FAZİL MƏMMƏDOVUN ÖLÜM XƏBƏRİ YAYILDI... - Xəstəxanadan açıqlama

Sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri yalandır. Bu barədə BakuPost-a Gəncə Beynəlxalq Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, sabiq nazir ümumiyyətlə bu günlərdə Gəncə xəstəxanasında olmayıb: "Dünən bizim xəstəxanada Məmmədov soyadlı vəzifəli şəxs rəhmətə gedib. Lakin o, Fazil Məmmədov deyil. Ola bilər ki, onunla qarışıq salıblar”.

BakuPost dəqiqləşdirib ki, sabiq nazir bu günlərdə Gəncəyə getməyib. Hazırda Bakıda, evindədir.

***

Qeyd edək ki, Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dünyasını dəyişməsi barədə xəbəri  baku.ws  yayıb. Sayt Məmmədova yaxın şəxslərə istinadən bildirib ki,  keçmiş nazir Gəncədəki klinikaların birində qara ciyər serrozundan rəhmətə gedib.

Məlumatda, Fazil Məmmədovun Şəmkir rayonunda yaxınlarının yanında dəfn ediləcəyi bildirilirdi.

Xatırladaq ki, sabiq nazir uzun zamandır ağır xəstəlikdən əziyyət çəkir. O, bir müddət əvvəl Türkiyədə müalicə aldıqdan sonra Azərbaycana qayıdıb. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanıb.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.

Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir.

Qeyd edək ki, Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.

1987-1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib.

1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib. Azərbaycan Güləş Federasiyasının prezidenti idi.

Prezident İlham Əliyevin sərəncamı ilə Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsinin səbəbidə onun səhhəti ilə bağlı ciddi narahatlıqların yaranması ilə bağlanmışdı. F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalanma ilə bağlı olduğuna dair məlumatlar da yayılmışdı .

İddiaya görə, sabiq nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb.

Mənbənin sözlərinə görə, Çernobıla yardıma gedənlər və orda xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və “müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədov bu statusdan heç zaman istifadə etməyib. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı ümumiyyətlə tərcümeyi-halında göstərməyib.

Maraqlı məqam odur ki, F.Məmmədovun tərcümeyi-halında, doğrudan da, həmin dövr “boşluq” görünür. Vikipediyada əks olunan tərcümeyi-hala görə, sabiq nazir 1964-cü ildə anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib. Daha sonra isə onun 1987-1989-cu illәrdә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye-Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışdığı bildirilir.

1985-87-ci illərdə F.Məmmədov əsgəri xidmətdəmi olub? Hərbi xidməti harada keçib?

Bu sualların cavabını keçmiş nazirin tərcümeyi-halında tapmaq mümkün deyil.

Qeyd edək ki, Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı 26 aprel 1986-cı ildə baş verib. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında azərbaycanlılar da iştirak ediblər. Bu əməliyyatdan sonra bölgəyə gedən könüllülər sırasında da yüzlərlə azərbaycanlı olub.

Sözügedən hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub. On minlərlə insan isə sonsuz qalıb.

“AzPolitika.info”ya verilən məlumatda da, F.Məmmədovun Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olduğu bildirilirdi. Hətta sabiq nazirin spirtli  içkilərə meyl etməsi də bununla bağlanırdı. Belə ki, sabiq naziri tanıyan şəxslərdən birinin iddasına görə, Çernobıldan qayıtdıqdan sonra F.Məmmədov radiasıyanın səhhətində problemlər yaratmasını əngəlləmək üçün vaxtaşırı həkim müayinəsindən keçib.

Belə müayinələr zamanı F.Məmədovun etibar etdiyi həkimlərdən birinin ona radiasiyanın sağlığına təhlükə törətməməsi üçün hər gün müəyyən miqdar spirtli içki qəbul etməyi tövsiyyə etdiyi bildirilir.  Bunun da sonradan nazirdə pankreatit xəstəliyini yaranmasına səbəb olduğu bildirilir. 

Haqqında bir neçə dəfə yayılan ölüm xəbərlərinin yalan çıxması Fazil Məmmədovun hələ uzun illər yaşayacağından xəbər verir. Allah ömür versin... 

