Prezident Yaqub Mahmudovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik, deputat Yaqub Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Y.Mahmudov 1939-cu ilin fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

635x100

Şərhlər

Adəm 2019-02-09 16:31:10

Bu Yaqub nə vaxtdan alim olub? ....Hə bunana görə ona medal düşür...

t.ədalət 2019-02-09 16:31:10

Yaqub müəllim Azərbaycan tarixinin belini qıra-qıra gedir.Axırda da Gənclər və İdman nazirliyi ilə birgə iş yapıb,"Sarı gəlin"dəki qızı da yunan elan elədi...

Son yazılar