MİKAYIL CABBAROV GENERAL-LEYTENANT OLDU – Prezidentin sərəncamı

Fevralın 9-da prezident İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Qeyd edək ki, I dərəcəli dövlət vergi xidməti müşaviri general-polkovnik, II dərəcəli dövlət vergi xidməti müşaviri general-leytenant, III dərəcəli dövlət vergi xidməti müşaviri general-mayor sayılır.  Bu da Mikayıl Cabbarova general-leytenant rütbəsinin verildiyi deməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı iıə hər il fevralın 11-i—Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradıldığı gün vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bununla bağlı prezident hər ii Vergilər Nazirliyinin əməkdaşlarının bir qismini fəxri adlarla, yeni rütbələrlə təltif edir.

“AzPolitika.info” hələ bir müddət əvvəl vergi xidməti işçilərinin peşə bayramı ərəfəsində Mikayıl Cabbarova yüksək rütbə veriləcəyinə dair xəbər yaymışdı.  Saytımıza verilən məlumatda vergilər nazirinin yeni rütbə ilə təltif edilənlər arasında olacağı bildirilmişdi.

Məlum olduğu kimi, Mikayıl Cabbarov 5 dekabr 2017-ci ildəı vergilər nazir təyin olunsa da, həmin vaxt ona rütbə verilməmişdi. Halbuki, sabiq vergilər naziri Fazil Məmmədov I dərəcəli dövlət vergi xidməti müşaviri idi ki, bu da general-polkovnik sayılır.

Vergilər Nazirliyində rəhbər vəzifələrdə çalışanların əksəriyyəti general rütbəsi daşıyır. Buna görə də, Mikayıl Cabbarova da general rütbəsi verilməsi gözlənilirdi. Bu gözlənti özünü ötən ilin oktyabrında doğrultdu. 2018-ci ilin oktyabr ayının 10-da Mikayıl Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.  Bu, vergi sistemində general -mayor rütbəsi hesab olunur.

Prezidentin fevralın 9-da verdiyi sərəncamla isə artıq Mikayıl Cabbarova general-leytenant rütbəsi verildi. Yəqin ki, bu ilin sonuna qədər Cabbarova I dərəcəli dövlət vergi xidməti müşaviri  - general-polkovnik rütbəsi veriləcək.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Baron Münhauzen 2019-02-10 13:12:12

O, Generalassimus adına layiqdir ki, hər kəs çəkinsin. "Başkadır"! Davamlı Qiymət, Rüsum və vergi artımları ilə nəinki məxaricə uçan büdcəni doldurdu, elə xalqın oz hesabına minimum maaşını da plankanın üzərinə qaldırma şansı verdi.

Seneca 2019-02-10 13:12:12

MIkayil Cabbarov Azärbaycam mıktəblərində rus sektoruna qapını açan troya atının rolunu oynadı....

Vahid 2019-02-10 13:12:12

Cabbarova marşal rütbəsi yapışdırılsa da məsələ olmaz! ...

Dostlar 2019-02-10 13:12:12

...Təhsilin vəziyyəti bəlli.indi gömrük də o hala düşər...

t.ədalət 2019-02-10 13:12:12

Vəzifə və rütbələr indi erməni ilə qohumlar arasında bölünür.Fərq eləməz,arvadı ,yaxud da qaynanası erməni olanlara hakimiyyət isti münasibət bəsləyir.Bir tərəfdən deyirlər ki,ərazilərimizi azad edəcəyik.Digər tərəfdə isə biz torpaqları azad etmək arzusundaikən ermənilər qohumları ilə ölkədə vəzifələri ələ keçirir..

omar 2019-02-10 13:12:12

Görəm Miko esgerlikdə olub?

Son yazılar