılmaması və mürəkkəblərin barmaqlara vurulmaması;

MnSK üzvləri və sədrlərinin, həmçinin müşahidəçilərin seçiciyə kimə səsverməsi barədə göstəriş verilməsi halları;

MnSK üzv və sədrlərinin, həmçinin müşahidəçilərin topa halda seçki bülletenlərinin seçki qutusuna atmaları halları;

Bir seçicinin bir neçə seçici adından səs verməsi halları;

Müşahidəçilərin qanunsuz səs verməsi halları;

İstifadə olunmamış bülletenlərin bir qisminin ləğv edilməməsi və lider göstərilən namizədin xeyrinə daşınan qutuya atılması halları;

Səsverməyə gələnlərin iştriak %-nin şişirdilməsi halları;

Eyni adamın təkrar səsverməsi halları;

Müşahidəçilərə qarşı təzyiqlərin edilməsi, çəkiliş aparmağa imkan verilməməsi;

DSK ərazisində qeydiyyatı olmayan, başqa rayon sakinlərinin səsverməsi halları;

Müşahidəçilərə səsvermənin gedişini normal müşahidə etmək prosesini aparmaq imkanlarının MnSK sədrləri tərəfindən yaradılmaması halları;

Səsvermə günü icra strukturları və bələdiyyənin vəzifəli şəxslərinin, ali və orta məktəb rəhbərliyinin qanunsuz təşviqatla məşgul olması və səsverməyə gələnlərə hakimiyyət namizədinə səs vermələri üçün təsir etməsi halları;

Səslərin sayılması zamanı çox saylı müşahidəçilərin məntəqələrdən zorla çıxarılması halları, səslərin fasiləsiz və düzgün sayılmaması, yekun protokolların məntəqələrdə yazılmaması və surətlərinin müşahidəçilərə verilməməsi və ya DSK-da lider göstəriləcək namizədin xeyrinə şişirdilmiş rəqəmlər düzəldikdən sonra verilməsi və s. hallar baş vermişdir.

Seçki günü baş verən pozuntuların təsdiq olunması halları beynəlxalq müşahidə missiyasını həyata keçirən ATӘT-in Demokratik Tәsisatlar vә İnsan Haqları Bürosu (ATӘT/DTİHB) və ATӘT-in Parlament Assambleyası (ATӘT PA) birgə fәaliyyәtinin nәticәsində ilkin faktlar və nәticәlәr üzrә tәqdim edilәn Bәyanatda qeyd olunan aşağıdakı məlumatlarda da öz əksini tapmışdır:

Muşahidə aparılan secki məntəqələrinin 20%-də acılış prosedurları mənfi qiymətləndirilmişdir; bunun əhəmiyyətli dərəcədə yuksək rəqəm olması ciddi problemlərin movcudluğuna dəlalət edir.

Ayrılan secki bulletenlərinin sayının hesablanmaması və elan olunmaması (39%) və secki qutularının möhürlərinin seriya nömrələrinin qeyd olunmaması (19%) kimi prosedur çatışmamazlıqları dəfələrlə muşahidə olunmuşdur.

Movcud tələblərə zidd olaraq muşahidənin əhatə etdiyi MnSK-ların 30% qeydiyyatdan cıxma vərəqələrini ləğv etməmiş (ölkə üzrə bu vərəqələrin toplam sayı 420,000-nə yaxındır) və bununla da, hesabatlılığın təmin olunması ucun minimal tədbirlər gozlənilməmiş və potensial saxtakarlığın qarşısı almamışdır.

BSMM muşahidəciləri əhatə etdikləri məntəqələrinin 12%-də secki prosesini mənfi olaraq qiymətləndirmişdirlər.

BSMM muşahidəciləri 37 məntəqədə secki qutularına topa bulleten atılmasının aşkar izləri haqda məlumat vermişdirlər.