 AzPolitika.info

 

635x100

Şərhlər

Vətəndaş 2019-02-09 14:45:35

Vergilər nazirliyini bərbad vəziyyətə qoyan şəxs indi başqa daha böyük vəzifədə işləyir.Obyeklərinində ki,sayı-hesabı yoxdur.

keçmiş vergi işçisi 2019-02-09 14:45:35

Tamamilə doğrudur.Vergini bazara döndərən o idi.

vidadi 2019-02-09 14:45:35

metamorfoza,guya sag olsa nedir menasi uca yaradanin lenetine gelmish birisi.

vuqar 2019-02-09 14:45:35

O PULA 1.MLRD.$ 65.EDED F-22RAPTORS ALMAQ OLAR ONUN 5-10 DENESI BESDIRKI ERMENISTANI SILSIN QARDASLAR! MENI DUZGUN BASA DUSMEYE CALISIN BUGUN GOZUMUZUN ONUNDE MILLETIN VAR.DOVLETINI TALAMIS INSANLAR KEF CEKIRLERSE BIZ QARABAGI NECE QAYTARA BILERIK? VURULMUS MEMURLARIN SERVETININ COX DEMIREM 10% NI NEGD PUL SEKLINDE VER ERMENIYE LAP PASINYANIN OZUNU GETIRIB SENE TESLIM ETMESELER ONDA... HELENEBILIM TANK AL TOP AL......

OXUCU 2019-02-09 14:45:35

ƏZRAİL HƏRİF DEYİL,HARDADA OLSA ONU TAPACAQ. ŞƏKİLİ HAJI DAYI QAÇIB ƏZRAİLDƏN BIR IL OLARDI KI MOSKVADA UŞAQ BAĞÇASINDA UŞAQLARLA OYNAYIRMIŞ,BİRDƏN BAŞINI QALDIRANDA GÖRÜR Kİ QAPIDA ƏZRAİL DURUB ONU GÖZLƏYİR. ƏZRAİL HAJI DAYIDAN SORUŞUR BURDA NEYLƏYİRSƏN HAJI DAYI DA DEYİR HAYİNDİ NƏM-NƏM YEYİRƏM.ƏZRAYƏL DEYİR Kİ,NƏM-NƏMİ YE İNDİ SƏNİ OBBALARA APARACAM.HAJI DAYI DOLUXSUNUB SORUŞUR AY ƏZRAYIL QAQA HAYİNDİ HABI MƏSKVAYA DA SƏNMİ BAXIRSAN ?

ayzek 2019-02-09 14:45:35

Allah rəhmət eləsin, yaxşı kişi idi...

Aydın 2019-02-09 14:45:35

...biclik edir o, xəstə za deyil. Milyardları var ona xəstəlik nə edəcək..

Alı 2019-02-09 14:45:35

ƏZİZ AZpolitika!!!! Sənə inanır və hörmət edirəm.!!!!!!AMMA BUNA RƏHMƏT Düşürsə ALLAH rəhmət eləsin deyirəm.AND OLSUN BİR ALLAHIN VARLIGINA Kİ, MƏNİM BU ADAM VƏ ONUN İDARƏSİ İLƏ HEÇ BİR VƏ HEÇ BİR PROBLEMİM OLMAYIB.ÇÜNKİ HEÇ NƏYİM OLMAYIB.VƏ QƏRİBƏ GÖRÜNSƏ DƏ Y A P - ın YARADANLARININ biriyəm.ELƏ BİR HAQQI ONA VERMƏDİYİM KİMİ ONA da HALAL ETMİRƏm.HAQQIM var FAZİLƏ HARAM OLSUN.(BALALARIMIN BAŞINA AND OLSUN Kİ, MƏN BU HAKİMİYYƏTİ YARADANLARDAN BİRİ OLMUŞ VƏ BUNA GÖRƏ HƏBSDƏ YATMIŞAM)Çox Çəkməz BİLƏRSİZ

vuqar 2019-02-09 14:45:35

yeyə bilməyəcəksən güləm

Kərim Ağayev 2019-02-09 14:45:35

...özəlləşdirdikıərinin yaddan çıxarılması üçün belə bir "utka" buraxılıb.Ola bilsin artıq xaricdə yaşayacaq ki, müəyyən müddət gözə dəyməsin. Bəs əslində əməllərinə qiymət verilməli deyildimi?

Seda 2019-02-09 14:45:35

kicik sahibkarlarin evin yixanlardan biri-Allax bilen meslehetdi...

hellas 2019-02-09 14:45:35

Görəsən onun şərikleri xaricdəki əmlaklarını öz adına keçirə bildi?? Yoxsa ölümündən sonra çətin olacaq, Abram gərdəş vemiyacaxxxxx!!!!! Çatmışıq, deyin dəəə???

Kəmalə 2019-02-09 14:45:35

bu zavalli xalqin qanini icənlərdən ən qədarlardan biridə bu idi....

Son yazılar