Yeddi məntəqədən gələn məlumata əsasən, barmaqları artıq işarələnmiş secicilərə yenidən səs verməyə icazə verilmişdir.

BSMM bir sıra prosedur pozuntuları da muşahidə etmişdir. Ən cox yayılan və narahatçılıq doğuran məsələ bir şəxsin bir necə dəfə səsverməsinin qarşısının səmərəli alınmamasıdır: muşahidə aparılan məntəqələrin 19%-də secicilərin barmaqlarının şəffaf murəkkəblə işarələnməsi butun hallarda yoxlanılmamış, 11%-də isə murəkkəb hamıya tətbiq olunmamışdır.

Digər qanun pozuntuları arasında duzgun mohurlənməmiş secki qutularını (4%) və secici siyahısında ehtimala gorə oxşar imzaların olmasını (4%) qeyd etmək olar.

Muşahidə aparılan məntəqələrin 7%-də qrup şəklində səsvermə muşahidə olunmuşdur.

Əhatə olunan məntəqələrin 9%-də bir qism secicilər bülleteni gizli şəkildə işarələmirdilər.

BSMM muşahidəciləri tək-tək hallarda secicilərin hədələnməsi və ya onların seciminə təsir etmək cəhdlərini muşahidə etmişdirlər.

Muşahidə missiyasının əhatə etdiyi və veb-kameraları olan məntəqələrin 8%-də onların quraşdırılma yeri səsvermənin gizli kecirilməsinin butövluklə qorunmasını təmin edə bilməmişdır.

Muşahidə aparılan məntəqələrin 10%-də secki prosesinin bəzi mərhələləri MnSK və ya muşahidəcilərin görüntüsündən kənarda olması, prosesin şəffaflığının azalması ilə nəticələnir.

Əhatə olunan məntəqələrinin 78%-də yerli muşahidəcilərin olmasına baxmayaraq, onlar əksər hallarda təmsil etdiklərini təşkilatın adını BSMM numayəndələrinə soyləyə bilmirdilər.

MnSK-ların işinə mudaxilə edən və yaxud onu yönəldən səlahiyyətsiz şəxslərlə əlaqədar 61 hal qeydə alınmışdır.

BSMM muşahidəcilərinin verdiyi məlumata əsasən, baş cəkdikləri məntəqələrin 3%-də onlar məhdudiyyətsiz və yaxud MnSK-nın tam əməkdaşlığı olmaması səbəbindən öz vəzifələrini icra edə bilməmişdilər.

Səslərin hesablanması xeyli dərəcədə mənfi hallarla səciyyələnmiş, muşahidə olunan secki məntəqələrinin 58%-da pis və yaxud cox pis kimi dəyərləndirilmiş və ciddi problemlərin olmasını numayiş etdirmişdir.

19 secki məntəqəsində səslərin hesablanması zamanı topa bulleten atılmasının izləri aşkar olunmuşdur.

MnSK-ların boyuk hissəsi secici siyahılarında səs verən secicilərin sayının hesablanması və mutləq yoxlamalar da daxil olmaqla, rəqəmlərin muqayisəsi kimi muhum prosedurları icra etməmişlər.

Adətən səslərin hesablanması prosesində yetərincə şəffaflıq təmin olunmamışdır. BSMM muşahidəcilərinin verdiyi məlumata əsasən, baş çəkdikləri məntəqələrin 24-də səslərin hesablanması uzrə prosedurları, üçdə birində isə seçki bülletenlərinin necə işarələnməsini aydın gorə bilməmişdirlər.

Muşahidə missiyasının əhatə etdiyi məntəqələrin 20-də secki bulletenləri ağlabatan və ardıcıl usulla hesablanmamışdır.

Muşahidə olunan məntəqələrin 12-də MnSK uzvlərindən kənar şəxslər səslərin hesablanmasında iştirak etmişdirlər.

Səslərin hesablanması zamanı aparılan muşahidə nəticəsində BSMM 15 məntəqədə secici siyahılarına adların daxil edilməsi, həmcinin bir namizədin aldığı səslərinin digər namizədə yazılması da daxil olmaqla, protokolların nəticələri ilə manipulyasiya halları aşkar olunmuşdur.

Muşahidə olunan məntəqələrin 42-də MnSK uzvləri yekun protokola nəticələrin daxil edilməsində cətinliklər cəkmiş, və bir sıra hallarda, tələblərə baxmayaraq, yekun protokol qələmlə doldurulmamışdır.

BSMM və namizədlərin muşahidəciləri muraciət etsələr belə, adətən protokolun surətini əldə edə bilməmişdirlər. Muşahidə olunan məntəqələrin yarısından coxunda, qanunvericiliyin tələbinə zidd olaraq, MnSK ictimaiyyətin tanış olması ucun yekun protokolun surətini muvafiq lovhəyə yerləşdirməmişdir.

Bir necə muşahidəci qeyd etmişdir ki, səslərin hesablanması və protokolun doldurulması başa catdıqdan sonra, MnSK bəlli olmayan səbəblərdən sənədlərin DSK-ya catdırılmasını ləngitmişdir.Muşahidə olunan secki məntəqələrin 17-də DSK-ya protokol aparılarkən MnSK sədrini digər iki uzv muşaiyət etməmişdir.

Nəticələrin protokollaşdırılmasının muşahidəsi 125 DSK-dan 95-də aparılmışdır. 23 DSK-da sozugedən proses mənfi kimi qiymətləndirilmişdir. MnSK protokollarının DSK-larda doldurulması (18 hal) kimi digər prosedur pozuntuları da muşahidə olunmuşdur.

22 halda muşahidəcilərə yekun nəticələri əks etdirən protokol verilməmişdir.

Məntəqə secki komissiyasının təqdim etdiyi nəticələrin yoxlanılması və emal olunması kimi muhum prosedurlara adətən riayət olunmamışdır.

Həmin qrumlar tərəfindən qeyd olunan aşağıdakı pozuntularla bağlı hissəni də təəssüflər olsun ki, bölüşməmək olmur:

İctimai və siyasi həyatda bir partiya dominantlıq edib

Namizədlərin qeydiyyatında problemlər olub - hakim partiya və ona yaxın namizədlərin qeydiyyatı demək olar problemsiz olub, müxalifət namizədlərin isə bir qismi qeydə alınmayıb

Elektron mediada balanslı, qərəzsiz məlumatlar olmayıb, nəticədə alternativ fikir təqdim olunmayıb, tənqidi çap mediasının da sayı azalıb.

Səmərəli kampaniya aparmaq üçün lazımlı resurslara siyasi partiyaların qeyri-bərabər çıxışı olub.

Təbliğat üçün yararsız yerlər ayrılıb və müxalifət namizədlərinin bu yerlərdən kənarda toplanmasına maneələr törədilib.

Seçicilər və namizədlərin qorxudulmasına, administrativ resurslardan sui-istifadəyə dair etibarlı mənbələrdən iddialar daxil olub.

Kampaniya müddətini qısaltmaq üçün qanunvericiliyə dəyişiklik edilib.

ATƏT və Avropa Şurası Venesiya Komissiyasının qanunvericiliyə dair bundan əvvəlki tövsiyələri nəzərə alınmayıb.

Seçki komissiyalarının tərkibi formulu üzündən seçki administrasiyasında hakimiyyətyönlü qüvvələrin üstünlüyü davam edib.

Seçki şikayətlərinə dair qərarlar adətən səmərəsiz və hüquqi əsassız olub.

Səsvermədən sonrakı şikayətlərin arşadırılması

Çox təəssüflə qeyd etməliyəm ki seçkilərin nəticələrinin mübahisələndirilməsinə və səsvermə günü baş vermiş pozuntulara dair daxil olan 4 şiakayət ətraflı, obyektiv və qərəzsiz araşdırılmadan, təmin edilməmə istiqamətində qərarlar qəbul olundu. Eyni zamanda mediada təqdim olunan foto və videolarda aşkar görsənən ciddi pozuntularla bağlı heç bir tədbir görülmədi.

Seçkilərin yekununa dair

Yekun olaraq bildirmək istəyirəm ki, 2013-cü il növbəti Prezident seçkiləri həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün xeyli dərəcədə ciddi maraq kəsb edirdi. Azərbaycanda siyasi partiyaların cəmiyyətdəki yeri və siyasi insitutların formalaşması baxımından bu seçki olduqca əhəmiyyətli idi. Beynəlxalq ictimaiyyət bu seçkilərdə Azərbaycanın Avropa ailəsinə inteqrasiyasında ciddi adımmlar gözləyirdi. Lakin, baş vermiş proseslər onu göstərdi ki, Azərbaycanda keçən seçkilər həm ölkə ictimaiyyəti, həm siyasi partiyalar, həm də beynəlxalq təşkilatlar tərəfindən xüsusən də ATƏT DTİHB, ABŞ Dövlət Departamenti və Böyük Britaniya kimi aparıcı qurum və dövlətlər tərəfindən beynəlxalq standartlara, Azərbaycanın götürdüyü öhdəliklərə cavab verməyən seçki adlandırıldı. Bu da həm ölkə vətəndaşı kimi, həm də MSK-üzvü kimi məni ciddi narahat edir, məndə təəssüf hissi yaradır. Və nəticə etibarilə yuxarıda sadalananları nəzərə alaraq seçkilərin yekunlarına dair aşağıdakı rəyimi ifadə edirəm:

• Prezident seçkisi dövründə seçkiqabağı mühit azad və demokratik seçkilər keçirməyə imkan verməyib, siyasi azadlıqlar, xüsusən də söz və mətbuat azadlığı, birləşmək və sərbəst toplaşmaq azadlığı istiqamətində çatışmazlıqlar aradan qalxmayıb

• Prezident seçkisində namizədlərin irəli sürülməsi, qeydə alınması istiqamətində və seçkiqabağı təşviqat kampaniyasında qarşıduran siyasi tərəflər, o cümlədən namizədlər arasında bərabər və rəqabətli siyasi şərait təmin olunmayıb.

• Prezident seçkisinin bütün məhələlərində seçki iştirakçılarına, xüsusən də namizəd və onun tərəfdarlarına, seçicilərə, müşahidəçilərə qarşı təzyiq və təhdidlər qeydə alınıb.

• Yerli və beynəxalq təşkilatların Seçki Məcəlləsinin təkmilləşdirlməsi yönündə tövsiyyələri nəzərə alınmayıb.

• Prezident seçkisi günü ölkə üzrə seçki məntəqələrində səsvermə zamanı ciddi qanun pozuntuları, xüsusən də bir şəxsin bir neçə dəfə səs verməsi, adları seçici siyahısında olmayan seçiclərin səsvermədə iştirakı qeydə alınmış, seçicilərin fəallığı şişirdilmiş, səslərin sayılması və protokollaşması zamanı ciddi qanun pozuntularına yol verildiyindən səsvermənin nəticələrinə dair açıqlanan rəqəmlər ciddi şübhə doğurub.

• Beləliklə, Prezident seçkisinin bütün mərhələrində qeydə alınmış qanun pozuntuları və seçkiqabağı siyasi mühit bərabər rəqabət imkanlarını yaratmamış, seçkilər Azərbaycan Respublikasının milli qanunvericliyi və beynəlxalq standartların pozulması şəraitində baş tutaraq, azad, ədəlatlı, şəffaf və demokratik hesab oluna bilməz.

• Yuxarıda sadalanan səbəblərə görə 09 oktyabr 2013-cü il tarixdə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinin ümumi yekunu haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokoluna imza atmıram.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar